Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-156/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1rşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iddia qaldıraraq, 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində “K.Marks” adına kolxozun bazasında yaradılmış “K.Marks” adına üzümçülük sovxozunda 5 il 10 ay, Kooperativ Cəmiyyətində 1983-1986-cı illərdə Şamaxı kooperativ cəmiyyətində, 1979- 1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndində “K.Marks” adına Sovxozda, 1981-ci ildə Qaqarin adına Sovxozda, 1986-cı ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu “K.Marks” sovxozunda, 1989-1990-cı illərdə Şamaxı rayonu MTS-də, 1990-1993-cü illərdə Kommunal məsələləri kombinatında, 1993-2002-ci ilə kimi X10 işləməyi və ИT-İ №0545756 saylı kitabçada göstərilən 32 ildən yuxarı iş stajı faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia qaldıraraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbəsinə müraciət edərək, sənədlərini təqdim etmişdir. Ondan əmək kitabçasını tələb etmişlər. Əmək kitabçasını təqdim etmişdir. Lakin, ona cavab olaraq, təqdim etdiyi 27.05.1981-ci il tarixdə tərtib olunmuş ИТ-0545756 saylı əmək kitabçasının, H3 №4052914 saylı hərbi biletin sürətinə əsasən onun sığorta stajının 17 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu, təqdim etdiyi Şamaxı Rayon Dövlət Arxivinin 30.03.2021-ci il tarixli №101 saylı arxiv arayışlarına əsasən ona X10 1997-2005-ci illər ərzində əmək haqqı hesablanmadığı, 1974-1978-ci illər ərzində "K.Marks" adına kolxozda olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi, həmçinin 06.04.1987-01.11.1987 və 02.11.1987 - 30.06.1988-ci il ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əmək haqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 13281,76 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından az olduğu, 01.01.2006-ci il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirilmişdir. O, 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində "K.Marks" adına kolxozun bazasında yaradılmış "К.Marks" adına üzümçülük sovxozuna 5 il 10 ay (beş il on ay) iş stajı ilə qəbul edilmişdir, Şamaxı rayonu Kooperativ Cəmiyyəti İdarəsindən ona verilmiş 30 mart 2021-ci il tarixli 03 saylı əmək haqqı və başqa gəlirlər barədə verilmiş arayışdan görünür ki, o, 1983-1986-cı illərdə Şamaxı kooperativ cəmiyyətində işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X11 30 mart 2021-ci il tarixli 101 saylı arxiv arayışından görünür ki, o, 1979- 1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndində "K.Marks" adına Sovxozda, 1981-ci ildə Qaqarin adına Sovxozda, 1986-ci ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu "K.Marks" sovxozunda, 1989-1990-cı illərdə Şamaxı rayonu MTS-da, 1990-1993-cü illərdə Kommunal məsələləri kombinatında, 1993-2005-ci ilə kimi X10 işləmişdir. Bütün bunlar onun əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və bütün bunlar onun əmək sığorta stajına daxil edilməlidir. Əlavə olaraq bildirir ki, onun ИТ-1 №0545756 saylı kitabçasından görünür ki, onun 32 (otuz iki) ildən çox stajı var, əmək kitabçası Dövlət Notarius tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 1974-cü il taixdən 1979-cu il tarixədək Şamaxı rayonu Nərimankənd kəndində “K.Marks adına kolxoz"un bazasında yaradılmış “K.Marks adına üzümçülük sovxoz”unda, 1979-cu il tarixdən 1981-ci il tarixədək Şamaxı rayonunun Nərimankənd kəndində "K.Marks adına sovxoz”da, 1981-ci il tarixdə “Qaqarin adına sovxoz"da, 1983-cü il tarixdən 1986-cı il tarixədək Şamaxı rayonu "Kooperativ Cəmiyyəti”ndə, 1986-cı il tarixdə “Şamaxı sovxoz”unda, 1988-ci il tarixdə Şamaxı rayonu “K.Marks adına sovxoz"da, 1989-cu il tarixdən 1990-cı il tarixədək Şamaxı rayonu MTS-də, 1990-cı il tarixdən 1993-cü il tarixədək "Kommunal məsələlər kombinatı"nda, 1993-cü il tarixdən 2005-ci il tarixədək “X13”ndə işlədiyini və 1976-cı il tarixdən 1978-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etdiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 11 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 24 iyun 2021ci il tarixli **********9 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında" məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina olunmuşdur, imtinanın əsasları kimi, iddiaçının ümumi stajının 17 il 11 ay olması, həmçinin 1997-2005ci illər ərzində işlədiyini iddia etdiyi “X13”ndə əməkhaqqı almadığı, o cümlədən 1974- 1978-ci illər ərzində "K.Marks adına kolxoz"da olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi, 06.04.1987-01.11.1987 və 02.11.1987- 30.06.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməməsi olmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı Ə.Usübov ona pensiya təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə 01.04.2021-ci il tarixdə çatmışdır. İddiaçı 1974-cü il tarixdən 1978-ci il tarixədək “K.Marks adına kolxoz"da işlədiyini və əməkhaqqı aldığını iddia etsə də, 27 may 1981-ci il tarixdə tərtib edilmiş ИТ-1 № ******* əmək kitabçasından görünür ki, işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Məlumdur ki, əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Lakin iddiaçı tərəfindən işlədiyini iddia etdiyi dövrlərlə bağlı qeydlər iddiaçıya məxsus əmək kitabçasında göstərilməmişdir. Bu səbəbdən də, həmin dövrlərin sığorta stajına daxil edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, 06.04.1987-ci il tarixdən 01.11.1987-ci il tarixədək və 02.11,1987-ci il tarixdən 30.06.1988-ci il tarixədək, iddiaçının işləməsi əmək kitabçasında qeyd olunsa belə, həmin dövrdə iddiaçı hər hansı məbləğdə əməkhaqqı almamışdır. Həmçinin, iddiaçının əmək kitabçasında onun 13.03.1993-cİ il tarixdən 25.12.2005-ci il tarixədək işləməsi qeyd olunsa da, 30 mart 2021-ci il tarixli 101 nömrəli X7 filialının arayışından görünür ki, iddiaçı 1995 və 1996-cı illər üzrə əməkhaqqı almışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlagədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, qeyd olunan normalardan da müəyyən olur ki, İddiaçı 1987-ci il tarixdə ümumiyyətlə əməkhaqqı hesablanmamış, “X13”ndə işlədiyi dövrlər üzrə isə 1995 və 1996-cı illər əməkhaqqı hesablanmışdır. Bu səbəbdən də 1987-ci il və “X13”ndə işlədiyini iddia etdiyi digər dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının ümumilikdə pensiya kapitalı işlədiyi illər üzrə 13281,76 manat təşkil edir. İddiaçıya pensiya təyin edilə bilməsi üçün onun pensiya kapitalı 28800 olmalıdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı da qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Əlavə olaraq bildiririk ki, iddiaçı Ə.Usübov 01.04.2021-ci il tarixdə yaşa görə müavinət təyin edilmişdir və hal-hazırda müvafiq ödənişlər həyata keçirilir. Ümumilikdə, müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığı üçün onun pensiya hüququ yaranmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. - ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 01 noyabr 1979-cu ildən 18 may 1981-ci ilədək “K.Marks” adına kolxozda, 01 iyul 1981-ci ildən 21 oktyabr 1981-ci ilədək Qaqarin adına sovxozda, 23 oktyabr 1981-ci ildən 01 iyul 1982-ci ilədək 2 nömrəli qoyunçuluq briqadasında, 01 iyul 1982-ci ildən 28 sentyabr 1982-ci ilədək Üdüllü ətçiliksüdçülük sovxozunda, 02 dekabr 1982-ci ildən 20 avqust 1986-cı ilədək Şamaxı rayon Kooperativ Cəmiyyətinin Çuxuryurd kənd təsərrüfatı hesablı pərakəndə ticarət müəssisəsində, 10 sentyabr 1986-cı ildən 03 aprel 1987-ci ilədək Şamaxı adına üzümçülük sovxozunda, 06 aprel 1987-ci ildən 01 noyabr 1987-ci ilədək Şamaxı Tədarük satışı bazasında, 02 noyabr 1987-ci ildən 30 iyun 1988-ci ilədək K.Marks adına sovxozda, 07.04.1989-cu ildən 12.03.1990-cı ilədək Şamaxı MTS-də, 15.03.1990-cı ildən 12.03.1993-cü ilədək Kommunal müəssisələr kombinatında, 13.03.1993-cü ildən 25.12.2005-ci ilədək Şamaxı rayon “Kənd Kimya” A.T.S.C-də işlədiyi qeyd edilmişdir. - “Azərittifaq” Şamaxı rayon Kooperativ Cəmiyyətinin 30 mart 2021-ci il tarixli 03 saylı arayışında qeyd olunmuşdur ki, X2 1983-1986-cı illərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - “Azərittifaq” Şamaxı rayon Kooperativ Cəmiyyətinin əmrlərindən çıxarışdan görünür ki, Usubov Əlikram 87 saylı, 02 dekabr 1982-ci il tarixli əmrlə Şamaxı rayon Kooperativ Cəmiyyətinin Çuxuryurd kənd təsərrüfatı hesablı pərakəndə ticarət müəssisəsində işə qəbul edilmiş, 78 saylı 20 avqust 1986-cı ildən işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 29 mart 2021-ci il 01 saylı arxivdən çıxarışında qeyd olunmuşdur ki, Usubov Əlikram 100 saylı, 10 sentyabr 1986-cı il tarixli əmrlə Şamaxı adına südçülük sovxozuna fəhlə qəbul edilmiş, 44 saylı 03 aprel 1987-ci il tarixli əmrlə işdən azad edilmiş, 201 saylı 02 noyabr 1987-ci il tarixli əmrlə sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, 112 saylı, 30 iyun 1988-ci il tarixli əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının iddiaçıya 01 saylı 29 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət X11nda saxlanılan 1987-ci ilə aid K.Marks adına sovxozun sənədlərində, 1987-ci ilə aid Təsərrüfatlar arası Tədarük satış emalı və ticarət müəssisəsinin dövrü sənədlərində onun haqqında məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 01 saylı, 30 mart 2021ci il tarixli arxiv çıxarışında göstərilmişdir ki, İddiaçı 1974-1978-ci illərdə Şamaxı rayon Nərimankənd kənd “K.Marks” adına kolxozda işləmişdir və həmin arayışda iddiaçının 1974-1978-ci illər ərzində əmək gününün miqdarı qeyd edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının iddiaçıya ünvanladığı 01 saylı 30 mart 2021-ci il tarixli məktubunda 1997-2005-ci illərə aid X13nin dövrü sənədlərinin Dövlət X11na təhvil verilmədiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 101 saylı 30 mart 2021ci il tarixli arxiv arayışında İddiaçı 1979-1981-ci illərdə “K.Marks” adına sovxozda, 1981-ci ildə “Qaqarin” adına sovxozda, 1986-cı ildə “Şamaxı” sovxozunda, 1988-ci ildə K.Marks, 1989-1990-cı illərdə MTS-də, 1990-1993-cü illərdə Kommunal müəssisələri kombinatında, 1995-1996-cı illərdə X10 işlədiyi və həmin dövrlərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 320/88 saylı, 28 oktyabr 2021-ci il tarixli məktubunda İddiaçı Şamaxı rayon K.Marks adına kolxozda 1974-1978-ci illərdə işlədiyi və kolxozun minimum əmək iştirakı normasının kişilər üçün 180 təşkil etdiyi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Şamaxı Xalq Məhkəməsinin 1-112 saylı, 07 avqust 1986-cı il tarixli hökmündən görünür ki, müttəhim İddiaçı Əlməhəmməd oğlu Azərbaycan SSR C.M-nın 154-cü maddəsinin birinci hissəsi ilə müqəssir bilinib, aylıq əmək haqqının 20%-i hər ay tutulub dövlət nəfinə verilməklə 1 il islah işinə məhkum edilmişdir. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 iyun 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Cavabdeh inzibati orqan iddiaçının 17 il 11 ay sosial sığorta stajının olduğunu qəbul edir, lakin aşağıda qeyd edilən dövrləri iddiaçıya əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajı kimi nəzərə almır: Kənd-kimya birliyində 1997-2005-ci illəri, K.Marks adına kolxozda 1974-1978-ci illəri və K.Marks adına kolxozda 1987-ci il. Məhkəmə ilk növbədə iddiaçının K.Marks adına kolxozda 1974-1978-ci illərdə işlədiyi dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən həmin dövrlər iddiaçının əmək kitabçasında qeyd edilmədiyi üçün sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Cavabdeh inzibati orqan iddiaçının K.Marks adına kolxozda 1987-ci ildə, habelə 1997-2005-ci illərdə X10 işlədiyi dövrləri həmin dövrlərdə əmək haqqı almamasını əsas gətirərərək sığorta stajı kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, həmin dövrlərdə iddiaçının işləməsi əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının həmin dövrdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının iddiaçıya ünvanladığı 01 saylı 30 mart 2021-ci il tarixli məktubunda 1997-2005-ci illərə aid X13nin dövrü sənədlərinin Dövlət X11na təhvil verilmədiyi qeyd edilmişdir. Həmin briliyə aid dövrü sənədlərin arxivə təhvil verilməməsi iddiaçının əmək haqqı almadığı anlamına gəlmir. Eyni zamanda sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Beləliklə qeyd olunan iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Regional Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Regional Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-156/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-156/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver