Məhkəmə qərarları › İş №2-1(118)-1548/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1548/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1548/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli **********626100 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 15 sentyabr 2023-cü il tarixli **********243600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, tələbin yuxarıda qeyd edildiyi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 15 sentyabr 2023-cü il tarixli **********243600 nömrəli qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 27770,13 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan təqdim edilmiş dəqiqləşdirilmiş bəyyanmayə əsasən cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli **********626100 nömrəli qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 30972,02 manat əlavə vergi məbləği hesablanmışdır.Aşağıda qeyd olunanlara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli **********626100 nömrəli qərarı əsassız hesab edir: Tərəfindən 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 186976,89 manat gəlir, gəlirdən çıxılan xərc isə qeyd etməmişdir. Xərcini qeyd etməməyinin səbəbi kimi aldığı mallara xərc sənədlərininin olmamasıdır. Cavabdeh vergi orqanı tərəfindən onun 186976,89 manat gəlirindən heç bir xərc çıxılmadan gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsində vergi orqanı tərəfindən vergilərin düzgün hesablanması, bu proses zamanı vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsini və müdafiə etməsini təmin etmək vergi orqanlarının vəzifəsi olaraq müəyyən edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı qanunvericiliyin tələblərinə əməl etməyən şəxslərin üzərinə əlavə vergi öhdəliyi qoyula bilməz və vergi orqanı vergilərin hesablanmasını Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirməklə belə vergi ödəyicilərinə münasibətdə adekvat tədbirlər görməlidir. Belə ki, gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər rəsmiləşdirilmədikdə vergi orqanları tərəfindən xərclərin silinməsi yolu ilə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və bu halda vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü və 67-ci maddələrinə uyğun həyata keçirilməlidir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarına əsasən Vergi Məcəlləsinin 37.4-cü maddəsində göstərilən halda, uçot sənədləri olmadıqda (itirildikdə), habelə hər hansı səbəbdən vergitutma obyektini müəyyən etmək mümkün olmadıqda həmin maddənin müddəaları tətbiq edilir. Eyni zamanda Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən mənfəəti hər hansı səbəbdən düzgün müəyyən etmək mümkün olmadıqda mənfəətin müəyyən edilməsi mexanizmi Vergi Məcəlləsinin 67.3-cü,67.4-cü və 67.14-cü maddələrinin müddəalarına uyğun olaraq həyata keçirilməlidir......Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Lakin vergi orqanı tərəfindən hesabat dövrü ərzində kameral vergi yoxlaması həyata keçirərək vergi bəyannaməsində göstərilən xərc sənədlərini qəbul etməmiş, vergiyə cəlb edilən ümumi gəliri birbaşa 20% dərəcə ilə gəlir vergisinə cəlb edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli **********626100 nömrəli qərar qanunvericiliyin tələbləri kobud sürətdə pozularaq qəbul edildiyindən ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2022-ci ilin Gəlir vergisinə analoji qaydada 30 972,02 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 2022-ci ildə e-qaimə məlumatlarına əsasən 186 976,89 manatlıq “tikinti materialları” təqdim etməsinə baxmayaraq həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim etmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü ildə **********260900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin gəlir vergisinə analoji qaydada 27 770,13 manat məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********243600 nömrəli qərarı göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə qeyd edilən dövr üzrə cari bəyannamə təqdim edərək hesablanmış vergi məbləği azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********117000 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubları göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi üzrə 30 972,02 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********626100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.Həmçinin bildirilir ki, İddiaçı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndinə əsasən xx.xx.2023- cü il tarixli **********898500 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli **********626100 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Cavabdeh vergi orqanı hesablamaya əsas kimi 2022-ci ilin Gəlir vergisi bəyannaməsində öz əksini tapmış 186976,89 manat xərclərin sənədlərlə təsdiqini tapmamasını göstərmişdir. İddiaçı isə cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, xərclərə dair sənədi olmadığından iddiaçı 2022-ci il üzrə Gəlir vergisi bəyannamələrini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən təqdim etmiş, lakin vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstürlar əsasında hesablayır. Eyni zamanda məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək ödəməli olduğu gəlir vergisini hesablamışdır.Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən rgi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2022-ci il üzrə gəlir vergisini Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş qaydalara əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli, **********626100 nömrəli əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 16 oktyabr 2023-cü il tarixli, **********626100 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar