Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1531/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının qanuni nümayəndəsi olduğu X5 təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə yenidən hesablanaraq, cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat məbləğində pensiya ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, şəhid Elçin Alıyevin oğlu - Rəhim Alıyevə xx.xx.2020-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə yenidən hesablanaraq ödənilməyən cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat məbləğinin ödənilməsini xahiş etmişdir. Həmin müraciətinə Filialın xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, şəhid X3 əmək pensiyası xx.xx.2020-ci il tarixdən vəfat etməsi ilə əlaqədar olaraq həmin tarixdən dayandırılmalı olduğu halda, xx.xx.2021-ci il tarixdən onun müvafiq kart hesabına aylıq pensiya məbləği köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq, ödənilməli olan 3683,95 manat pul vəsaitinin 2573,45 manat hissəsi şəhid Elçin Alıyevin kart hesabına artıq köçürülmüş pul vəsaiti ilə əvəzləşdirilmiş, qalan 1110,50 manat pul vəsaiti cari ilin may ayında müvafiq kart hesabına köçürülmüşdür. Artıq ödənilmiş pul vəsaiti ilə ödənilməli olan vəsaitin müəyyən hissəsi əvəzləşdirilərək, büdcəyə bərpa edildikdən sonra şəhid Elçin Alıyevin müvafiq kart hesabına köçürülmüş qalıq artıq ödənilmiş vəsait 487,00 manat təşkil etmişdir. Hesab edir ki, 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə ödənilməyən cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat məbləğində pensiya ödənişinin aparılmamasına əsas kimi göstərilən hal qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 21,07.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində oğlu X4 ailə başçısını itirməyə görə əmək pensiyasının 2020- ci ilin dekabr ayı və 2021 -ci ilin yanvar ayı üzrə yenidən hesablanaraq 2267 manat məbləğin ödənilməsini xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada iddiaçıya artıq ödənilmiş pensiya ilə həmin məbləğ əvəzləşdirildiyindən ona həmin məbləğin ödənilməsinin əsassız olduğu qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçının əri şəhid Alıyev Elçin xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixədək onun müvafiq kart hesabına aylıq pensiya məbləğinin köçürülməsi davam etdirilmişdir. Bu səbəbdən də şəhid E.Alıyevin kart hesabına ümumilikdə 3060,45 manat artıq pul vəsaiti köçürülmüşdür. Artıq ödənilmiş məbləğ iddiaçıya ödənilməli olan pensiyanın bir hissəsi ilə əvəz edildiyi üçün iddiaçının müraciəti əsassız hesab edilişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1- ci maddəsinin 1 yanvar 2021 -ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. İş materiallarından da aşkardır ki, 02 mart2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.1-ci maddəsinə əsasən İddiaçı və övladı R.Alıyevə şəhid E.Alıyevin vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə təminat xərcliyinin (1133,50 manat) 100 faizi (hər birinə 50 faiz miqdarda olmaqla)-1133,50 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 10 noyabr 2020-ci il tarixindən yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 3683,95 manat pensiya məbləği müəyyən edilmişdir. Ailə başçısının vaxtilə aldığı pensiya xx.xx.2020-ci il tarixdə ailə başçısının vəfat etməsi ilə əlaqədar dayandırılmalı olduğu halda ərizə ilə müraciət edilib dayandırılmadığı üçün şəhid E.Alıyevin kart hesabına ümumilikdə 3060,45 manat artıq pul vəsaiti köçürülmüşdür. Belə ki, iddiaçıya ödənilməli olan 3683,95 manat pul vəsaitinin 2573,45 manat hissəsi şəhid E.Alıyevin kart hesabına artıq köçürülmüş pul vəsaiti ilə əvəzləşdirilmiş, qalan 1110,50 manat pul vəsaiti cari ilin may ayında iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Artıq ödənilmiş pul vəsaiti ilə ödənilməli olan vəsaitin müəyyən hissəsi əvəzləşdirilərək büdcəyə bərpa edildikdən sonra şəhid E.Alıyevin müvafiq kart hesabına köçürülmüş qalıq artıq ödənilmiş vəsait 487,00 manat (3060,45-2573,45) təşkil etmişdir. Aydındır ki, hüququ yarandığı tarixdən iddiaçıya ödənilməli olan pensiya məbləği artıq ödənilmiş pensiya ilə əvəz edildiyi üçün iddiaçının iddia tələbi əsassızdır. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022 tarixli **********5 nömrəli imtina məktubu əsaslıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə etmişdir. 27 dekabr 2022-ci il tarixdə müvafiq sərəncam verilmiş, iddiaçıdan iddiası ilə bağlı sənədlərin əsli və ya təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı 27 fevral 2023-cü il tarixli, 19 aprel 2023-cü il tarixli məhkəmə iclaslarına dəvət edilmiş, lakin iddiaçıya müvafiq xəbərdarlıqlar edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X6 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının qanuni nümayəndəsi olduğu X5 təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə yenidən hesablanaraq, cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat məbləğində pensiya ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1531/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1531/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver