Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-156/2020 10.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Cavabdehnə qarşı “onun 1980-1996-ci illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozada işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1963–cü ildə anadan olmuş, qızlıq soyadı Kibarovadır. 4 övladı olub, 1–ci qrup əlil olan xx.xx.1992-ci il təvəllüdlü qızı Gülçin xx.xx.2016–cı ildə vəfat etmişdir. 1980-1996-cı illərdə Xaçmaz rayonu «İnqilab», H.Z.Tağıyev adına sovxozda fəhlə işləməklə əmək haqqı almış, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018ci il tarixli 452 saylı Arxiv arayışına əsasən Arxivin 9 saylı fondunda saxlanılan H.Z.Tağıyev adına sovxozun əmək haqqı hesablaşma cədvəllərinə əsasən işlədiyi müddətdə qazandığı əmək haqqı aylar və illər üzrə qeyd edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018–ci il tarixli 452/1 saylı Arxiv çıxarışına əsasən «İnqilab» sovxozuna xx.xx.1980-ci ildə fəhlə qəbul olunmuş, xx.xx.1988– ci il tarixli 165K N-İi əmrlə analıq məzuniyyətində olmuş, xx.xx.1988-ci il tarixli 290K N-İi əmrlə uşağa baxmaq üçün qismən ödənilən analıq məzuniyyətində olmuşdur. xx.xx.1989-cu il tarixli 284–K N-li əmrlə analıq məzuniyyətində olmuşdur. xx.xx.1990-cı il tarixli 68– K N-li əmrlə ona uşağa baxmaq üçün qismən ödənilən analıq məzuniyyəti verilmişdir. xx.xx.1992-ci il tarixli 161K N-İi əmrlə ona yaş yarımına qədər uşağa baxmaq üçün ödənişli analıq məzuniyyəti verilmişdir. xx.xx.1993-cü il tarixli 266– K N-İi əmrlə uşaq yaş yarıma çatana kimi qulluq etmək üçün xx.xx.1993-cü ildən xx.xx.1995-ci il tarixə kimi qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. Qeyd etdiklərindən göründüyü kimi o, 1980-1996-cı illərdə Xaçmaz rayonu «İnqilab», H.Z.Tağıyev adına sovxozda bütün illər ərzində tam işləmiş və əmək haqqı almışdır. Onun pensiya yaşı çatdığı üçün bütün lazım olan sənədləri toplayıb cavabdeh DSMF–nin Xaçmaz rayon şöbəsinə təqdim etmiş, lakin cavabdeh inzibati orqan ərizəsini təmin etməmişdir. xx.xx.2019-cu il tarixli məktubla ona cavab verildi ki, 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyiniz müddətlər əmək kitabçasına qeyd olunmadığı üçün şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən qeyri– müsbət həll edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən iş stajının müəyyən olunması Qaydalarının 3.1.1ci bəndinə əsasən iş stajı əmk kitabçasına əsasən müəyyən olunur. Beləliklə əmək kitabçası olmadığından cavabdeh şöbənin əmək pensiyaları təyin edən komissiyası H.Z.Tağıyev adına sovxozda işlədiyi illəri əmək stajına qəbul etməyərək ona pensiya təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018ci il tarixli 452 saylı Arxiv arayışından görünür ki, o, 1980- 1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işləməklə əmək haqqı almışdır. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə · pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədlər; əlilliyə görə pensiya növü üzrə isə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi–X4 əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018ci il tarixli 452 saylı Arxiv arayışı ilə onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyini təsdiq edir. Beləliklə də, həmin Qaydaların tələbinə görə şəxsin iş stajı təkcə onun əmək kitabçasına əsasən deyil, həm də digər sənədlər əsasında, o cümlədən Arxiv arayışları, Arxiv çıxarışları əsasında müəyyən edilə bilər. Belə olan halda hesab edir ki, cavabdeh DSMF-nin Xaçmaz rayon şöbəsi tərəfindən onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddətin iş (sosial sığorta) stajına daxil edilməsindən əsassız olaraq imtina edilməsi nəticəsində onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddəti və İ qrup sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.1963–ci il təvəllüd olmaqla xx.xx.2019–ci il tarixində yaşa görə əmək pensiya təyin olunması üçün şöbəyə müraciət edib. Vətəndaş 1980–1996-cı illərdə H.Z.Tağıyev adına sovxozda işləməsi barədə arxiv arayışları təqdim edib. Həmin arayışlara əsasən vətəndaşın 14 il 10 ay sığorta stajı müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8.2 maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş ana 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasına hüquq qazanırlar. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən xx.xx.2017–ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, xəstə uşağı olan analar xx.xx.2017-xx.xx.2018-ci il müddətində 55 il 6 ay yaş həddində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019–cu il tarixə kimi 56 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı xx.xx.1963–cü il təvəllüd olduğu üçün 56 yaşda, yəni xx.xx.2019–cu il tarixdən əmək pensiyasına hüquq qazanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən iş stajının müəyyən olunması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Vətəndaş İddiaçı Gülçin adlı xəstə uşağına qulluq etməsi barədə arayış təqdim etmədiyi, həmin uşaq 29.1 1.2016-cı il tarixdə vəfat etdiyi üçün ananın uşağa hansı müddətdə qulluq etməsi faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Vətəndaşa işlədiyi müddətlər üçün əmək kitabçası açılmadığı və xəstə uşağa hansı müddətdə qulluq etməsi faktı müəyyən olunmadığı üçün və nəticədə tələb olunan 25 il sığorta stajı təsdiq edilmədiyi üçün ona əmək pensiyası təyin olunması şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən qeyri-müsbət həll edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, qızı X3 məxsus doğum haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətləri, UAFA X6 verdiyi arayış (möhürü yoxdur), ƏƏSMN-nin X2 tərəfindən verilən arayışların və müayinə aktının surəti, DSMF-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz ərizəsi, Xaçmaz rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli 452 saylı arayışının notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı X1 anadan olduğu xx.xx.1992-ci il tarixdən ona qulluq etdiyi dövrü nəzərə alaraq ona yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin iddiaçının sağlamlıq imkanları məhdud qızı X3 doğulduğu andan vəfat etdiyi vaxtadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan xx.xx.1992-ci il təvəllüdlü X5 anadan olduğu gündən vəfat etdiyi tarixədək anası İddiaçı himayəsində olmuşdur. Qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının arxiv arayışlarına əsasən işlədiyi müddətləri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Hesab olunur ki, İddiaçı arxiv arayışlarına əsasən işlədiyi illəri sığorta stajına daxil edildiyi və sağlamlıq imkanları məhdud övladının tərbiyə etdiyi nəzərə alınırsa onun yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışına və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 ildir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddəti və İ qrup sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddəti və sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-156/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-156/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver