Məhkəmə qərarları › İş №2-1(118)-1567/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1567/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1567/2021 06.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional Cavabdehəzində Notariat Konturuna qarşı “Notariat Konturunun 18.01.2016-cı il tarixli, 2V/01-24 saylı qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş reyestr 7E-/363 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba Regional Cavabdehəzində Notariat Konturuna qarşı “Notariat Konturunun 18.01.2016-cı il tarixli, 2V/01-24 saylı qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş reyestr 7E-/363 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1984-cü il tarixdə Quba rayonu Zizik kəndində anadan doğulmuş, Doğum haqqında 11 mart 1985-ci il tarixli X-İKT seriyalı, 341851 nömrəli şəhadətnamə. X2 , anası X3r. X2 17 mart 2016-cı il tarixdə yaşadığı Quba rayonu, Zizik kəndində ölmüşdür. X1 06 sentyabr 2008-ci il tarixdə yaşadığı Quba rayonu Zizik kəndində ölmüşdür. X2 2015-ci ildən 2016-cı ilin əvvəlinədək yaşadığı Quba rayonu Zizik kəndində (onkoloji) yataq xəstəsi olub, evdən bayıra çıxmayıb. Həmin dövrdə onun qayğılarından istifadə edib. İddia ərizəsinə əlavə olunmuş X2na məxsus 26.09.2005-ci il tarixdə verilən AZE 02887673 nömrəli , Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən göründüyü kimi həmin şəxsiyyət vəsiqəsindəki imza 18 yanvar 2016-cı il tarixli , 2V/01-24 saylı vəsiyyətnamədəki onun adından icra edilən imzadan fərqlidir. Digər tərəfdən atası X4 Quba rayon Timiryazev bələdiyyəsinin sədri M. Eldarovun adına 2013-cü il tarixdə yazdığı ərizədən göründüyü kimi atası latın əlifbası ilə yaza bildiyindən ərizəni latın əlifbası ilə yazmışdır. Lakin hazırkı iddia ərizəsinə əlavə edilmiş Quba regional "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Kontorunun notariusu D.Tağıyevin ona göndərdiyi 18 fevral 2018-ci il tarixli, 157 nömrəli məktbuna əlavə dilmiş 18 yanvar 2016-cı il tarixli, 2V/01-24 saylı vəsiyyətnamədən göründüyü kimi həmin sənədi rəsmiləşdirilmş şəxs atasının 1946-cı il təvəllüdlü , yaşlı olduğunu düşünərək latın əlifbası ilə yazmaq iqtidarında olmadığını ehtimal edərək onun adından onun soyadını azərbaycan — kiril əlifbası ilə yazaraq adından imza və vəsiyyətnaməni saxtalaşdırmışdır. Quba rayon Timiryazev Bələdiyyəsinin sədri, X2nun, Quba rayon Timiryazev bələdiyyə sədri M. Eldarovaun adına 2013-cü il tarixdə yazdığı ərizənin və Quba regional Cavabdehəzində notariat kontorunun notariusu sənədlərin əsillərinin qanunla təqdim edilməsi yolverilməz olması səbəbindən yalnız surətləri təqdim edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-661/2020 nömrəli qərarddı ilə notariat kontoruna qarşı qeydin ləğv edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş və iddiaçıya hazırkı iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyatı üzrə inzibati Məhkəməyə müraciət hüququ olması bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında Xüsusi Notariuslar inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla tənzimlənmir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Quba Regional Cavabdehəzi Notariat Ofisinin hərəkət və ya hərəkətsizliyi inzibati akt mahiyyətində deyil, ünvanlandlığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. İddiaçının iddia ərizəsindən məlum olmuşdur ki, Quba Regional Cavabdehəzi Notariat Konturunun notariat qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş reyestr 7E-/363 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi rəsmiləşdirilməməsi ilə əlaqədar olmuşdur. Bu isə həmin mübahisənin mülki hüquq münasibətlərindən əmələ gəlməsini istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında yalnız dövlət notariat ofisləri inzibati orqan hesab edilir. Notariat palatasının rəsmi səhifəsindən götürülmüş çıxarışdan məlum olmuşdur ki, Quba regional “ASAN” Mərkəzinin notariat ofisinin notariusu xüsusi notariusdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Xüsusi Notariuslara qarşı irəli sürülən iddalara inzibati deyil mülki mühakimə qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçının Quba Regional Cavabdehəzi Notariat Ofisinə qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 62 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar