Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-156/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (işləməyən, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi,ev 66, mənzil 14-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi X2rşı 15 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün müddət üçün müavinətin məbləğinin əmək haqlarının 2019-cu ilin sentyabr ayından 20 faiz artırılması və müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə məzuniyyətin başlanıldığı günə 2019- 2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əlavə ödənişlər nəzərə alınmaqla müəyyən olunan əmək haqqına əsasən yenidən hesablanaraq ödənilməli məbləğin müəyyən edilərək birdəfəlik ödənilməsi, 2019-2020-ci dərs ilinə görə əmək məzuniyyətinin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün əmək haqlarının 2019-cu ili sentyabr ayından 20 faiz artırılması və 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əalvə ödənişlər nəzərə alımaqla müəyyən olunmuş orta aylıq əmək haqqına əsasən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xəstəliyi ilə əlaqədar sosial hüquqlarının pozulduğunu nəzərə alaraq 15 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün müddət üçün müavinətin məbləğinin əmək haqlarının 2019-cu ilin sentyabr ayından 20 faiz artırılması və 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əlavə ödənişlər nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməli məbləğin müəyyən edilərək ona birdəfəlik ödənilməsi öhdəliyinin Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün müddət üçün müavinətin məbləğinin əmək haqlarının 2019-cu ilin sentyabr ayından 20 faiz artırılması və müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə məzuniyyətin başlanıldığı günə 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əlavə ödənişlər nəzərə alınmaqla müəyyən olunan əmək haqqına əsasən yenidən hesablanaraq ödənilməli məbləğin müəyyən edilərəkona birdəfəlik ödənilməsi, 2019-2020-ci dərs ilinə görə əmək məzuniyyətinin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün əmək haqlarının 2019-cu ili sentyabr ayından 20 faiz artırılması və 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əlavə ödənişlər nəzərə alımaqla müəyyən olunmuş orta aylıq əmək haqqına əsasən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu il tarixdən Xaçmaz şəhəri C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 2019-cu ilin tədris ilindən 4-cü sinifdə və məktəbə hazırlıq qrupunda müəllim kimi çalışmışdır. Onun dərs yükü 35 dərs saatı miqdarında müəyyən olunmuş və 15 oktyabr 2019-cu il tarixə kimi əmək haqqını 01 sentyabr 2019-cu il tarixdən əmək haqlarına müəyyən olunmuş artıma və 35 dərs saatına əsasən almışdır. 15 oktyabr 2019-cu il tarixdən gözlənilmədən xəstələnərək Tibb Universitetinin Onkoloji Klinikasında ağır əməliyyat keçirmiş və həmin tarixdən əmək qabilliyyətinın müvəqqəti itirilməsi barədə xəstəlik vərəqi tərtib olunmuşdur. Müalicəsi davam etdiyi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti hazırda da davam edir. 15 oktyabr 2019-cu il tarixdən 28 fevral 2020-ci ilə kimi olan müddətin müavinətinin hesablanması üçün xəstəlik vərəqini işlədiyi məktəbə təqdim etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği 01 oktyabr 2019-cu il tarixdən geri olmaqla son 12 ayın əmək haqqından hesablanmış və 2019- cu ilin sentyabr ayından əmək haqqının artımına və 35 dərs saatlıq dərs yükünə görə müavinətin məbləği yenidən haqq-hesab edilməmişdir. Onun müraciətinə əsaəsn belə izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən müavinətin məbləği son 12 ayın əmək haqqına əsasən müəyyən olunur. Belə görünür ki, onun dərs yükü 35 dərs saatı olduğu halda və sentyabr ayından əmək haqqlarının artırılmasına baxmayaraq xəstəlik vərəqinə əsasən müavinət keçən ilin 22 saatlıq dərs yükünə və artımsız əmək haqqından hesablanacaqdır ki, bu da kifayət dərəcədə vəsaitin itirilməsi deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi 02.03.2020-ci il tarixli 85 nömrəli məktubundan görünür ki, iddiaçının dərs saatları və əlavə ödənişlər nəzərə alımaqla müəyyən olunmuş orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı müraciətinə cavab olaraq iddiaçıya müavinət 01.10.2018ci il tarixdən 01.10.2019-cu il tarixə kimi olan əmək haqlarına əsasən müəyyən olunmuş 589,51 manat orta aylıq əmək haqqından hesablanıb ödənilmişdir. 2018-2019-cu tədris ilində ona 23 dərs saatına görə 581,78 manat, 2019-2020-ci tədris ili üçün 35 dərs saatına 1032 manat məbləğində aylıq əmək haqqı təsdiq olunmuşdur. Müavinət hesablanarkən 01.10.2018-ci il tarixdən 01.09.2019-cu il tarixə kimi olan əmək haqlarına 01.09.2019-cu il tarixdən əmək haqlarının artım fərqi tətbiq olunmamış və 2019-2020-ci tədris ili üçün təsdiq olunmuş 35 dərs saatı nəzərə alınmamışdır. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin 06.05.2020-ci il tarixli 94 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Perzidentinin Adminstrasiyası Vətəndaşların müraciətləri ilə iş şöbəsindən daxil olan D-233-060 nömrəli 14.03.2020-ci il tarixli məktuba cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 №-li qərarı və həmin qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarına əlavə olunmuş 28-ci hissəsində müavinətin hesablanması əmək qabiliyyətinin itirdiyi aydan əvvəlki son 12 ayda qazanmış əmək haqqının 12 ayda olan iş günlərinin sayma bölmək yolu ilə orta gündəlik qazancı müəyyən edilərək hesablanır. Vətəndaş İddiaçı üçün Nazirlər Kabinetinin məlum qərarına əsasən son 12 ayda qazanmış əmək haqqı götürülmüş və hesablanma aparılaraq ödənilmişdir. İş materiallarında olan xəstəlik vərəqələrinin hesablanması cədvəlindən görünür ki, iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Göstərilən Əsasnamənin 6-cı bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Həmin Əsasnamənin 39-cu bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir. Göstərilən Əsasnamənin 28-ci bəndində qeyd edilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür....Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məhkəmə qeyd edir ki, göstərilən normaya görə cavabdeh tərəfindən müavinətin məbləğini son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilməsini düzgün hesab etmək olardı. Lakin həmin Əsasnamənin 46-cı bəndində təhsil müəssisələri işçiləri üçün xüsusi olaraq vurğulanmışdır ki, ümumi təhsil, orta ixtisas, peşə təhsili müəssisələrində və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydadatəsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Təhsil müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının müəllimə olması nəzərə alınaraq ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş əmək haqqınını artımı və dərs yükü nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifata daxil edilməmişdir. Lakin Təsnifatın V bəndində inzibati orqanlara həmçinin Qanuna əsaəsn inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də aid edilmişdir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsində də qanunverici inzibati orqana yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr deyil, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləei də aid etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh 2 saylı Ərazi X1 həvalə edilən inzibati funksiyalara görə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 15 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün müddət üçün müavinətin məbləğinin əmək haqlarının 2019-cu ilin sentyabr ayından 20 faiz artırılması və müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə məzuniyyətin başlanıldığı günə 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əlavə ödənişlər nəzərə alınmaqla müəyyən olunan əmək haqqına əsasən yenidən hesablanaraq ödənilməli məbləğin müəyyən edilərək ona birdəfəlik ödənilməsi və 2019-2020-ci dərs ilinə görə əmək məzuniyyətinin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün əmək haqlarının 2019-cu ili sentyabr ayından 20 faiz artırılması və 2019-2020-ci dərs ili üçün tarifikasiya ilə təsdiq olunmuş 35 dərs saatları və əalvə ödənişlər nəzərə alımaqla müəyyən olunmuş orta aylıq əmək haqqına əsasən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-156/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-156/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver