Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1569/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5024,ev 14,mənzil 36-da ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (Dövlət Tibbi Sosial Ekspertiza və X1 şöbəsində baş mütəxəssis işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci ildə ona məxsus əlilllik təyinatından imtina etməsinin əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixdən 3-cü qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2021-ci ildə ona məxsus əlilllik təyinatından imtina etməsinin əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixdən 3-cü qrup Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əllliliyin təyin edilməsinin Əmək və X5 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Silahlı xidmət dövründə olan xəstəliklə əlaqədar Qüvvələrində zabit kimi mayor rütbəsində xidmət etmiş və ehtiyata buraxılmışdır. xx.xx.2006-cı ildə Mudafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətləndirdməsi ilə təmin edilmişdir. 2006-ci ildən 3-cü qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilldir. xx.xx.2021-ci ildə o, tibb müəssiəsının göndərişi əsasında təkrar əlilliyin təyin edilməsi üçün cavabdeh Agentliyə göndərilmiş, lakin cavabdeh əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki, iddiaçı fasiləsiz olaraq 10 ildən çox əlilldir, bu səbəbdən də cavabdeh tərəfindən ona əlillik təyinatından imtina etməsi əsassız hesab edilməli və 3-cü qrup müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar əlaqədar” əlillik təyin edilməlidir. İddiaçının əlilliyinin bərpa edilməsi məqsədi ilə yemdən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o 2006-cı ildə qiymətləndirilmişdir və 10 ildən çoxdur əlildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt şəhər 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar” göstərilməklə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik müddəti hər dəfə bir il müddətinə, 201-cı ildə isə 5 il müddətinə elektron qaydada artırılmışdır. Elektron sistem 2014-cü ildə yaradıldığından bundan əvvəlki əlillik təyinatı barədə cavabdeh dəqiq məlumat verə bilmir. Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnoz əlillik əlamətini təyin etmir” əsası ilə imtina cavabı verilmişdir. İş materiallarında olan : -Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0529003AAHL6 nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - İddiaçı adına Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanası publik hüquqi şəxs tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “onurğa sütunun S vari skoliozu, 3-cü “ diaqnozu ilə müalicə edilmişdir. - xx.xx.2006-cı il tarixli 524 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozu “onurğanın döş v bel şöbəsinin fəqərələrinin pazvari deformasiyası və rotasiysl ilı müşayiət olunan, təsbit ounmuş İİİ dərəcəli “S” vari kifoskoliozları nəticəsində onurğa sütunu funksiyasının mülayim dərəcədə pozulması.Ağrı sindromu ilə müşayiət olunan vertebrogen mənşəli rezitiv gedişli döş radikuliti, anatamam remissiya mərhələsində”. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Hərbi həkim Komissiyasının 653 nömrəli arayışından görünür ki, İddiaçı diaqnozu onurğanın döş və bel şöbəsinin fəqərələrinin pazvari deformasiyası və rotasiysl ilı müşayiət olunan, təsbit ounmuş İİİ dərəcəli “S” vari kifoskoliozları nəticəsində onurğa sütunu funksiyasının mülayim dərəcədə pozulması” göstərilmişdir. - ƏƏSMN Respublika Əlillərin Bərpa Mərkəzinin 1199 nömrəli xətəlik tarixindən çıxarışdan görünür ki,İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə müalicə almışdır. - X2 və ortopediya İnstitutu tərəfinfən verilmiş xx.xx.2021-ci il tarilxi arayışdan görünür ki, T.Quıliyev həmin müəssisədə müalicə almışdır. -TSEK tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli müayinədən çıxarışdan görünür ki, İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. -12 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli əlillik verilmişdir. -6 saylı Zona TSEK və 12 saylı TSEK tərəfindən verilmiş 5000562,716046,106803, 221183,425572,256707 və 920327 saylı arayışlardan görünür ki, İddiaçı müvafiq olaraq 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə hər il 1 il olmaqla hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli əlillik verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiy i tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarların a dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəc ə əlillik müddətsiz müəyyən edilir. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2006-cı ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdehin iddiaçıya verdiyi imtina cavabı əsassız hesab edilsin və İddiaçı xx.xx.2021-ci il tarixdən 3-cü qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova