Məhkəmə qərarları › İş №2-1(118)-1564/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1564/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1564/2022 24.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.1991-ci il tarixli 398 saylı doğum haqqında akt qeydində düzəliş edərək doğum tarixinin “xx.xx.1991-ci il” kimi qeyd edilməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia “iddianın təmin edilməsini, Cavabdeh üzərinə iddiaçının 02 mart 1991-ci ildə anadan olması barədə doğum akt qeydində düzəlişin edilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Cavabdeh xx.xx.1991-ci il tarixli 398 saylı doğum haqqında akt qeydində düzəliş edərək doğum tarixinin “xx.xx.1991-ci il” kimi qeyd edilməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1991-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. Lakin, Cavabdehndə xx.xx.1991-ci ildə 398 saylı doğum akt qeydində doğum tarixi səhv olaraq 02 mart 1991-ci il kimi qeydə alınmışdır. Bu səhvin düzəldilməsi üçün iddiaçı Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə istinad edərək müraciəti təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəflərindən müvafiq icra hakimiyyəti orqanına onun doğum tarixi barədə məlumat düzgün verilmiş, lakin Abşeron rayon VVAQ xx.xx.1991-ci il əvəzinə xx.xx.1991-ci il tarixdə doğulması barədə səhv məlumat vermişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı doğum tarixinin “xx.xx.1991”-dən “xx.xx.1991” ilə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəməsinin qətnaməsi əsasında aparılır. Doğum tarixinin dəyişdirilməsi üçün kifayət qədər əsaslı səbəblər olmadığı üçün müraciət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, C03675757 saylı pasportun, AE017320 saylı sürücülük vəsiqəsinin, 0013/AT00086118 saylı Təhsil kartının, xx.xx.1991-ci il tarixli, XVİ-ЖГ 311170 №-li doğum haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, AZ-İİ 461331 saylı nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının doğum tarixi “xx.xx.1991-ci il” kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 398 saylı, 17 may 1991-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, həmin akt qeydində iddiaçının doğum tarixi “xx.xx.1991-ci il” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə doğum tarixinə düzəliş edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydində yazılan doğum tarixi ilə şəxsiyyət vəsiqəsi və digər sənədlərində yazılan doğum tarixi arasında uyğunsuzluq mövcuddur. İddiaçının doğum tarixi doğum haqqında akt qeydində “xx.xx.1991-ci il” kimi, digər bütün sənədlərində isə “xx.xx.1991-ci il” kimi göstərilmişdir. İddiaçı doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilərək “xx.xx.1992” kimi qeyd edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (doğum tarixinin düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının doğum tarixi ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və lğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin müddəanın 1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəanın 2-ci maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Müddəanın 3-cü maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Müddəanın 8-ci maddəsinə görə ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd olunan Müddəanın 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Müddəanın 12-ci maddəsinə əsasən Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının doğum tarixinə düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1991-ci il” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsində, C03675757 saylı pasportunda, AE017320 saylı sürücülük vəsiqəsində, xx.xx.1991-ci il tarixli, XVİ-ЖГ 311170 №-li doğum haqqında şəhadətnamədə, xx.xx.2021-ci il tarixli, AZ-İİ 461331 saylı nikah haqqında şəhadətnamədə onun doğum tarixi “xx.xx.1991-ci il” kimi qeyd edilmişdir. Bir sənəddə iddiaçının doğum tarixinin “xx.xx.1991-ci il”, digərlərində isə “xx.xx.1991-ci il” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.1991-ci il tarixli 398 saylı doğum haqqında akt qeydinin “doğulduğu vaxt” qrafasında düzəliş edilərək, İddiaçı doğum tarixinin “xx.xx.1991-ci il” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1991-ci il tarixli 398 saylı doğum haqqında akt qeydinin “doğulduğu vaxt” qrafasında düzəliş edilərək, İddiaçı doğum tarixinin “xx.xx.1991-ci il” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar