Məhkəmə qərarları › İş №2-1(118)-1548/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1548/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1548/2025 19.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, İİ qrup əlilliyin təyini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1965-ci il təvəllüdlü və 2-ci qrup əlildir. Lakin, 2021-ci il yanvar ayından etibarən heç bir əsas olmadan ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Ona sol diz oynağının qeyri sabitlyi, kəskin funksiya pozğunluğu Ağırlaşma S83.5, Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sol diz oynağının çarpaz bağının tam qapanması, cərrahi əməliyyatdan sonraki vəziyyət. Təkrar ressediv qopma Ağırlaşma m16.2, İkitərəfli displaziya nəticəsində koksartroz. Sağ bud çanaq oynağının deformasiyaedici koksailrozu. Sol-bud çanaq oynağının artrozu Ağırlaşma M17.2, İkitərəfli posttravmatik qonartroz. Hər iki diz oynağının postravmatik artrozu. Ağırlaşma M62.5, Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki aşağı ətrafın əzələ artrofıyası. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom, Vcgetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, xroniki dəmir defısitli anemiya diaqnozu qoyulmuşdur. Qeyd edir ki, tibbi komissiya onu əyani olaraq müayinə etmiş və xəstəlik dərəcəmin həqiqətən K qrupa aid olduğunu müəyyən etmişdir. Lakin, Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekspert komissiyası tərəfindən mənə 5 il müddətinə 111 dərəcə əlillik təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Onun isə bu qərardan 15 may 2024-cti il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində olarkən xəbəri olmuşdur.Bu qərarla razı deyil, çünki bu qərar tamamilə əsassızdır. Belə ki, o əyani şəkildə yoxlanılarkən xəstəliyinin ağırlıq dərəcəsi İİ qrup əlilliyin təyin olunmasına imkan verdiyi halda, tibbi komissiya əsassız olaraq, xəstəliyinin hazırkı vəziyyətini deyil, köhnə sənədlər əsasında ona İİİ qrup əlilliyin təyin olunması barədə qərar qəbul edir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmənin qərardadı ilə iddiaçı X1 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq İnzibati aktın qobul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdıır. Bununla bağlı S.Abduliayevaya əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, X1 əlillik vəziyyəti ilk dəfə Sumqayıt 1 saylı Şəhər Poliklinikasının rəsmiləşdirilmiş göndərişləri əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, 16.01,2014-cü il tarixindən xx.xx.2015-ci i! tarixinədək 1 (bir) i! müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”; 19.01.201 Ö-ci il tarixindən xx.xx.2016-c! il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar"; xx.xx.2016-cı i! tarixindən xx.xx.2021 -ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır.Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında, Sumqayıt 1 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 05290Ö3AAHBM nömrəli göndəriş rəsrniləşdirilsə də, vətəndaşın əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri qaytarılmış, xx.xx.2021-ci il tarixli 0S29003AAGU2 nömrəli və 11,11.2021 -ci il tarixli 0531003AAL60 nömrəli rəsmiləşdirilmiş göndərişləri əsasında isə, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 25,01.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.25.01,2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri axsama, yerişin çətinləşməsi, diz oynağında ağrılar, hərəkət məhdudluğundan olmuş, mütəmadi olaraq həkim-travmatoloq nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X4 və Ortopediya İstitutunun xx.xx.2021-ci il tarixli 1517 nömrəli arayışına əsasən diaqnoz “Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu. Sağ bud-çanaq oynağının kəskin kontrakturası. Sağ bud sümüyünün aşağı 1/3-nin oynaqdaxili qeyri düzgün bitişmiş sınığı. Sağ diz oynağının postravmatik deformasiyaedici artrozu, kəskin kontrakturası. Cərrahı əməliyyatdan sonrakı vəziyyət, sağ aşağı ətrafın qısalığı 5 (beş) sm. So/ diz oynağının ön çarpaz bağın tam qopması, cərrahı əməliyyatdan sonrakı vəziyyət təkrar residiv qopma. Soi diz oynağının qeyristabilliyi. Sol diz oynağının kontrakturası. Ağrılı oynaq. Sol bud-çanaq oynağının artrozu. Hər iki aşağı ətrafın ağrılı çapıq toxuması. Hər iki aşağı ətrafın əzələ atrofiyası. Soi diz oynağının postravmatik aıirozu. Yerişin çətinləşməsi. Ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sağ bud-çanaq oynağının deformasiyaedici İİİ dərəcəli koksartrozu, açıcı bükücü kəskin kontrakturası. Sağ bud sümüyünün aşağı 1/3-nin oynaqdaxili qeyri düzgün bitişmiş sınığı, varus deformasiyası. Sağ diz oynağının postravmatik lil dərəcəli deformasiyaedici artrozu, kəskin kontrakturası, sağ aşağı ətrafın 5 (boş) sm qısalığı. Soi diz oynağının ön çarpaz bağın tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar residiv qopma, oynağın xroniki qeyristabilliyi, laxlayan oynağı, sol bud-çanaq oynağının koksaıtrozu, sol diz oynağının İli dərəcəli postravmatik artrozu, daimi ağrı sindromu və dayaq- hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması" şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikufyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm eiv.süt, nəbz ritmik {1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbokətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə ollənmomiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim- travmatoloq müayinəsinin nəticəsinə əsasən, soi diz oynağının qeyristabilliyi izlənilmiş, sağ ayaq uzunluğu 75 (yetmiş beş) sm, soi ayağın uzunluğu 79 (yetmiş doqquz) sm olmuş, sağ bud orta 1/3-nin 52 (əlli iki), soi bud 1/3-nin 49,5 (qırx doqquz tam onda beş) sm, sağ baldır orta 1/3-də 36,5 (otuz altı tam onda beş) sm atrofiya qeyd edilmişdir.Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən vətəndaşın vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin müəyyən olunması meyarları” nın 13,4.32 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da üçüncü dərəcə əlilliyə ekvivalent olmuş, bu səbəbdən və yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilmədiyindən, Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının xx.xx.2022-ei il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilsin. (Vətəndaş yeni qanunvericiliyə uyqun yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə “müddətsiz” təyinat aparıla bilər.) Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının xəstəliyi ilə əlaqədar tibbi sənədlərin surəti, cavabdehin imtina məktubu, etiraz ərizəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş T234/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ xəstəliyinin əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqanın imtina qərarı ilə onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər, 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçıya qoyulmuş diaqnozun əlilliyə əsas verib vermədiyini və cavabdehin imtinasının qanuni olub-olmamasının yoxlanılması ilə əlaqədar. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla iddiaçının yenidən müayinə edilib yekun qərar qəbul edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T234/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: T93.1-bud sınığmm nəticələri, sağ bud sümüyünün aşağı G-nin oynaq daxili qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının çarpaz bağının tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar ressidiv qopma (“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda xx.xx.2021-ci il tarixində, 1517 nömrəli arayışa əsasən) Ağırlaşmalar: M21.7-ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın qısalığı 5 sm, M24.5-oynaqlarm kontrakturası, sağ bud-çanaq, sağ və sol diz oynaqlarının kontrakturası, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, hər iki aşağı ətrafların funksiya pozğunluğu, R52.0-kəskin ağrı, ağrı sindromu, L91.0-hipertrofık çapıq, hər iki aşağı ətrafda ağrılı dartıcı çapıq toxuma, M23.5-diz oynağının xroniki qeyri-stabilliyi, sol diz oyunağırım qeyri-stabilliyi, kəskin funksiya pozğunluğu, S83.5-diz oynağının xaçabənzər bağının (ön, arxa) gərilməsi və cırılması, sol diz oynağının çarpaz bağının tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar ressidiv qopma, M16.2-ikitərəfli displaziya nəticəsində koksartroz, sağ bud-çanaq oynağının artrozu, M17.2-ikitərəfli posttravmatik qonartroz, hər iki diz oynağının posttravmatik artrozu, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, hər iki aşağı ətrafın əzələ atrofıyası. Yanaşı xəstəliklər: G90.8-vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, astenonevrotik sindrom, xroniki dəmir defısitli anemiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir.Diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyinində olan 13.4.32 meyarına uyğun gəldiyindən müvafiq tibb müəsissəsində yeni Forma 088 rəsmiləşdirilməklə 40% müddətsiz əlillik təyin edilə bilər”. Göründüyü kimi ekspert rəyindən müəyyən olunur ki, iddiaçının xəstəlikləri orqanizmin funksiyalarının 40% pozulması ilə müddətsiz əlillik təyin əlillik təyinatına uyğun olmuşdır. Belə olan halda cavabdeh təşkilat iddiaçının tələbinin təmin etməməsində haqlı olmuşdur. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndində “şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması” göndərişin verilməsi üçün əsas hesab edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı bəndində qeyd olunmuşdur ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlil və ya sağlamlıq imkanları məhdudluğunun hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun İİ dərəcə əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, İİ qrup əlilliyin təyini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar