Məhkəmə qərarları › İş №2-1(118)-1568/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1568/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1568/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydinin “X1” na aid olmasının müəyyən edilməsi, həmin akt qeydində “Vasif” adının “Asif”ə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “onun adına Cavabdehndə tərtib edilmiş ölüm haqqında akt qeydinin “ad” qrafasında “Vasif’dən “Asif’ə dəyişiklik edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydinin “X1” na aid olmasının müəyyən edilməsi, həmin akt qeydində “Vasif” adının “Asif”ə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı ildə Siyəzən şəhərində doğulmuşdur. Həmin tarixdə yəni xx.xx.1996-cı ildə əkiz qardaşı X1 da doğulmuşdur.Lakin 06.02.1997-ci ildə əkiz qardaşı Asif ölmüşdür. Lakin ölüm akt qeydi qardaşının deyil iddiaçının adına yazılmışdır. Akt qeydində dəyişiklik edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin rayon qeydiyyat şöbəsi tərəfindən cavab məktubunda dəyişiklik edilməsi üçün heç bir əsas olmadığı göstərilərək ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,01.03.2021-cİ il tarixli qərarına əsasən akt qeydlərinə dəyişiklik edilməsi üçün müvafiq əsas olmadıqda dəyişiklik məhkəmə qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən “məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişilməsi, xilam verilməsinin asılı olduğu faktları müəyyən cdir.”Bu Məcəllənin 307.2-ci maddəsinin tələbinə görə “məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa,hüquqi əhəmiyyəti olan diğər faktların müəyyən edilməsi barədə işlərə baxır.” MPM-nin 4.1-ci maddəsinə əsasən “bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı 10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydinin “X1” na aid olmasının müəyyən edilməsi, həmin akt qeydində “Vasif” adının “Asif”ə dəyişdirilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; İş materiallarından görünür ki, X1 və İddiaçı 27 avqust 1996-cı il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. Bu barədə 18 sentyabr 1996-cı il tarixdə Cavabdehndə 290 və 291 №li doğum haqqında akt qeydləri tərtib edilmişdir. 438347 №li tam orta təhsil haqqında Attestatdan görünür ki, İddiaçı 2021-ci il tarixdə Siyəzən şəhəri, Ş.İsmayılov adına 3 saylı tam orta məktəbi bitirmişdir. SX ******* №li hərbi bilet 22.01.2015-ci il tarixdə İddiaçı Səmədxan oğlunun adına verilmişdir. 1996-cı il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı 23.01.2015-ci il tarixdən 01.07.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə, 05.11.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək səfərbərlik üzrə hərbi xidmətdə olmuşdur. İddiaçı Səmədxan oğlu Azərbaycan Respublikası “X4” İctimai Birliyinin üzvü olmaqla Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (08014 saylı vəsiqə) Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, “10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydi “X1” na aid olmaqla texniki səhvə yol verilmişdir. Ona görədə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydinin “X1” na aid olması müəyyən edilməli, həmin akt qeydində “Vasif” adının “Asif”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 10 fevral 1997-ci il tarixdə tərtib edilmiş 18 nömrəli ölüm haqqında akt qeydində aparılmış “İddiaçı” qeydinin “X1” na aid olması müəyyən edilsin, həmin akt qeydində “Vasif” adının “Asif”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar