Məhkəmə qərarları › İş №2-1(118)-1533/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1533/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1533/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X4, X2, xx.xx.2018-ci il təvəllüdlü X6 və X3 ona məxsus ünvan 1 ünvanda yerləşən 4 nömrəli evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 4 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır.Onların mənzil üzərində heç bir hüququ yoxdur və mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, müraciətinə məktubla cavab verən polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Üçüncü şəxs X5 məhkəməyə vəsatətlə müraciət edərək məhkəmə iclası barədə məlumatın olmamasına münasibətdə bildirilir ki, üçüncü şəxsin elektron imzası olduğundan və elektron məhkəmə sitemində mövcud olduğundan, ona əlavə məhkəmə bildirişinin göndərilməsinə zərurət yoxdur. Eyni zamanda məhkəmə iclası vaxtı onun mobil əlaqə vasitəsinə zəng edilərək məhkəmə iclasının günün ikinci yarısına keçirilməsi bildirilmiş və onun həmin iclasda iştirakının zəruriliyi ona vurğulanmış, lakin üçüncü şəxs məhkəmənin həmin iclasına da gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Digər 3-cü şəxs X9 məhkəməyə vəsatətlə müraciət edərək, hal- hazırda Pentesiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanıldığını bildirərək, məhkəmədə iştirakının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati Prossesual Məcəllənin 28.1-ci maddəsində qeyd olunmuş 3-cü şəxsin iş üzrə cəlb edilməsi onun məcburi qaydada məhkməyə gətirilməsi anlamına gəlunməməlidir.Yəni məhkəmənin üzərinə düşən öhdəlik tərəfi məhkəmə iclası barədə məlumatlandırmaqdır ki, bunu da məhkəmə öz vəzifəsi olaraq yerinə yetirib. Qeyd olunan Məcəllədə baxılan inzibati iş üzrə 3-cü şəxs kimi keçən məhkumun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülərək məhkəmədə iştirakının təmin edilməsi nəzərdə tutulmayıb. Başqa sözlə desək 3-cü şəxs yazılı mülahizəsini və ya etirazını məhkəməyə göndərmək hüququndan yararlanmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Qeyd olunan maddənin tərifindən məlum olur ki, şəxs Pentensiar müəssisədə qeydiyyata düşdüyü andan qeydiyyatda olan mənzildən müvvəqəti olaraq çıxarılır və çəkdiyi cəzadan azad olunduqdan sonra 3 gün ərzində həmin mənzilə pasport qeydiyyatına alınır. Göründüyü kimi mübahisə predmeti olan mənzilin alqı-satqı müqaviləsinin məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qüvvədə saxlanılması 3-cü şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının xitam verilməsi ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3-cü şəxsin məhkəməyə etap edilməsi zərurəti yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 4 nömrəli evin mülkiyyətçisidir.Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər - X9, X5, xx.xx.2018-ci il təvəllüdlü X11 və X7 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalan şəxsdirlər, onların iddiaçı ilə qohumluq münasibəti yoxdur.Mənzilin alqı-satqısı zamanı satıcı 3-cü şəxsləri mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyini götürmüş, lakin verdiyi vədə əməl etməmişdir. Göründüyü kimi 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxslərin atası X5 İddiaçı qarşı iddia tələbi ilə məhkəmə müraciət edərək, onlar arasında bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin məhkəmənin qanuni qüvvəyə miniş mənhkəmə qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bununla da X5 ilə İddiaçı arasında mübahisə predmeti olan mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsi qüvvəsini saxlamışdır. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə mənzil üzərində sahiblik hüququ və onun əsasında yaranmış mülkiyyət hüququ İddiaçı məxsus olduğundan həmin mənzildə başqa şəxslərin qalması mülkiyyətçinin hüquqularının məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X9, X5, xx.xx.2018-ci il təvəllüdlü X11 və X1 rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi ünvanda yerləşən 4 nömrəli ev üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4, X2, xx.xx.2018-ci il təvəllüdlü X6 və X3 İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 4 nömrəli evidən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar