Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1560/2021 11.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Üçüncü şəxs X6 vəkili və nümayəndəsi X26, digər üçüncü şəxslər X2, X21 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X6, X2, X3, X1, X7, X8, X22, X21, X23, X24, X34, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X35, X38, X15, X16, X11, X25, X27 və X9 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 İddiaçı xüsusi mülkiyyətindədir, İddiaçı Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı ev üzərində tam mülkiyyət hüququ 18.02.2015-ci il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Üçüncü şəxslər X19 və qeyriləri ilə İddiaçı məhkəmə mübahisələri olmuşdur. İddiaçı cavabdehlər X12 və X28 qarşı ümumi əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddiası Abşeron rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(012)-403/2021 saylı qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 26.12.2016-cı il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.05.2017-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında mübahisəli ev açıq hərracda İddiaçı tərəfindən alınmış və Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı ev tam mülkiyyət hüququ ilə İddiaçınm xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı əmlak üzərində tam mülkiyət hüququ əldə etdikdən sonra bu iddia üzrə üçüncü şəxslər X12, X18ma, X10, X4, X13, X20, X14, X29, X30, X31, X39, X47, X40, X36 və X32 qarşı həmin evdən çıxarılmaları və evin boşaldılması tələbinə dair Abşeron rayon Məhkəməsində mülki iddia qaldırmış və Abşeron rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsinə əsasən, yuxarıda adları qeyd olunan şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsi ilə 10.07.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə X41 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı inzibati mübahisə üzrə üçüncü şəxslərin iddiaçı İddiaçı qızma mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3-dən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması qərara alınmış və hazırda həmin məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsində icra mərhələsindədir. Qeyd olunan üçüncü şəxslərin və sonradan onlar tərəfindən İddiaçı məxsus 3 saylı evə pasport qeydiyyatına alınan şəxslərin həmin evə hər hansı hüquqları yoxdur, onların qeyd olunan evdən çıxarılmalarına dair icra sənədi vardır, icra olunacaqdır. Qeyd olunan üçüncü şəxslər İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda qalmaları İddiaçınm həmin ev üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneçilik yaradırlar, İddiaçınm evini özgəninkiləşdirməkdə, bağışlamaqda çətinlik çəkir, mənzil və kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalır. İddiaçınm ailə üzvləri hesab edilməyən üçüncü şəxslərin İddiaçınm evində qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını pozur, mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. 17 iyun 2021-ci il tarixdə İddiaçı ərizə və ərizəyə əlavə olunmuş məhkəmə qərarları ilə cavabdeh orqan DİNnin Abşeron rayon Polis İdarəsinə müraciət edərək, özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X12, X5, X10, X4, X13, X20, X14, X29, X23, X31, X39, X47, X40, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X22, X15, X16. X11, X25, X27 və X46 pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh Abşeron rayon Polis İdarəsi İddiaçı 25.06.2021-ci il tarixli, 128-486167 nömrəli məktubla iddiaçının müraciətini təmin etməmiş, əsassız şəkildə imtina məktubu vermişdir. Hesab edir ki, cavabdeh orqan - Abşeron rayon Polis İdarəsinin imtinası qanunsuzdur, belə ki, cavabdeh orqan iddiaçının evində mülkiyyət və istifadə hüquqları olmayan və evdən çıxarılmaları barədə qanuni qüvvəyə mimniş məhkəmə qərarları olan şəxslərin qeydiyyatdan çıxarılma məsələsini həll etməli, bundan imtina etməməli idi. Ona görə də iddiaçıya məxsus evdə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Qeyd olunmalıdır ki, üçüncü şəxslərin bir qismi iddiaçıya məxsus evə sonuncunun həmin ev üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyata düşmüşlər və həmin şəxslərin mübahisəli evə qeydiyyata alınmaları üçün mülkiyyətçi İddiaçı məlumatı olmamış, hər hansı bir razılıq verməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X6 vəkili və nümayəndəsi X49 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi bir neçə tikililərdən ibarətdir və İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə həmin tikililərin heç bir aidiyyatı yoxdur. Belə ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxs qismində iştirak edən şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən çıxarılması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, 3-cü şəxslərin faktiki sahibliyində olan fərdi yaşayış evinin həyətində olan tikililərə aidiyyatı yoxdur. Həmin tikililər 3-cü şəxslər tərəfindən inşa edilib və tikililərin mülkiyyət hüququnu müəyyən edən sənəd olmadığından 3-cü şəxslər öz faktiki sahibliyində olan tikililərə pasport qeydiyyatına düşmək hüququndan məhrumdular. Yaxın zamanlarda 3-cü şəxslər öz tikililərinə mülkiyyət hüququnu müəyyən edən sənədi almaq və özlərinin faktiki istifadələrində olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşmək fikrindədirlər. Ona görə də vəkil Radmila Abilova iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər 3-cü şəxs X42 iddia tələbinə etiraz edərək, bildirdi ki, mübahisə predmeti olan fərdi yaşayış evinin həyətində mövcud tikililərin fərdi yaşayış evinə aidiyyatı yoxdur. Həmin tikililərin mülkiyyət hüququnu müəyyən edən sənədin olmaması səbəbindən tikililərin ünvanıda ünvan 1b edir ki, qeyd olunan tikililərə yeni ünvan verilənə kimi onların pasport qeydiyyatından çıxarılması proseduru dayandırılmalıdır. Qeyd olunanlara əsasən Almas Ələsgərova iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər 3-cü şəxslər X17 və X18ı X21 izahatına uyğun izaha verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasına lazimi qaydada çağrılmış digər üçüncü şəxslər məhkəmə prosesinə gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən digər üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, 128-486167 nömrəli imtina məktubu, Abşeron Rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2(012)- 3179/2018 saylı qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(105)-4130/2018 saylı qətnamsinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2019-cü il tarixli, 2(102)-4125/2019 saylı qərarın notarial qaydada təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********62-10301 reyestr nömrəli, 18.02.2015-ci il tarixli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsinin əsaslandırılma hissəsində, X12, X5, X10, X4, X13, X20, X14, X29, X23, X31, X39, X47, X40, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X22, X15, X16. X11, X25, X27 və X46 Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılmaları qət olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə X41 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə üçüncü şəxslər iddiaçının xüsusi mülkiyyətində pasport qeydiyyatında olmaları onun mülkiyyət hüququnun pozulması anlamına gəlir. Nəzərə alınmalıdır ki, 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evindən çıxarılması ilə bağlı olan Abşeron rayon Məhkməsinin 10.07.2018-ci il tarixli qanuni qüvvəyə münmiş qətnaməsi üçüncü şəxslərin sözü gedən mənzilə olan istifadə hüquqlarının olmaması anlamına gətirir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Abşeron rayon Məhkəməsinin digər qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini hərracdan satılması qət edilmiş və hərracın qalibi İddiaçı olmuşdur. Bu isə bir daha ona dələlət edir ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxslərin mühahisəli fərdi yaşayış evində olan istifadə hüquqları itirilmişdir. 3-cü şəxslərin məhkəmədə gətirdiyi arqumentə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, gələcəkdə mübahisəli fərdi yaşayış evinin həyətində yerləşən tikililər dövlət qeydiyyatında alınaraq 3-cü şəxslərin adlarına mülkiyyət hüququna dair çıxarış verildiyi tədqirdə onlar mülkiyətlərində olan tikililərə pasport qeydiyyatına alınmasını tələb etmək hüquqlarına malikdirlər. X6, X2, X3, X1, X7, X8, X22, X21, X23, X24, X34, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X35, X38, X15, X16, X11, X25, X27 və X9 Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evin üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X6, X2, X3, X1, X7, X8, X22, X21, X23, X24, X34, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X35, X38, X15, X16, X11, X25, X27 və X9 İddiaçı məxsus qızı Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1560/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1560/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver