Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1554/2025 30.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona, əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1994-cü il təvəllüdlüdür. N saylı hərbi hissənin kiçik çavuşu kimi N günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşdə yaralanmış, «Partlayış travması sol bazu, sol said, sol sağrı nahiyyə sağ saidin, sol baldırın, sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri cırıqları, sol incik sümüyünün diafizinin orta 1/3-nin açıq qəlpəli, yerdəyişməyən sınığına görə aparılmış ətraf gips langeti ilə immobilizasiyasından sonrakı bitişməkdə olan smığı»diaqnozu ilə hospitalizasiya olunmuşdur. Yaralanarkən 3 gün meşədə tək qalmışdır. Dəfələrlə tibbi əməliyyatlar keçirmişdir. Müharibədən sonra Quba rayon X1, Respublika Psixiatriya Xəstəxanasında mütəmadi stasionar müalicələr almışdır. X10 Komissiyalarından keçmişdir. Komissiyalar tərəfindən qoyulan diaqnozlar təsdiqlənmişdir. Dəfələrlə «Baş beynin üzvi xəstəliyi /2 Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət dəyişikliyi,depressiv daxilolmalar yaddaşın zəifləməsi.Üzvi mənşəli /qapalı kəllə-beyin travması/affektiv pozuntu-ifadəli depressiv forması.Suiqəsd fikirləri.Baş beyin travması nəticəsində psixidavranış pozuntuları» diaqnozu ilə əlillik təyin edilməsi üçün müraciətlər edilmişdir. Lakin cavabdeh tərəfindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2024-cü ildə əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumatda «İmtina edilib.Səbəb:Diaqnoz öz təsdiqini tapmaması.Ətraflı:Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir» kimi göstərilmişdir. Cavabdehin bu qərarı ilə razı deyil. Çünki hazırda vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Quba rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın rəhbər şəxsin qəbuluna müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1305 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və psixotik mutizm əlamətləri İlə təzahür edən nəticəsi. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020), ikitərəli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol bazu, sol said, sol sağrı, sol ayaq, saq saidin kor qəlpə yaralanması, sol incik sümüyü diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sınıq fraqmentlərinin gips immobilizasiyasından sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2404 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13264/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2023xx.xx.2024-cü il tarixli 11996/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1783/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4012 nömrəli Tibbi rəyində diaqnoz "Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, zəif eşitmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinə otağına daxil olarkən özünü anlaqsız şəxs kimi aparmışdır. Mövcud stasionar (gündüz) sənədlər və əvvəlki komissiya qeydlərinə əsasən fərqli klinikanı nümayiş etdirmişdir. Səbəbsiz olaraq polislərə hücum etmiş, otağı dağıtmışdır. Vətəndaşın atasından anamnestik məlumatlar toplanarkən absurd fikirlər səsləndirmiş, oğlunun 4 ildir ki, bu vəziyyətdə olduğunu iddia etmişdir. Lakin bu günə qədərki reseptlərdə heç bir antipsixotik təyinatı olmamışdır. Heç bir klinik əlaməti sadalaya bilməmişdir. Nümayiş etdirilən vəziyyət təqdim olunan sənədlərdəki diaqnozlarla tamamilə uyğunsuzluq təşkil etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloji faktor təsdiqlənmir. Komissiyaya təqdim edilmiş sənədlərlə hazırda müşahidə olunan hazırki psixi status tam ziddiyət təşkil etmiş (Simulyativ xarakterli psixomatik oyanma müşahidə olunmuşdur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun оİaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə etdiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 283 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona "Üzvi affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F06.3” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 2083 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə F06.3” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X12 xx.xx.2024-cü il tarixli 4014 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F07.0” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba rayon X3" X12 xx.xx.2022-ci il tarixli 1935 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuşdur. Ona “Üzvi (müharibədə aldığı travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizod və. psixotik mutizm əlamətləri ilə" diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi" X12 xx.xx.2022-ci il tarixli 10475 saylı arayışından məlum olur ki, İddiaçı 02.11 2022-ci il tarixdə t.e.d. Fuad İsmayılov tərəfindən müayinə olunub ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə F06.3” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixdə “Əhvalın üzvi mənşəli affektiv pozğunluğu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X6” X12 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixdə "Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F07.0” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixdə “Üzvi affektiv ağır depressiv epizod. Anamnezində psixotik mutizm əlamətləri ilə" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X12 ambulator kartasından məlum olur ki, İddiaçı 06.02 2024xx.xx.2024-cü il tarixdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarixdə “Üzvi (müharibədə aldığı travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizod və. psixotik mutizm əlamətləri ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin verdiyi travma haqqında arayışından məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.2020ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşdə yaralanmış “partlayış travması (xx.xx.2020), sol bazu, sol said, sol sağrı nahiyə sağ saidin, sol baldrın, sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sol incik sümüyünün diafizinin orta 133-nin açıq qəlpəli, yerdəyişməyən sınığına görə aparılmış ətraf gips langeti ilə immobilizasiyasından sonrakı bitişməkdə olan sınığı” xəsarətini almışdır. Müdafə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının təqdim etdiyi 1305 saylı şəhadətnamənin qısa anamnezində göstərilir: “anamnezindən məlumdur ki, irsiyyəti ruhi əsəb xəstəliklərlə ağırlaşmayıb. İlkin psixofiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Natamam-orta təhsillidir. Ailəlidir, iki övladı var. işləmir. 2-ci Qarabağ müharibəsində iştirak edib. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması (xx.xx.2020) nəticəsində sol bazu, sol said, sol sağrı nahiyəsinin, sağ saidin, sol baldırın, sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sol incik sümüyünün diafizinin orta 1/3-nin açıq qəlpəli, yerdəyişməyən sınığına görə aparılmış ətraf gips longeti ilə immoblizasiyasından sonrakı bitişməkdə olan sınığı” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 2418 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərilmişdir. 3 gün təxliyəsi mümkün olmamış, xx.xx.2020-ci il tarixdə Horadizdə yerləşən hospitala təxliyə olunmuşdur. Orada yaraları birincili cərrahı işlənmişdir. Daha sonra deməsinə əsasən müalicəsini davam etdirmək üçün Kürdəmir RMX-na göndərilmişdir. Diaqnoz: “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, Baş beynin silkələndən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi affektiv (deprest), gostkommosiıon sindrom və psixotik mutizm əlamətləri ilə təzahür edən nəticəsi. Mülayim (orta) dərəcədə uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Vegetativ damar, Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqin qulağda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol bazu, sol saiq, sol sağru, ayaq sağ saidin kor qəlpə yaralanması, sol incik sümüyü diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş sınığına aparılmış yaraların birincili cərrahı işlənməsi, sınıq fraqmentlərinin gips immobilizasiyasından sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi: (metal qəlpələr)." “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Diaqnoz: Çoxsaylı Kariyes". “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır". Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-48N/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (ümumilikdə) (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? 2. İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin) 3. İddiaçı aşağıdakı xəstəliklər aşkar olunurmu? - Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri F 07.0. -Üzvi affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri ilə F 06.3. -Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə F 06.3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X12 xx.xx.2024-cü il tarixli, 5738 saylı məktubu ilə İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli, 3259 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi məhkəməyə təqdim edilmişdir.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya xx.xx.2024-cü il tarixli qərarla əlilliyin verilməsindən imtina edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçıya baş beynin üzvi xəstəliyi, (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi, üzvi mənşəli (qapalı kəllə beyin travması) affektiv pozuntu-ifadəli depressiv forması. Suiqəsd fikirləri. Baş beynin travması nəticəsində psixi-davranış pozuntuları) diaqnozu müyyən edilmiş, lakin onun barəsində cavabdeh orqan tərəfindən diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloji faktor təsdiqlənmir. Komissiyaya təqdim edilmiş sənədlərlə hazırda müşahidə olunan hazırki psixi status tam ziddiyət təşkil etmiş (Simulyativ xarakterli psixomatik oyanma müşahidə olunmuşdur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun оİaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: .... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; .... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X12 xx.xx.2024-cü il tarixli, 5738 saylı məktubu ilə İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli, 3259 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) X7 Daxilolmalarla” F 07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli ''X5 "Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F07.0” diaqnozu ilə stasionar müalicədə olmuşdur" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanasıda "Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri F07.0" diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (ümumilikdə) (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) X7 daxilolmalarla müəyyən edilir. 2-ci sual: İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qəran ilə təsdiq edilmiş ''Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin) Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3-cü sual: İddiaçı aşağıdakı xəstəliklər aşkar olunurmu? - Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri F 07.0. -Üzvi affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri ilə F 06.3. -Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə F 06.3. Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) X7 daxilolmalarla aşkar olunur. Göründüyü kimi ekspert rəyi ilə təsdiq edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) X7 Daxilolmalarla” F 07.0 müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin XBT- Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, funksiyalarının 10 funksiyalarının №-si orqanizmin funksiyalarının pozulması (kod) pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri baş beynin zədələnməsi və disfunksiyası və ya somatik 7.6.2. F06 xəstəliklə bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli F07.8 şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il 7.6.2.1. 35-60 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb 7.6.2.2. olan 2 il müddətində müşahidə 65-80 2 il edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova