Məhkəmə qərarları › İş №2-1(118)-1556/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1556/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1556/2025 14.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” X15rşı “iddiaçının 1993-cü ilin martında Ağdamda vətənin müdafiəsində aldığı kontuziya səbəb əlaqəsi ilə Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayışın verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X5 cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” X15rşı “İddiaçı Ağdamda Fərrux dağı istiqamətində olan 1993 - cü il fevralında hücum əməliyyatlarında aldığı kontuziya səbəb əlaqəsiylə Quba Rayon Xəstəxanasında Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayış verilməsinə və məhkəmə rüsumu olan 100 (yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini və “iddiaçının 1993-cü ilin martında Ağdamda vətənin müdafiəsində aldığı kontuziya səbəb əlaqəsi ilə Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9, Ali Baş Komandan X19 müharibəsinin iştirakçılarına, şəhid ailələrinə (Vətən müharibəsi qəhrəmanı şəhid X3 həm kəndlisi, həm də qohumudur) və qazilərimizə göstərdiyi qayğı hər zaman alqışlanmalıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan İddiaçı artıq 30 ilə çatan çətinliyi barəsində Ali Baş komandana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsindən gələn xx.xx.2021 - ci il, 1\M- 6425 saylı sənədlərin siyahısında yaralanma ilə əlaqəli sənəd istənilmişdir. Belə ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Sovet dövründə xx.xx.1988-ci ildə hərbi xidmətə yollanıb və Rusiyanın Amur vilayətində hərbi xidmətini çavuş kimi bitirərək xx.xx.1990-cı ildə vətənə qaytmışdır. Quba rayon mülki mühafizə idarəsində gözətçi kimi işləməyə başlamışdır. Mənfur düşmən Qarabağa hücum edəndə Vətən harayına səs verib könüllü olaraq 23 dekabr 1992 -ci ildən İ may 1993 -cü ilədək müddətinə Quba hərbi komissarlığından Bakıya oradan da Gəncə hərbi komissarlığına göndərilmiş və oradan da Şəmkir rayonu Seyfəli kəndində hərbi səhra poliqonunda qısa təlimdən sonra manqa komandiri çavuş kimi N№ li hərbi hissənin N №- li taborunun tərkibində Ağdam rayonunun Xındırıstan kəndində qurulmuş qərargahdan hücum döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənlə daim öndə mübarizə aparmış və nümunəvi döyüşçülərdən olmuşdur. 1993-cü ilin fevral ayında Fərrux dağı istiqamətində ikinci hücum əməliyyatında çox şəhidimiz yaralımız olmuşdur. Zərdabi qəsəbəsi Tam Orta məktəbə adı verilən X12 da bu yüksəklikdə şəhid olmuşdur. Düşmənlər tərəfindən atılan top mərmisi partlayışıyla İddiaçı kontuziya almışdır. Ağdamın Xromat kəndini tabordan qalan təxminən 15 nəfərlə mətənatlə müdafiə etmişdirlər. Qərargah rəisləri isə şəhid və yaralı çox olduğuna görə əskərlərin köməyinə getmiş və tut bağında qəhrəmancasına şəhid olmuşdur. Bu günkü nizam- intizam o zaman olmadığına görə kontuziya almış qardaşı İddiaçı hərbi xəstəxanaya yox taborları dağıldığı üçün N № -li hərbi hissənin komandirinin imzaladığı buraxılış vərəqəsi ilə müalicə üçün evə göndərmişlər. Buraxılış sənədinin notarial təsdiqli surətini ərizəyə əlavə edir. Kontuziyalı halda iddiaçı 28 fevral 1993-cü ildə evə gəlib və anası la birliktə Quba rayon Mərkəzi Xəstəxanasına gedərək nervpatoloq Babaşov Akif Vahab oğlu tərəfindən müainə edilib. Müayinədən sonra xəstəxanada boş yer olmadığına və maddi çətinliyə görə Babaşov Akif Vahab oğlunun yazdığı reseptə görə iynə dərman müalicəsini həmin dövrdəki kəndi Feldşer məntəqəsinin müdiri və X1 edib və onun imzalı şahid ifadəsini ərizəyə əlavə edir 1993 -cü il fevral ayında Agdam bölgəsində Fərrux dağı istiqamətində hücum döyüş əməliyyatında İddiaçı kontuziya almasının şahidi olan. Vətənin müdafiəsində xidmətləri olan döyüş yoldaşları Quba rayon Zizik kənd sakini X6 və Quba rayon Zərdabi qəsəbəsinin sakini X10 şahid ifadələrini ərizəyə əlavə edir. xx.xx.1994-cü ildə xəstə olduğunu və hərbi biletinin belə olmadığını bildirməsinə baxmayaraq “Əskər çatışmır “ deyərək onu yoldan avtobusa mindirib heç bir müyainədən keçirməyərək Fizuli bölgəsinə göndərirlər. Milli ordunun N № -li hərbi hissəsində xəstə -xəstə vətənin müdafiəsində iştirak edib. O . komandirlərinə xəstə olduğunu ancaq müalicə alsa, kurs keçib Milli Ordu zabiti kimi düşmənlə mübarizə aparmaq istədiyini bildirsə də “Əskər çatışmır " deyərək onu hərbi xəstəxanaya göndərməmişlər. 1996 -cı ilin əvvəlində özünü idarə edə bilməyəcək vəziyyətə çatandan sonra bir gizir və bir əskər qardaşını evə gətirirlər. Qardaşı əsaslı müalicə olunmadığı üçün müharibədən sonra heç bir işə almamışlar. 1998-ci ildə xəstəliyi inkişaf etdiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasında həkim Babaşov Akif tərəfindən Bakıya göndərişlə göndərilmiş və onu Respublika Diaqnostika Mərkəzinə aparırlar. İddiaçının bu halına dözməyən anası 1998 -ci ildə vəfat elmişdir. 2003 -cü ildə yenə də Bakıya göndərilmişdir. 2018 -ci ildə nervpatoloq Babaşov Akif Vahab oğlu qardaşının müalicəsini psixoloq Bəhram həkimə yönləndirdi. 2008 -ci ildə ailə qurdu və fiziki qusurlu bir övladı var. Həyat yoldaşı onkoloji xəstədir. Sonraki illərdə müalicəsini Bəhram həkim etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən iddia tələbinə dair münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Müdafiə Nazirliyinin 12 mart 2021-ci il tarixli, 11 iyul 2019-cu il məktubları Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2024-cü il tarixli arayışı; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 yanvar 2022-ci il tarixli arxiv arayışı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı 1993-cü ilin mart ayında Ağdam rayonunda aldığı kontuziya ilə bağlı Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunmasını və müalicə almasını təsdiq edən arayışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1999-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş bütün vətəndaşların müayinə və müalicə olunmaları ilə əlaqədar mövcud olan müvafiq sənədlər (ambulator müraciətlər ilə bağlı sənədlər və xəstəlik tarixləri) qanunauyğun qaydada məhv edilmişdir. Məsələ ilə əlaqədar vətəndaş İddiaçı qardaşı X7 ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, X7 COVİD-19 pandemiyası öncəsi Quba RMX-na müraciət edərək qardaşı İddiaçı ambulator kitabçasının sürətini (əsli ilə düzdür qeydi qoyularaq) əldə etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” X15rşı “iddiaçının 1993-cü ilin martında Ağdamda vətənin müdafiəsində aldığı kontuziya səbəb əlaqəsi ilə Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” X15rşı “iddiaçının 1993-cü ilin martında Ağdamda vətənin müdafiəsində aldığı kontuziya səbəb əlaqəsi ilə Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar