Məhkəmə qərarları › İş №2-1(118)-1549/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1549/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1549/2023 16.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus olan 0.12 ha torpaq sahəsində (Çıxarış Seriya MH №0014107, qeyd tarixi xx.xx.2007) istifadə hüququnun tanınması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İsmayılov X4 rayonu Yeni Yaşma kəndində sahəsi 1200 m2 (0,12 ha) olan torpaq sahəsi (təinatı yaşayış məntəqələrinin torpaqları) məqsədli istifadə növü - həyətyanı olmaqla (təyinatı - yaşayış məntəqələrinin torpaqları) 2007-ci ildə Ramanova soyadlı bir vətəndaşdan notarial qaydada Alqı- Satqı yolu ilə almış və daha sonra hüquqlarını müvafiq orqanda qeydiyyat aldırmaqla bu barədə DƏDRX ÇİXARİŞ almışdır. (Serya MH № 0014107, reyest nömrəsi **********16, Qeydiyyat nömrəsi 160710108, tarixi xx.xx.2007) Bundan əlavə olaraq bir neçə müddət sonra 2013-cü ildə həmin çıxarış üzrə həmin yerin koordinatlarını da Dövlət Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbə müdiri V.Ş. Mirzəyevin imzası və möhürü ilə (№ 272 20 noyabr 2013) almış və həmçinin X3 sədri Ş.Əsgərovun imzası ilə Bələdiyyənin Yerquruluşu planından çıxarış da almışdır. 2018-ci ildə iddiaçıya məxsus olan həmin sahədə tikinti, hasarlama işləri aparılması üçün koordinatların ölçülüb yerində ona təqdim edilməsi üçün ƏMDK etdiyi 22 may və 20 iyul tarixli torpaq sahəsinə plan və ölçülərin təqdim edilməsi üçün göndərdiyi iki müraciətinə 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Rövşən Əhmədov tərəfindən 02 iyul 2018 (№ **********49) və 27 iyul 2018 tarixli (№ **********19) cavab məktublarında iddiaçıya məxsus olan (**********16) sahənin sonradan qeyri-qanuni yolla başqa bir fiziki şəxsə (**********25) verilən hektarlarla sahə kənd təsərrüfatı təyinatı ilə verilən sahə ilə üstüstə düşməsi və bu səbəbdən də ona məxsus olan və Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçülərinin alınmasından imtina edildiyi” kimi başdansovdu cavablar verilmişdir. Halbuki sənədlərin nömrəsindən də göründüyü kimi həmin şəxsin qeydiyyatı (sonu ...325) iddiaçının mülkiyyətinin qeydiyyatından (sonu ...216) daha sonra aparılmışdır. 2020-ci ildə təkrarən iki dəfə müraciət etmişdir. AR Prezident Administrasiyasına 18 yanvar 2020-ci ildə etdiyi birinci müraciətə ƏMDK yanında DƏDRX tərəfindən rəis Hikmət Mustafayevin imzası ilə 20 fevral 2020-ci il tarixli (№ **********90) cavab verilmişdir. İkinci 30 aprel 2020-ci il tarixli müraciətinə isə 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəis vəzifəsini icra edən Fətəli Atakişiyevin imzası ilə 05 may 2020-ci il tarixli (№ **********74) cavab verilmişdir. Hər iki cavab məktubunda bildirilir: AR Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər planına uyğun olaraq Xızı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri "xxxx" MMC tərəfindən müasiq ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Əldə olunan məlumatlar sistemləşdirilərək elektron kadastr məlumat bazasına daxil edildikdən sonra sizə məxsus torpaq sahəsinin planı və ölçüsünün verilməsi məsələsinə yenidən baxılacaqdır. Bu səbəbdədn də “Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinə əsasən torpaq sahəsinin plan və ölçülərinin alınması barədə müraciətinizin icrasından imtina edilmişdir. Lakin bu cavab həmin qanunun heç bir maddəsinə uyğun gəlməməsinə baxmayaraq əsaslandırılmamışdır: Belə ki, 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. AR Prezidenti canab İ. Əliyevin 29 iyun 2004-cü il tarixdə imzladığı (№ 713-İİQ) Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 23-cü maddəsinə əsasən " Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olm asına cavabdehdirlər" və "məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar" olmasına baxmayaraq Cavabdeh tərəf heç bir tədbir görməmişdir. Halbuki AR Prezidentinin 7 mart 2016-cı il tarixli 818 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması QAYDALARİ-na əsasən bu işlər 2019-cu ildə başa çatdırılmalı idi. Sonuncu müraciətlərinə cavab olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsinin bəzi əməkdaşları onunla şifahi söhbətdə işlərin hələ başa çatdırılmadığı digər şəxslərin fərdi pay torpaqlarının da həmin torpaqla üst-üstə düşməsi və yalnız bir qisminin hələlik sürüşdürüldüyü barədə bildirməklə bu işlərin bu gedişlə hələ uzun illər davam edəcəyini bildirmişdirlər. Beləliklə bəzi dövlət məmurlarının səhlənkarlığı və vəzifə səlahiyyətlərindən suiistifadə etmələri nəticəsində iddiaçı öz qanuni ÇİXARİŞ-la təmin edilmiş həyətyanı sahəsindən məhrum edilməklə Konstitusiya ilə mülkiyyət hüququ (maddə 29) tapdalanmışdır. Bu səbəbdən də uzun illərdir ki, mülkiyyət hüququ ona məxsus olan torpaq sahəsindən bəzi işbazların ayrı-ayrı dövlət məmurları ilə işbirliyi nəticəsində məhrum edilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı üçüncü dəfə 15 noyabr 2022 tarixli ƏMDK yanında DƏDRX 2 saylı Sumqayıt Əİ-sinə müraciət etmişdir. Bu müraciətinə 09 dekabr 2022-ci il tarixli **********40 saylı ƏMDK yanında DƏDRX 2 saylı Sumqayıt Əİ-sinin rəisi Fəxri Cəfərov tərəfindən verilən cavabda “20 noyabr 2013- cü il tarixli № 272 məktııbdukı koordinatların **********29 reyestr nömrəli kənd təsərrüfatı kateqoriyalı torpaqla üst-üstə düşməsi səbəbindən müraciətinin icrasını təmin etmək mümkün olmadığı və mübahisənin yəni iddiaçının hüquqlarının məhkəmə qaydasında həll edilməsi mümkünlüyü” vurğulanmışdır. Sənədlərdən və rəsmi cavablardan da göründüyü kimi, həmin şəxsə məxsus reyestr nömrəsi əvvəlki kimi **********16 deyil **********29 kimi göstərilmişdir. Bu da həmin orqanın saxtakarlığından xəbər verir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.3. və 2.4 maddələrinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə və bu mübahisələr - məhkəmə qaydasında həll edilə bilər. AR X2 11 iyun 1999-cu il tarixdə imzaladığı (№ 682-1Q) Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Qanununun 4 və 5-ci maddələrinə əsasən Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək şikayət verilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı 0.12 ha torpaq sahəsində (Çıxarış Seriya MH №0014107, qeyd tarixi xx.xx.2007) istifadə hüququnun tanınmasını istəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə istifadə hüuqunun tanınmasına dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə onuda qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı məktublardan görsənir ki, iddiaçının plan-ölçü sənədinin alınması ilə bağlı müraciətindən imtina edilərək, torpaq sahəsinin baza məlumatlarına əsasən digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin baza məlumatlarına əsasən digər şəxslərin torpaq sahəsi üst-üstə düşməsi ilə razılaşmayaraq, cavabdeh orqanın yuxarıda qeyd edilən imtinasını əsassız hesab edirsə, torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiası ilə inzibati məhkəməyə müraciət edə bilər. Cavabdehin imtinasında qeyd edilən ust-üstə düşmə halını qəbul edirsə, üçüncü şəxslərə aid sənədləri mübahisələndirilə bilər. Üst-üstə düşmə inzibati orqanın qanunsuz qeydiyyatı əsasında həyata keçirilmişdirsə, ilkin olaraq qanunsuz qeydiyyatın ləğvi ilə bağlı inzibati orqana müraciət edilməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar