Məhkəmə qərarları › İş №2-1(118)-1532/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1532/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1532/2021 03.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ 01.07.2019-cu il təvəllüdlü X8, 27.11.2004-cü il təvəllüldlü X2, 29.05.2007-ci il təvəllüldlü X9, 05.07.2013-cü il təvəllüldlü X1 və 20.07.2014-cü il təvəllüldlü X3 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ 01.07.2019-cu il təvəllüdlü X8, 27.11.2004-cü il təvəllüldlü X2, 29.05.2007-ci il təvəllüldlü X9, 05.07.2013-cü il təvəllüldlü X1 və 20.07.2014-cü il təvəllüldlü X3 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmalarının cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən mənzili daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmış və DƏDRX tərəfindən həmin mənzilə görə 19.01.2021-cı ildə ********** qeydiyyat nömrəsi olan Çıxarış verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ilə Valeh Həsənovun, Gülnarə Həsənovanın, Yeganə Məmmədquliyevin, Leyla Həsənovanın, Ləman Əliyevanın, Elvin Həsənovun, Mahir Əliyarovun və Müşfiq Əliyarovun istifadə hüquqları itirilmiş, lakin onların azyaşlı övladları olan-01.07.2019-cu il təvəllüdlü X13, 27.11.2004-cü il təvəllüldlü X6, 29.05.2007-ci il təvəllüldlü X14, 05.07.2013-cü il təvəllüldlü X4 və 20.07.2014-cü il təvəllüldlü X7 iddia ərizələrində göstərilmədiyinə görə həmin şəxslər hələdə mənzildə pasport qeydiyyatında qalmışdırlar. Onların qeydiyyatda olması iddiaçının mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1532/2021 saylı, 12.07.2021-ci il tarixli qərardadına əsasən “ 01.07.2019-cu il təvəllüdlü X13, 27.11.2004-cü il təvəllüldlü X6, 29.05.2007-ci il təvəllüldlü X14, 05.07.2013-cü il təvəllüldlü X4 və 20.07.2014-cü il təvəllüldlü X7 üçücü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və 3-cü şəxslərə məlumat verilməsinə baxmayaraq, onların qanuni nümayəndələri məhkəmədə iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxslərin və cavabdehin nümayəndələrinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, 123-25133R- 3221 nömrəli məktub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19.01.2021-ci il tarixli çıxarış və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 01.07.2019-cu il təvəllüdlü X13, 27.11.2004-cü il təvəllüldlü X5, 29.05.2007-ci il təvəllüldlü X14, 05.07.2013-cü il təvəllüldlü X4 və 20.07.2014-cü il təvəllüldlü X7 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdır və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, 3-cü şəxslərin valideyinlərinin Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3129/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzildə olmuş istifadə hüquqlarına xitam verildiyi üçün onların yetkinlik yaşına çatmayan övladları da həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər - 01.07.2019-cu il təvəllüdlü X8, 27.11.2004-cü il təvəllüldlü X2, 29.05.2007-ci il təvəllüldlü X9, 05.07.2013-cü il təvəllüldlü X1 və 20.07.2014-cü il təvəllüldlü X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar