Məhkəmə qərarları › İş №2-1(118)-1534/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1534/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1534/2022 07.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı “cavabdeh Sumqayıt "Asan xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə övladları xx.xx.2021-ci il təvəllüdlü X1 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il təvəllüdlü X1 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, 25 yanvar 2022-ci il tarixli, 05/Q-356/76 saylı məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaqların yetkinlik yaşlarına çatmaması səbəbilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2014-cı rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları var: xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2021 ci il təvəllüdlü X12 oglu. Onlar iki övladları "Ramazanlı soyadını daşıyır, üçüncü övladlarına da həmin soyadı vermək istəyirlər. İddiaçı2 bildirir ki, Ramazan atasının adıdır və atasının adını övladına soyad istəyirlər. Bunun üçün onlar cavabdeh Sumqayıt "Asan xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək övladlarının soyadının "Hudulov"dan "Ramazanlı“ya dəyişdirilməsini xahiş etmişlər. Lakin xahişilərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-cı maddəsinə görə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə görə uşağın soyadı bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsam uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçılar hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçılar hazırki tələblə cavabdeh inzibati orqna müraciət etmiş, həmin orqan tərəfindən iddiaçıların müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçıların cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçılar, övladları xx.xx.2021-ci il təvəllüdlü X1 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməsini istəyirlər. Qərarın təsviri hissəsində də qeyd olunduğu kimi onların birgə nikahdan üç övladı var: xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2021 ci il təvəllüdlü X12 oglu. Onların iki övladlarının soyadı “Ramazanlı”dır. İş materiallarına əlavə edilmiş AZE 18326914 və AZE 18326896 seriya nömrəli şəxsiyyət vəsiqələrindən də görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 “Ramazanlı” olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıların digər uşaqlarına da “Ramazanlı” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşaqların mənafeyi nəzərə alınaraq, ailənin digər uşaqlarının soyadı “Ramazanlı” kimi qeyd edildiyi üçün, xx.xx.2021-ci il təvəllüdlü X3 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2021-ci il təvəllüdlü X3 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməsi öhdəliyi cavabdeh Sumqayıt "Asan xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2021-ci il təvəllüdlü X3 "Hudulov"dan "Ramazanlı"ya dəyişdirilməsi öhdəliyi cavabdeh Sumqayıt "Asan xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar