Məhkəmə qərarları › İş №2-1(118)-154/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-154/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-154/2021 13.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, Abşeron rayonu, Hökməli bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən X5 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi vəzifəsinin qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Hökməli Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X7 iddiaçının əridir. Sonuncu ilə 04.12.1987-ci ildə nikaha daxil olmuşdurlar və o, 07.10.2015-ci il tarixdə vəfat etmişdir. Hələ sağlığında ikən mərhum əri X5, uzun müddət istifadələrində olan Hökməli qəsəbəsinin ərazisində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikiltisi məqsədilə Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Qərar verildikdən sonra, onunla bələdiyyə arasında "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və həmin akt bələdiyyə və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, həmin akt AR DTXK-nin Abşeron rayon şöbəsində 17.07.2009-cu il tarixdə 774/09 nömrəsi ilə qeydə alınmaqla, həmin tarixdə şöbə tərəfindən Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 07 saylı qərarı ilə fərdi ev tikmək üçün 1000 kv.m torpaq sahəsinin ayrılmasının qanuna müvafiq olması və AR DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməməsi barədə 2424 saylı rəy verilmişdir. Bundan başqa, ayrılmış torpaq sahəsinin kooradinatları ilə bağlı Abşeron rayonu Hökməli Bələdiyyəsinin yerquruluşu planından çıxarış hazırlanmış və mövcud sənədlər əsasında AR DTXK tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir. İddiaçı X7 öldükdən sonra, ondan qalmış miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən 11.02.2020-ci 1 tarixdə verilmiş 29 saylı məktubla və ona əlavə etdiyi yuxarıda sadaladığı sənədlərlə həmin torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 15.02.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh özünün 06.03.2020-ci il tarixli **********20 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişi ilə həmin torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılmaması və torpaq sahəsinin fərdi yaayış evinin tikintisi üçün ayrılmasına baxmayaraq, guya ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını əsas gətirərək, çıxarışın verilməsindən imtina etmişdir. Həmin bildiriş iddiaçıya cavabdeh qurum tərəfindən 12.03.2020-ci il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin həmin imtinası əsassız olduğundan, cavabdehin üzərinə Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən X5 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikilfişi məqsədilə ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1 və 4.0.2 maddələrinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Həmin qanunun 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, JVb 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, N° 12, maddə 1048) ilə edilmiş dəyişiklikdən sonra, 9.1-ci maddəsinin yeni redaksiyada verilmiş məzmununa görə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Mərhum əri X3 qəsəbəsində anadan olub, orada yaşamaqla qeydiyyatda olmuş və həmin qəsəbədə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum əri 5 ildən yuxarı Hökməli bələdiyyəsinin ərazisində qeydiyyatda olmaqla yaşadığından, torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması şərti ona şamil edilmir. Ayrılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı cavabdehin dəlilinə gəldikdə isə qeyd edir ki, mərhum əri tərəfindən həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmək şərtilə alınarkən, həmin torpaq sahəsinin qeyd olunan məqsədlər üçün ayrılmasının qanuna müvafiq olması barədə rəsmi dövlət qurumları tərəfindən ona təsdiq edilmiş şəkildə ayrılmış torpaq sahəsinin kooradinatları ilə bağlı Abşeron rayonu Hökməli Bələdiyyəsinin yerquruluşu planından çıxarış və mövcud sənədlər əsasında AR DTXK tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir, (maddə 139) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»də hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX- nin vəzifəsi kimi müəyyən edilmişdir.( 9.11, 9.23 və 9.24-cü bəndlər). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh ərim X5 ayrılmış 0,10 torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa, Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarı, Hökməli Bələdiyyəsi ilə X7 arasında bağlanmış "Torpaqların alqı-satqısına dair akt" və AR DTXK-nin Abşeron ərazi şöbəsi tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Cavabdehnə isə qanunvericiliklə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtina üçün əsaslar müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Lakin göründüyü kimi, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən müraciətin təmin olunmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinası qanunaziddir və mənim hüquqlarımın pozulmasına səbəb olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1 -ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin mənim tələbimin təmin olunmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, yazılı çıxışını məhkəməyə təqdim etmişdir. Həmin çıxışda aşağıdakılar qeyd edilir. Möhtərəm hakim! İcraatınızda olan hazırki inzibati mübahisəyə dair iş üzrə iddia tələbimizi müdafiə edərək ilk olaraq cavabdehin qeyd olunan iddia tələbimiz üzrə məhkəməyə təqdim etdiyi etirazı və izahatları əsassız hesab etdiyimizi bildiririk. Belə ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsin iddiaçıya ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə bildiriş”ində və məhkəməyə təqdim olunmuş “iddiaya dair etiraz”ında həmin torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılmaması və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına baxmayaraq, guya ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması əsas gətirilmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, İddiaçı mərhum əri X7 (Hökməli Bələdiyyəsi tərəfindən torpaq sahəsi adına ayrılmış şəxs) Hökməli qəsəbəsində anadan olub, orada yaşamaqla qeydiyyatda olmuş və həmin qəsəbədə vəfat etmişdir. Buna görə də Hökməli Bələdiyyəsi tərəfindən hərrac və müsabiqə keçirilmədən İ.Səlimovun adına torpaq sahəsinin ayrılması üçün hərrac və ya müsabiqənin keçirilməsinə zərurət olmamış və bələbiyyənin bununla bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsin iddiaçıya ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə bildiriş”ində və məhkəməyə təqdim olunmuş “iddiaya dair etiraz”ında həmin torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılmaması ilə bağlı gəldikləri nəticə və buna görə də hüquqların dövlət qeydiyyatından imtina qanunsuz və əsassızdır. Bundan başqa cavabdehin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı mülahizələri əsasında iddaçının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi ilə bağlı məhkəməyə təqdim olunmuş sübutları cavabdehin imtinasının qeyd olunan əsaslarını təkzib edir. Belə ki, cavabdeh imtinasında və iddiaya dair etirazında kadasdr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını bildirmiş, lakin torpağın uqodiyası və kənd təsərrüfatına yararlılıq dərəcəsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavadehin istinad etdiyi mövcud elektron kadastr bazanın nədən ibarət olması və həmin bazadan hər hansı çıxarış nə məhkəməyə nə də iddiaçıya təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız 15.01.2021-ci il tarixli məktubla Hökməli Bələdiyyəsinin mülkiyyətinə verilmiş Torpaqların yerquruluşu sxemindən çıxarış adıyla üzərində heç bir koordinat və təsdiqedici məlumat əks olunmamış adi kompüter qarafikası ilə istənilən formada hazırlanması mümkün olan xəritəyə bənzər kağız daşıyıcıda hazırlanmış cizgilər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışda iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı ərazisi kimi göstərilmiş lakin torpağın uqodiyası, kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız torpaqlardan hansına aid olması barədə də heç bir məlumat qeyd olunmamışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçıya ayrılmış torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunmağa başlanarkən həmin torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq olmuşdur. Belə ki, ərazi həmin vaxt daşlıq-qayalıq və məişət tullantılarının töküldüyü ərazi olmuş və ora iddiaçının öz vəsaiti və zəhməti hesabına təmizlənərək istifadə olunmağa başlanılmışdır. Əgər bu gün həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı hesab edilsə belə, bu iddiaçının zəhməti hesabına əmələ gətirilmişdir. Bundan başqa cavabdeh tərəfindən 09.04.2021-ci il tarixli məktubla mübahisəli torpaq sahəsinin 02.03.2020-ci il tarixli Daşınmaz əmlkaın texniki vəziyyətini əks etdirən müayinə aktı və torpaq sahəsinin ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin əməkdaşları A.Orucov və H.Abbasovun imzası ilə təsdiq olunmuş qeyd olunan müayinə aktından görünür ki, həmin mütəxəssislər tərəfindən də torpaq sahəsinin təyinatı (kateqoriyası) həyətyanı sahə kimi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim olunmuş ərazinin ortofoto görüntülərindən də görünür ki, həmin ərazi faktiki olaraq yaşayış məntəqəsi torpaqları kimi istifadə olunur. Mübahisəli torpaq sahəsinin bütün ətrafı fərdi yaşayış evləri ilə əhatə olunub və həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadəsi mümkünsüzdür. Qeyd olunanlarla yanaşı məhkəmənin diqqətinə bir daha çatdırırıq ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 17.07.2009-cu il tarixli rəyindən görünür ki, qeyd olunan torpaq sahəsinin fərdi ev tikintisi məqsədilə ayrılması məqsədəmüvafiq hesab olunmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Həmin fərmandan görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yuxarıda qeyd olunan səlahiyyətlərinə aid hissədə maddi və texniki bazası üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi hesab olunur. Bu isə o deməkdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılmasına müsbət rəy vermiş qurum bu gün faktiki olaraq cavadehin özü hesab edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 17.07.2009-cu il tarixli rəyi mübahisələndirilmədiyindən və ləğv olunmadığından cavabdehin hərəkətləri bu əsasla da qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunvericiliyin qeyd olunan müddəsından da görünür ki, bələdiyyə kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarının özəlləşdirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmuş və həmin səlahiyyətləri çərçivəsinə torpaq sahəsini həmin ərazidə 5 ildən artıq yaşayan X4 adına ayırmışdır. Hesab edirik ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, yalnız formal mülahizələrə əsasən müraciətin təmin olunmasından imtina etmişdir. Yuxarıda qeyd olunanları, eyni zamanda iddia ərizəsində qeyd olunan işin faktiki hallarını və hüquqi əsaslarını nəzərə alaraq iddia tələbimizin təmin olunması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Cavabdeh inzibati orqan iddianın təmin edilməməsini məhkəmədən xahiş edir və qeyd edir ki, iddia ərizəsində göstərilənlər araşdırılarkən, Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 07 saylı qərarına əsasən 0.10 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan, bilavasitə X1, tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin qeydiyyat orqanına təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və va müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Bundan başqa, torpaq sahəsi ayrılan zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasna nənin tələbləri nəzərə alınmadan, ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyat hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqmda» Əsasnamənin 16-cı bəndinə əsasən bələdiyyə, torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 -ci və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməs başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir Qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı və torpaq sahələrinin satışı müvafiq müqavilə ilə rəsmiləşdirilməlidir. Abşeron rayon Hökməli bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 07 saylı iclas protokolunun 22 nömrəli qərarından çıxarışına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 hatorpaq sahəsinin X5 fərdi və yaşayış evi tikmək məqsədi ilə ayrılmasına baxmayaraq, kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən idiaçının ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqor yalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar Məcəllənin 11 -ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə inüəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və rnların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respub ıkası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, nabelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsəaiəri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respub ikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqla la qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsincə təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş lələblərə uyğun olmalıdır. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyəndici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda üçüncü şəxs Hökməli bəlidiyyəsinin nümayəndəsidə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ayrılmış şəxsin vərəsəsi olaraq hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı qeyd edir ki, mərhum X7 iddiaçının əridir. Sonuncu ilə 04.12.1987-ci ildə nikaha daxil olmuşdurlar və o, 07.10.2015-ci il tarixdə vəfat etmişdir. Hələ sağlığında ikən mərhum əri X5, uzun müddət istifadələrində olan Hökməli qəsəbəsinin ərazisində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikiltisi məqsədilə Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmişdir.Qərar verildikdən sonra, onunla bələdiyyə arasında "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və həmin akt bələdiyyə və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, həmin akt AR DTXKnin Abşeron rayon şöbəsində 17.07.2009-cu il tarixdə 774/09 nömrəsi ilə qeydə alınmaqla, həmin tarixdə şöbə tərəfindən Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 07 saylı qərarı ilə fərdi ev tikmək üçün 1000 kv.m torpaq sahəsinin ayrılmasının qanuna müvafiq olması və AR DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməməsi barədə 2424 saylı rəy verilmişdir.Bundan başqa, ayrılmış torpaq sahəsinin kooradinatları ilə bağlı Abşeron rayonu Hökməli Bələdiyyəsinin yerquruluşu planından çıxarış hazırlanmış və mövcud sənədlər əsasında AR DTXK tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir.İddiaçı X7 öldükdən sonra, ondan qalmış miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən 11.02.2020-ci 1 tarixdə verilmiş 29 saylı məktubla və ona əlavə etdiyi yuxarıda sadaladığı sənədlərlə həmin torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 15.02.2020-ci il tarixdə müraciət etmişdir.Cavabdeh özünün 06.03.2020-ci il tarixli **********20 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişi ilə həmin torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılmaması və torpaq sahəsinin fərdi yaayış evinin tikintisi üçün ayrılmasına baxmayaraq, guya ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını əsas gətirərək, çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının qeyd etdiyi bu hallar iş materialları ilə öz təqsdiqini tapmışdır. Abşeron rayon Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli Qərarı ilə Hökməli Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsinin X2 qərara alınmış, tərəflər arasında alğı-satqı Aktı tərtib edilərək qeydiyyata alınmış, Abşeron rayon Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli Qərarına əsasən fərdi yaşayış evi tikmək üçün X5 ayrılmış 1000 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı A 212232 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğı- satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasında və iddiaya etirazında qeyd etdiyi çatışmamazlıqlar iddianın rədd edilməsi üçün əsas təşkil etmir. Cavabdeh inzibati orqan qeyd edir ki, iddia ərizəsində göstərilənlər araşdırılarkən, Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 07 saylı qərarına əsasən 0.10 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan, bilavasitə X1, tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin qeydiyyat orqanına təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və va müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnalarıda vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir. Cavabdeh inzibati orqan qeyd edir ki, bundan başqa, torpaq sahəsi ayrılan zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələbləri nəzərə alınmadan, ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyat hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır.«Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqmda» Əsasnamənin 16-cı bəndinə əsasən bələdiyyə, torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 -ci və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməs başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir Qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı və torpaq sahələrinin satışı müvafiq müqavilə ilə rəsmiləşdirilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, bələdiyyə torpaqlarının satılması digər şəxlərin mülkiyyətində olan torpaq sahələrinin satılmasından fərqli qiymətləndirilməlidir. İddiaçıya torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan olan AR DTXK-nin Abşeron rayon şöbəsinin müvafiq rəyi alınmış və AR DTXK tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Göründüyü kimi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlardan həmin dövrdə salahiyyətli olan orqanın rəyi nəzərə alınaraq satılmışdır. Hazırdada mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlardan ayrılması mübahisə olunmur. Bu qeyd edilənlər imtinanan həmin hissədədə əsaslı olmadığını göstərir. Cavabdeh inzibati orqanın imtinasının əsas dəlilini isə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması təşkil edir. Cavabdeh inzibati orqan qeyd edir ki, Abşeron rayon Hökməli bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 07 saylı iclas protokolunun 22 nömrəli qərarından çıxarışına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 hatorpaq sahəsinin X5 fərdi və yaşayış evi tikmək məqsədi ilə ayrılmasına baxmayaraq, kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən idiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh inzibati orqan aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar Məcəllənin 11 -ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə inüəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və rnların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respub ıkası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, nabelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsəaiəri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respub ikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı cavabdehin inzibati orqanın qeyd etdiyi normalardan başqa digər tənzimləyici normalarda mövcuddur. Məhkəmə ilkin olaraq onu bildirir ki, iddiaçı qeyd edir ki, onlara ayrılmış torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunmağa başlanarkən həmin torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq olmuşdur. Belə ki, ərazi həmin vaxt daşlıq-qayalıq və məişət tullantılarının töküldüyü ərazi olmuş və ora iddiaçının öz vəsaiti və zəhməti hesabına təmizlənərək istifadə olunmağa başlanılmışdır. Əgər bu gün həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı hesab edilsə belə, bu iddiaçının zəhməti hesabına əmələ gətirilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda kənd təsərüfatına yararlı torpaq sahəsi olsa belə, bu iddianın rədd edilməsi üçün əsas təkil edə bilməz. Buna görədə məhkəmə torpaq sahəsinin təyinatının, yararlılıq vəziyyətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmasına ehtiyac görməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlı ola bilməsi, həmin torpaq sahəsi ayrılan zamanda yararlılıq vəziyyətinin eyni olması kimi qiymətləndirilə bilməz. Bu vəziyyət torpaq sahəsinə sahiblik edən şəxsin torpağa qulluğu nətiəsində meydana gələ bilər. Torpaq sahəsi ayrılan zaman həmin torpağın kənd təsərrüfatına yararlı olmasını, alğı-satqı predmeti olmamasını sübut etmək cavabdehin vəzifəsidir. Halbu ki, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu, torpaq sahəsi ayrılan dövrdə səlahiyyətli qurum tərəfindən torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılması barədə rəy verilmişdir. Məhkəməyə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən mübahisə predmeti olan torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinalı torpaq sahəsi kimi görsənir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericilikdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satılması əsasən qadağan olunsada, bu halın istisnalarıda mövcud olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Göründüyü kimi bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqanın torpaq sahəsinin ayrılmasının qanuni olmasını göstərməsi, bununla bağlı müvafiq rəy verməsi və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi, həmin vaxt torpaq sahəsinin kənd təsərrüfatına yararsız və ya az yaralı olduğunun sübutu kimi qiymətləndirilməli və inzibati icraatın əsas prinsiplərindən olan vətəndaşın etimad hüququ qorunmalıdır. Bundan əlavə məhkəmənin tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinin 02.03.2020-ci il tarixdə Daşınmaz əmlkaın texniki vəziyyətini əks etdirən müayinə aktı və torpaq sahəsinin ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilən ortofoto görüntülərindən də görünür ki, mübahisəli ərazi faktiki olaraq yaşayış məntəqəsi kimi istifadə olunur. Mübahisəli torpaq sahəsinin bütün ətrafı fərdi yaşayış evləri ilə əhatə olunub və həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadə oluna bilməsi real görünmür. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinalı torpaq sahəsi kimi görsənsə belə, yuxarıda qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Hökməli bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən X5 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar