Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1539/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X2 tərəfindən qəbul edilmiş 02.07.2021-ci tarixli, **********6135 nömrəli Qərara əsasən 1000 ( bir min} manat cərimə edilmişdir. Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli, DVX seriyalı, 006028 nömrəli aktda “OVN tədbiri zamanı çekdə qanunvericliklə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edildi” qeyd olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Ona görə ki, o bu ilin fevral ayından fəaliyyət göstərir və sahibkarlıqla bağlı hələ demək olar ki bir çox nüansları bilmir. Doğrudur qanunu bilməmək məsuliyyətdən azad etmir, amma nəzərə alaq ki, pandemiya ərəfəsinə təsadüf etməsi, hətta toylara icazə verilməməsi, digər məhdudlaşdırıcı tədbirlər salonun fəaliyyətinə öz mənfi təsirini həqiqi mənada göstərmişdir. Bütün bu neqativ hallar bir sahibkar olaraq onda maddi və mənəvi çətinliklər yaratdı. Qanunla nəzərdə tutulan, üzərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələrini bacardığı qədər yerinə yetirmiş, lakin vergi xidməti əməkdaşları təqdim olunan çeki qanunun tələblərinə uyğun gəlmədiyini bildirərək, vəziyyətlə bağlı dərhal akt tərtib etmişlər. AR VM-nin 50.8-ci maddəsinin tələbinə əsasən Nəzarət-kassa aparatında vergi ödəyicisinin adı, vöeni çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, o cümlədən ƏDV və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nka markası və zavod nömrəsinka fiskal rejiminin nişanı, malın QR kodu, ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ, nisyə satış zamanı ödəniləcək məbləğ, ödənişin forması və üsulu, çekin növü, nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi məlumatları olmalıdır. Vergi xidməti müşavirləri tərəfindən tərtib olunan akta əlavə edilmiş NKA çekindən də göründüyü kimi 50,8-ci maddənin tələbinə uyğun bütün məlumatlar çekdə öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsində qeyd olunur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mııbahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Onlar bununla bağlı vergi xidməti müşavirlərindən humanist addım atılmasını gözləyərdilər. Bərbərxana və gözəllik xidmətləri göstərən salon olmasına baxmayaq hər zaman qanunun tələblərinə riayət etməyə çalışmışlar. Üzərinə düşən vəzifə və öhdəliklərini bacardığı qədər yerinə yetirməyə daima hazır olmuşlar. Operativ vergi nəzarəti zamanı vergi xidməti müşavirlərinə qanunla nəzərdə tutulan sənədləri də təqdim etmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Belə ki, İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27.05.2021-ci il tarixli **********1097 nömrəli qərarına əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. 27.05.2021-ci il tarixdə, saat 13:47 radələrində Operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən saç proseduruna görə 15.0 manat pul məbləğinin kassasya ödəniş edildiyi müəyyən edilmişdir. Qeyd olunan kassas çekinə baxış zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının İstismarı qaydaları”nın 8.3.16-cı bəndinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarının 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: vergi ödəyicisinin adı; VÖEN-i; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); gün ərzində vurulmuş çəklərin sayı və nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). malın sürətli məlumat kodu (X5); ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskai əlamətlərdə təsvir olunan simvollar. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının İstismarı qaydaları”nın 8.3.16-cı bəndinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğundan Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəyə cəlb edilməsi haqqında” 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının İstismarı qaydaları”nın 8.3.16-cı bəndinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarətinin nəticələri barədə 27.05.2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt əsasında 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 27.05.2021-ci il tarixdə saat 13:47-də Baş İdarə tərəfindən iddiaçıya məxsus olan anbarda Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozularaq kassa çekinə qanunvericiliklə müəyyən edilmiş məlumatların daxil edilməməsi faktı aşkar olunmuş və 27.05.2021-ci il tarixli Akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarı əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən kassa çekinə qanunvericiliklə müəyyən edilmiş məlumatların daxil edilməməsi faktı iş materiallarından müəyyən olunur. Bu səbəbdən də cavabdeh vergi orqanı əsaslı olaraq “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarını qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.9-cü maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: vergi ödəyicisinin adı; VÖEN-i; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); gün ərzində vurulmuş çəklərin sayı və nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). malın sürətli məlumat kodu (X5); ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskai əlamətlərdə təsvir olunan simvollar. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının İstismarı qaydaları”nın 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilə Baş İdarəsinə qarşı “ cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1539/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1539/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver