Məhkəmə qərarları › İş №2-1(118)-1536/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1536/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1536/2024 07.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası “Dağıstan Təhsil və Mədəniyyət Akademiyası” tərəfindən “Bədən tərbiyəsi” ixtisası üzrə Bakalavriat (qiyabi) 1-464 qeydiyyat nömrəli 11 sentyabr 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası “Dağıstan Təhsil və Mədəniyyət Akademiyası” tərəfindən “Bədən tərbiyəsi” ixtisası üzrə Bakalavriat (qiyabi) 1-464 qeydiyyat nömrəli 11 sentyabr 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2017-ci illərdə Rusiya Federasiyası “Dağıstan Təhsil və Mədəniyyət Akademiyası” tərəfindən “Bədən tərbiyəsi” ixtisası üzrə təhsil almış və bütün sessiyalarda iştirak etmişdir. 2017-ci ildə ona universitet tərəfindən müvafiq diplom verilmişdir. Həmin diplomun ölkə ərazisində tanınması ilə bağlı cavabdehə mürciət etmişdir. Lakin cavabdeh diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçıya müvafiq sənədlərlə cavabdeh orqana yenidən müraciət etmək və iddiaçının müraciətinə əsasən qanunauyğun tədbirlərin görülməsi üçün cavabdehə vaxt verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktubdan və əlavə edilmiş şəhadətnamədən görünür ki, iddiaçıya Rusiya Federasiyası “Dağıstan Təhsil və Mədəniyyət Akademiyası” tərəfindən “Fiziki tərbiyə və çağırışaqədər hazrlıq müəllimi” ixtisası üzrə verilmiş xx.xx.2017-ci il tarixli N130505 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş və müvafiq elektron şəhadətnamə ərizəçinin şəxi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası “Dağıstan Təhsil və Mədəniyyət Akademiyası” tərəfindən “Bədən tərbiyəsi” ixtisası üzrə Bakalavriat (qiyabi) 1- 464 qeydiyyat nömrəli 11 sentyabr 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar