Məhkəmə qərarları › İş №2-1(118)-1555/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1555/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1555/2021 06.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “25.09.2971-ci il təvəllüldlü X4, 26.05.1990-cı il təvəllüldlü X3, 28.02.1992-ci il təvəllüldlü X2, 25.10.2016-cı il təvəllüldlü X5 iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ev 4, mənzil 56 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ev 4, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 03.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış əsasında İddiaçı məxsusdur. Həmin mənzilə İddiaçı hüquqları 11 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında yaranmışdır.Mənzilin alqı-satqısı zamanı 3-cü şəxslər mənzilin satılmasına razılıq vermişdirlər və mənzili birdəfəlik tərk etmişdirlər. Lakin alqı-satqı müqaviləsi üzrə satıcı olmuş X6 11.03.2021-ci ilədək mənzildən pasport qeydiyyatından çıxması ilə bağlı öhdəlik götürməsinə baxmayaraq mənzildə hələdə pasport qeydiyyatındadır. İddiaçı tərəfindən inzibati orqana bu barədə müraciət etməsinə baxmayaraq onu müraciəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məsələyə hüquqi mövqeyini bildirməmişdir. Üçüncü şəxslər 25.09.2971-ci il təvəllüldlü X4, 26.05.1990-cı il təvəllüldlü X3, 28.02.1992-ci il təvəllüldlü X2, 25.10.2016-cı il təvəllüldlü X5 qeydiyyat ünvanına - ünvan 1ldirişi göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişdilər.X1 məhkəməyə notarial qaydada təstiq edilmiş ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini və mənzildən pasport qeydiyyatından çıxmasına razı olduğu bildirdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 28.06.2021-ci il tarixli ***-******* nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi olan, 03.03.2021-ci il tarixli Çıxarışın surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi MAPS şöbəsinin verdiyi arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ev 4, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan, 03.03.2021-ci il tarixli çıxarış əsasında X7 məxsusdur. Hazırki iddia tələbi üzrə 3-cü şəxslərdən X6 mənzilin alqı–satqı müqaviləsinin 13-cü bəndinə əsasən 11.05.2021-ci il tarixinədək mənzildən pasport qeydiyyatından çıxamsı ilə bağlkı öhdəlik götürmüş,digər 3-cü şəxslər isə mıənzilin satılmasına razılıq vermişdirlər. Bundan başqa X6 məhkəməyə imzası notarial qaydada təstiq edilmiş ərizə ilə müraciət edərək, iddia tələbi ilə razılaşdığını bildirmişdir. Göründüyü kimi 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. İddia tələbinin 25.10.2016-cı il təvəllüldlü X5 mənzildən pasport qeydiyyatından çıxarılması barədə hissəsini araşdıraraq məhkəmə hesab edir ki, 14 yaşına qədər şəxslərin yaşayış yeri valideyinlərinin yaşayış yeri sayıldığından onun qeyd olunan mənzildə pasport qeydiyyatında qalmağa hüququ yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görədə məhkəmə hesab edir ki, 25.09.2971-ci il təvəllüldlü X4, 26.05.1990-cı il təvəllüldlü X3, 28.02.1992-ci il təvəllüldlü X2, 25.10.2016-cı il təvəllüldlü X5 Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ev 4, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 25.09.2971-ci il təvəllüldlü X4, 26.05.1990-cı il təvəllüldlü X3, 28.02.1992-ci il təvəllüldlü X2, 25.10.2016-cı il təvəllüldlü X5 Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ev 4, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar