Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1541/2022 22.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış, 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı bakalavr diplomunun nostrifikasiya olunması vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsildə X2rşı iddia qaldıraraq “Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış, 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı bakalavr diplomunun nostrifikasiya olunması vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqiləşdirərək, Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış, 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı bakalavr diplomunun nostrifikasiya olunması vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında daimi qeydiyyatdadır. 2013-cü ilin iyun ayında imtahan verməklə Rusiya Federasiyası Mahaçqala şəhərində yerləşən «X5 Universitetinin» “Peşə Təhsili (sahələr üzrə)” fakültəsinin qiyabi bölməsinə qəbul olunmuşdur. 2018-ci ilin iyun ayına qədər sözü gedən Universitetdə təhsil almışdır. 09 iyul 2018-ci il tarixdə təhsilini tamamlayaraq, Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış 09 iyul 2018-ci il tarixli, №100524 ******* saylı bakalavr diplomu ilə peşə Təhsili 9 sahələr üzrə ixtisasına yiyələnmişdir. Bundan sonra aldığı təhsilə uyğun əmək fəaliyyətinə başlamaq üçün diplomun Azərbaycan Respublikasının ərazisində tanınması (nostrifıkasiyası) zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ali təhsil sahəsində ixtisasın tanınması barədə etdiyi 12.04.2019-cu il tarixli müraciətinə (elektron ərizəsinə) baxılıb baxılmaması barədə heç bir cavab ala bilməmişdir. Müraciətinin nə yerdə olub-olmaması barədə öyrənmək üçün Təhsil Nazirliyinə müraciət edib qəbula yazılmaq lazım oduğunu bildirmişlər. Həmin zaman bütün dünyada yayılmış Covid-19 pandemiyası ilə əlaqədar ölkə daxilində sərt karantin qaydaları hökm sürdüyündən qəbula yazılmaq mümkün olmamışdır. Daha sonra heç bir cavab ala bilmədikdə yenidən elektron ərizə vasitəsi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet saytı üzərindən müraciət etmək qərarına gəlmişdir. 28.02.2022-ci il tarixdə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq inzibati qurum tərəfindən bildirilmişdir ki “artıq bir dəfə eyni adlı diplom üzrə 18.06.2019-cu il tarixində imtina qərarı almışınız”. O, həmin vaxt öyrənmişdir ki, onun ilk müraciətinə imtina qərarı verilib, lakin ona bu haqda heç bir məlumat verilməmişdir. Aşağıda qeyd edilən səbəblərə və əsaslara görə hesab edir ki, cavabdehin yuxarıda qeyd etdiyi sözügedən, imtina cavabı qanunsuzdur və həmin inzibati orqanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə ali təhsil haqqında sənədin-diplomun nostrifıkasiya olunması vəzifəsi qoyulmalıdır. İnzibati orqan, mətnində imtina etdiyi cavab məktubunda konkret olaraq hansısa müvafiq normaya əsaslanmamış, tələblərinin hansı səbəbdən təmin olunmaması barədə anlaşılan mövqe ifadə etməmişdir və həmin bu qərar haqqında ona heç bir rəsmi məlumat gəlməmişdir. İnzibati orqanın istinad etdiyi, yuxarıda qeyd etdiyi məqamla bağlı lokonik olaraq bildirir ki, həmin qurum sözügedən qərarı qəbul edərkən qanun pozuntusuna yol vermişdir. Yalnız, ümumi fikirlər üzərində qurulmuş imtina məktubunu ona rəsmi olaraq göndərməməklə onun hüquqlarını pozmuşdur. Hesab edir ki, iddiaçının-yəni, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli. 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın tələblərinə əməl olunmamışdır. Belə ki, cavabdehinzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin – onun şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkməyə təqdim edilməmişdir və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı Bakalavr diplomundan görünür ki, İddiaçı Rusiya Federasiyası Mahaçqala şəhərində yerləşən «X5 Universiteti»ndə 44.03.04 “Peşə təhsili (sahələr üzrə)” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmişdir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İddiaçı ünvanladığı 19.04.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmçinin iddiaçıya nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. X7 Məhkəməsinin qərarlarında bildirilir ki, ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X7 Məhkəməsinin qərarı ərizə 52884/09, 20.02.2020-ci il tarixli qərar § 36-37). Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 1997-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Qanununa əsasən 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə əsasən, ərizəçinin cinsi, irqi, dərisinin rəngi, əlilliyi, siyasi və ya digər baxışları, milli, etnik və ya sosial mənşəyi, milli azlıqlara mənsubiyyəti, əmlakı, doğum və ya başqa statusuna və ya tanınmanın meyarları ilə əlaqəli olmayan digər əsaslara görə hər hansı bir ayrı-seçkiliyə yol verilmir. Bu hüququn təmin edilməsi üçün hər bir tərəf ixtisasların tanınması ilə bağlı qiymətləndirmə zamanı yalnız əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na əsasən: 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: - Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsi (Qiymətləndirmə Meyarları) Xarici ixtisasların tanınması müxtəlif məqsədlər üçün istənilə bilər. Qiymətləndirmə tanınma tələb olunduğu məqsəd(lər)i lazımi qaydada nəzərə almalı və tanınma bəyannaməsi bəyanatın etibarlı olduğu məqsəd(lər)i aydınlaşdırmalıdır. Təxminən bərabər səviyyəli keyfiyyətlər, məzmun, profil, iş yükü, keyfiyyət və öyrənmə nəticələri baxımından fərqlər göstərə bilər. Xarici ixtisasların qiymətləndirilməsində bu fərqlər əsnək şəkildə nəzərdən keçirilməli və yalnız tanınma tələb olunduğu məqsəd baxımından əhəmiyyətli fərqlər (məsələn, akademik və ya de fakto peşəkar tanınma) xarici ixtisasın qismən tanınmasına və ya tanınmamasına gətirib çıxarmalıdır. 36-cı və 37-ci paraqraflar barədə İzahedici Memorandumdan: Qismən tanıma və ya tanınmamağa gətirib çıxara biləcək "əhəmiyyətli fərqlər", geniş anlamda tanınma tələb olunduğu məqsəddən, məsələn, əlavə təhsil almaq üçün tanınmaqdan və ya tənzimlənməmiş bir peşə fəaliyyətlə məşğul olmaqdan asılı olacaqdır. Bəzi kontekstlərdə geniş əsaslı təhsil arzu oluna bilər, digər kontekstlərdə isə qənaətbəxş dərəcədə ixtisaslaşma tələb oluna bilər. Öyrənmənin nəticələrinin nümunələri aşağıdakılardan biri və ya bir neçəsi ola bilər: (a) müəyyən bir mövzu haqqında geniş məlumat; (b) müəyyən bir mövzuda tədqiqat nəticələrinin anlaşılması; (c) problemləri təhlil etmək və həll etmək bacarığı; (d) müxtəlif şəkildə təsirli - şifahi və yazılı ünsiyyət qurma bacarığı mürəkkəb məsələlər üzrə qruplar; (e) tədqiqat nəticələrini müntəzəm bacarıqlarla və sabit bir sahədə tətbiq etmək bacarığı; (f) tədqiqat nəticələrini tətbiq etmək və müntəzəm bacarıqları yeni uyğunlaşdırma bacarığı; domenlər; (g) tədqiqat aparmaq bacarığı; (h) ziddiyyətli nəzəriyyələri və ya paradiqmaları ayırd etmək qabiliyyəti; (i) istismar müddətində müəyyən bir peşə və ya peşə ilə məşğul olmaq bacarığı, idarəetmə və ya texnoloji inkişaf səviyyəsi. 37-ci paraqraf qiymətləndirmənin alternativ, qismən və/və ya şərti tanınmanın verilə biləcəyi halları, şərtləri və qaydaları müəyyənləşdirir. Beləliklə, məhkəmə müəyyən edir ki, 09.07.2018-ci il tarixli diploma (təhsil sənədinə) Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən 14.02.2019-cu il tarixdə apostil möhürü vurulmaqla, Rusiya Federasiyasında diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli, 455-İİQ №-li Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Bundan əlavə iddiaçının bakalvr təhsilini almaqla təhsil aldığı müddətində Rusiya Federasiyasında olması ümumvətəndaşlıq pasportunda aparılmış qeydlərlə təsdiqini tapır. Həmin müddət ərzində iddiaçının tədris yükünü yerinə yetirə bilməməsi barədə cavabdeh inzibati orqanın irəli sürdüyü dəlil məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı “Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış, 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı bakalavr diplomunun nostrifikasiya olunması Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Rusiya Federasiyasının X5 Universiteti tərəfindən adına yazılmış, 09 iyul 2018-ci il tarixli, 100524 ******* saylı bakalavr diplomunun nostrifikasiya olunması öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1541/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1541/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver