Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-154/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya 1997-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 4000 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldıraraq, iddiaçıya 1997-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 1500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək 1997-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 4000 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 2000-ci il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilməmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etdiyi dövrdə ayrı-ayrı vaxtlar istisna olmaqla Silahlı Qüvvələrdən ehtiyata buraxılanadək xidmət müddətində 1999-cu il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına verilməli olan əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. Məlumat üçün qeyd edir ki, xidmət dövründə bir neçə sərhəd hissələrinə göndərilmiş, lakin həmin illərdə ona heç bir paltar və əşya əmlakının əvəzi olan pul kompensasiyası ödənilməyib. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2019-cu il tarixli ərizə təqdim etmişdir. Müraciətinə baxılmış, lakin inzibati orqanın qərarı ilə tələbinin icrasından imtina edilmişdir. İİ.İ İnzibati orqanın imtina qərarı və əsasları. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1999-cu il tarixdən 2006-cı i! tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı o!an paltar əvəzi pul kompensasiyasının ödənilməsindən imtina edilməsinə dair K/922/9/Y-10103 nömrəli, xx.xx.2019-cu ail tarixli məktubunda iddiaçının ehtiyata buraxıldığı vaxt əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi əsas götürülərək, həmin vaxt qüvvədə olan qanunun tələbinə müvafiq olaraq icra olunması qeyd edilmişdir. İnzibati orqanın imtinasını Azərbaycan Respublikasın Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarım 1-6 normalarına əsaslandıraraq, Maliyyə Nazrliyi ilə razılaşdırmaqla həmin qərarın qəbul olunduğu vaxtdan sonraya şamil olunmasını qeyd etmişdir. Ona görə də hesab edir ki, qərardan sonrakı dövr üçün həmin normalara uyğun hesablanmış və ödənilmişdir. Bu səbəbdən də 1999-2005-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi mümkün deyildir. Eyni zamanda Dövlət Sərhəd Xidməti qeyd edir ki, ehtiyata buraxılarkən son haqqhesab olaraq hesablanmış və həmin məbləğ ödənilmişdir. İddiaçı hesab edir ki, İnzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsassızdır, işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. İİİ.İ. İnzibati orqanın dəlillərinin şərhi. Maddi hüquq normalarının tətbiqinə dair: Göründüyi kimi, İnzibati orqan hesab edir ki, iddiaçının 1999-cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən mümkün deyil, çünki həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, iddiaçı qanuna əlavə və dəyişikliklər edilməsi həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pu! kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyn tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən də hesab edirki. inzibati orqanın müraciətimə verdiyi imtinası əsassızdır. İV. Tələbin hüquqi əsası ilə bağlı Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Bu təminat həmçinin məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və ı qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60cı maddəsinin İ hissəsi).Qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönələn mülki məhkəmə icraatı üzrə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən və qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. “Hərbi qulluqçuların statusu haqqında’" Azərbaycan Respublikasının Qanunun 1.3cü maddəsində göstərilib ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına miivafıq surətdə yol verilir "Hərbi qulluqçularının statusu haqqında"Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsində göstərilir ki. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İşin hallarının araşdırılması prinsipinə dair 12.1 -ci madddəsində qeyd olunur ki, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçı qeyd edir ki, o, xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, hərbi geyim və əşya əmlakı ilə ilə təmin olunmadığına görə pul əvəzi kompensasiya ödənilməli idi. Belə ki, qeyd olunanlar həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 641 nömrəli xx xxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında qərarı ilə təsdiq olunmuşdur. İnzibati orqanın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmınin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərclyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin qərarı və digər qərarlar qüvvədə olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" iş üzrə xx xxxxxx 1994-cii il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqədar sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühün arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ‘‘İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərarzsis məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu baxımdan tərəfin əsaslandırılmış qərar almaq hüququnu Avropa Məhkəməsi şəxsin ədalətli məhkəmə baxışma olan hüququnun tərkib hissəsi kimi müəyyən etmiş və qiymətləndirmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış, hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydalarında hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının Dövlət Sərhəd Xidmətinin rəsinin əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilinəsi göstərilsə də hansı dövrü əhatə etməsi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edlməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 1996-2015-ci illərdə Dövlət Sərhəd Xidmətində xidmət etmiş, xx.xx.2015-ci ildə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu ilə) maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra İddiaçı 1997-2006-cı illər üzrə istifadə edilməyən hərbi geyim forması və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının hesablanaraq ödənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Hərbi qulluqçulara hərbi geyim forması və əşya əmlakı əvəzi olaraq pul kompensasiyası hesablanaraq ödəniş edilən zamanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları» əsas götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq olunmuş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası»nın icrası təmin edilmişdir. Qeyd olunan əmr ilə, İddiaçı xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Yuxarıda qeyd olunan qərar qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 641 nömrəli qərarı ilə hərbi qulluqçuların təminat normaları forması və ödənişi qaydası tənzimlənmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyindən həmin normativ akta qeyd olunan normalar ilə DSX hərbi qulluqçularına hər hansı bir ödənişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakının əvəzinə pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiaya etirazı müdafiyə etmiş və əalvə olaraq bildirmişdir ki, iddiaçının statusunda minlərlə şəxs vardır, onların hamısına eyni qaydada hesablama aparılmışdır. 2006-ci ildən əvvəlki dövrlərə aid sənədlər saxlanılmır, bununla bağlı hər hansı bir hesablamanın aparılması mümkn deyil. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrədövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinin “04" noyabr 2005-ci il tarixli 83 №li əmri ilə təsdim edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi Qaydasının 1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın 1-6 nömrəli normaları (bundan sonra normalar) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir. Qaydanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilir və 2005-ci ilin noyabr ayından sonrakı dövrlərə şamil olunur. Bundan əlavə məhkəmə iş materiallarına əlavə olunmuş X6 Baş İdarəsinin xidməti məktubunda İddiaçı məxsus olan təminat sənədləri hərbi hissədə sənədli materialların saxlanılma müddəti bitdiyindən müvafiq akta əsasən məhv edildiyi, bu səbəbdən İddiaçı hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının 2006-cı ildən əvvəlki müddət ərzində ödənilib-ödənilməməsinə dair hərhansı təsdiqedici sənəd mövcud olmadığı qeyd edilmişdir. Beləliklə iddiaçının 1997-2006-cı illər üçün hərbi geyim və əşya təminatı ilə bağlı müvafiq sənədləri saxlanılmamışdır. Bu sənədlər mövcud olsa belə, iddiaçının kompensasiya tələb etməsininin hüquqi əsası yoxdur. Bundan başqa hazırki iş üzrə iddiaçı ona 1997-2006-cı illər üzrə hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 4000 manat pul kompensasiyasının ödənilməsini istəyir. İddiaçı ilkin olaraq kompensasiyanın məbləğini 1500 AZN, daha sonra isə 4000 AZN olaraq irəli sürmüşdür. İddiaçının belə hesablamalar aparmasının səbəbi aydın deyil. İddiaçı iddia tələbinin həcmini artırandan sonra məhkəmədə iştirak etməmişdir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-154/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-154/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver