Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1565/2023 27.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair İddiaçı2 və İddiaçı1 adına tərtib edilmiş plan və ölçü sənədləri əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar 0,10 ha torpaq sahələrinə dair adlarına tərtib edilmiş plan və ölçü sənədləri əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********23 saylı və **********26 saylı məktubları ilə iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılır ki, hazırkı iddiaçılar həyat yoldaşıdır. İddiaçılardan İddiaçı2 Həmin qızı 0,10 torpaq sahəsini adına sənədləşdirmək üçün aidiyyəti üzrə Fatmayı Bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən müvafiq torpaq sahəsinə baxış keçirilmiş və bu məqsədlə rəy verilməsi üçün aidiyyəti üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciət etmiş, şöbədən verilmiş xx.xx.2004-cü il tarixli rəylə buna etiraz edilməmiş, tərəfimizdən bələdiyyəyə 840000 manat pul ödənmiş və bu barədə torpaqların alqı-satqısına dair müqavilə bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair 16 dekabr 2004-cü il tarixdə Torpaq şöbəsinin əməkaşları və Fatmayı Bələdiyyəsinin əməkdaşları ilə həmin torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. İddiaçılar tərəfindən müvafiq torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün müraciət edilmiş və bu barədə onlara torpaq sahəsinin plan və ölçü sənədi verilməklə torpaq kadastr kitabında 11 fevral 2014-cü il tarixdə 22 915 nömrə ilə uçota alınmışdır. Bundan başqa iddiaçılardan X5 0,10 torpaq sahəsini adına sənədləşdirmək üçün aidiyyəti üzrə Fatmayı Bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən müvafiq torpaq sahəsinə baxış keçirilmiş və bu məqsədlə rəy verilməsi üçün aidiyyəti üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciət etmiş, şöbədən verilmiş xx.xx.2004-cü il tarixli rəylə buna etiraz edilməmiş, tərəfimizdən bələdiyyəyə 840000 manat pul ödənmiş və bu barədə torpaqların alqı-satqısına dair müqavilə bağlanmışdır. Bundan başqa torpaq sahəsi Torpaq şöbəsinin əməkaşları və Fatmayı Bələdiyyəsinin əməkdaşları ilə həmin torpaq sahəsi yerində ölçülərək təhvil verilmişdir. İddiaçılar tərəfindən müvafiq torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün müraciət edilmiş və bu barədə onlara torpaq sahəsinin plan və ölçü sənədi verilməklə torpaq kadastr kitabında 11 fevral 2014-cü il tarixdə 22 914 nömrə ilə uçota alınmışdır. İddiaçıların həmin torpaq sahəsi üzərində özəlləşdirilərək hüquqlarının dövlət qeydiyyata alınması hüququ mövcuddur. Bu müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət ryestr xidmətinin 4 saylı Abşerin Ərazi İdarəsinə müraciət etmişlər. Onlardan müvafiq imtinalar verilmişdir.Həmin imtina tam əsassızdır. Belə ki, cavabdeh orqan imtinasında əsas kimi müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı işə əlavə edilmədiyi göstərilmişdir. Belə ki, imtinanın əsası kimi Daşınmaz Əmlakın X1 15 maddəsinə istinad edilmişdir. Oşxar işlər üzrə məhkəmə təcrübəsi mövcuddur və bunla bağlı imtinaların əsassızlığı ən yüksək səviyyədə məhkəmə qərarlarında əksini tapmışdır.(Ali məhkəmənin 2-l(102)-2422/2019 saylı iş üzrə xx.xx.2019- cu il tarixli qərarı və 2-l(102)-186/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı). Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2.3-cü maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə o cümlədən, torpaq sahəsinin planı və ölçüsü əlavə olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarf'nm 4.2-ci bəndinə görə, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən «Torpaq sahəsinin planı və ölçüsü» qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Sadalanan normalardan görünür ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. Hesab edirlər ki, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair ilkin hüquqmüəyyənedici sənədlər - torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı, eləcə də həmin torpaq sahəsinin naturada yerləşməsinə dair əsas koodinatları (döngə nöqtələri) əks olunduğu torpaq sahəsinin plan-ölçüsü təqdim edildiyi halda cavabdeh torpaq sahəsinin iddiaçının adma dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Aparılan araşdırma zamanı:
1. Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı2 Hamid qızına 0.10 ha torpaq sahəsinin 16 dekabr 2004-cü il tarixində, 20 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 20 dekabr 2013-cü il tarixində verildiyi;
2. Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı1 0.10 ha torpaq sahəsinin 24 noyabr 2004-cü il tarixində, 17 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 20 dekabr 2013cü il tarixində verildiyi müəyyən olunmuşdur. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpaqın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçılsarın hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdıqları iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddiaçılar ər-arvaddır. İddiaçıların torpaq sahələri yan-yana olmaqla, iddia tələbləri eyni əsaslardan ibarətdir və inzibati orqan tərəfindən eyni əsaslarla imtina edilmişdir. Ona görədə məhkəmə bu tələbləblərə bir icraatda baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddia mahiyyəti baxımındandanda aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçılar hər birində 0.10 ha olmaqla torpaq sahələrinə İddiaçı2 və İddiaçı1 adına tərtib edilmiş plan və ölçü sənədləri əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə imtinanın yeganə əsası kimi alqı-satqı aktlarının sonradan bağlanmış olmasını göstərir. Məhkəmə cavabdeh inzibati orqanın dəlilini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Belə ki, iş materiallarından ilə müəyyən edilir ki, Abşeron rayon X7 16 dekabr 2004cü il tarixli 20 saylı Sərəncamı ilə X3 0.10 ha torpaq sahəsinin ayrılmasına və vətəndaşa fərdi yaşayış evinin tiknitisinə icazə verilmişdir. 16 dekabr 2004-cü il tarixli, 58 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin alqı-satqı aktı tərtib edilməklə Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Abşeron rayon Fatmayı bələdiyyəsi tərəfindən təsdiq edilmiş, xx.xx.2013-cü il tarixdə 2005/13 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Fatmayı kəndinin Baş İnkişaf Planından çıxarış, Abşeron rayon Fatmayı Bələdiyyəsini yerquruluşu planından çıxarış, həmçinin 0.10 ha torpaq sahəsinə dair İddiaçı2 Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iş materiallarına əlavə edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon X7 24 noyabr 2004-cü il tarixli 17 saylı Sərəncamı ilə İddiaçı1 0.10 ha torpaq sahəsinin ayrılmasına və vətəndaşa fərdi yaşayış evinin tiknitisinə icazə verilmişdir. 11 noyabr 2004-cü il tarixli, 49 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin alqı-satqı aktı tərtib edilməklə Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Abşeron rayon Fatmayı bələdiyyəsi tərəfindən təsdiq edilmiş, xx.xx.2013-cü il tarixdə 2006/13 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Fatmayı Bələdiyyəsini yerquruluşu planından çıxarış, həmçinin 0.10 ha torpaq sahəsinə dair İddiaçı1 Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlili əsaslı deyil, iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, torpaq sahələri ayrıldığı vaxtdan iddiaçıların istifadəsinə verilmiş, torpaq sahələrinin dəyəri iddiaçılar tərəfindən ödənilmişdir. Torpaq sahələrinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçılara verilən sənədlər mübahisələndirilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş müayinə aktlarında torpaq sahələri ilə bağlı hərhansı uyğunsuzluq müəyyən edilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçılara səlahiyyətli orqan tərəfindən torpaq sahələri ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçıların hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Adlarına tərtib edilmiş plan və ölçü sənədləri əsasında, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı2 və 0.10 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev