Məhkəmə qərarları › İş №2-1(118)-1570/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1570/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1570/2022 21.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Rustov kəndində yerləşən 0,12 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba rayonu, Rustov kəndində yerləşən 0,12 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək Quba rayon, Rustov kəndində yerləşən 0,12 ha torpaq sahəsinə X1 adna ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-006A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, qeyd olunan şəhadətnamənin ləğv edilməsi yalnız məhkəmənin qərarı ilə mümkündür. O, cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli, **********38 saylı rəsmi cavabın surətini şəxsən müraciət edərək 23 avqust 2021-ci il tarixdə əldə etmişdir. Ona bildirildiyinə görə sənədin əsli onun ünvanına göndərilmiş, lakin ona hər hansı sənəd çatdırılmamışdır. O, cavabdehin imtinası ilə razılaşmır. Azərbaycan Respublikasının Dövlət X7 xx.xx.2022-ci il tarixli 297 nömrəli arayışından göründüyü kimi Quba rayonu Rustov sovxozunun xx.xx.1995-ci il tarixli 8 nömrəli qərarı ilə yaşayış evi tikmək üçün ona 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X5 adına (onun) olan 1199,221 kvm həyətyanı torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 iyul 2017-ci il tarixli, 720 saylı arayışından görünür ki, X2 həqiqətən Quba rayonunun Rustov kəndində qeydiyyatda olub, 06 nömrəli təsərrüfatbaşına kitabın 6-cı səhifəsinin 437 saylı şəxsi hesabla mülkiyyətində 0,12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi vətəndaşın mülkiyyətinə 2000-ci ildə verilmişdir. Hər iki torpaq sahəsi yanaşı olduğundan ümumi razılıqları əsasında torpaq sahələrini bələdiyyənin razılığı əsasında dəyişmək qərarına gəlmişlər. Rustov bələdiyyəsinin sədri Əzizovun təsdiq etdiyi 15 fevral 2005-ci il tarixli rəsmi aktdan görünür ki, X2 və ona ayrılmış torpaq sahələri Rustov Bələdiyyəsinin 24.1-2005-ci il tarixli 15 saylı protokoluna əsasən qarşılıqlı razılaşma yolu ilə torpaq sahələrinin yerlərinin dəyişdirilməsi qərara alınmışdır. Ona “qalagah dalı” adlı sahədən ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi dəyişdirilərək “Balaqədəş” adlı sahədən 1 tərəfli boş torpaq sahələri ilə həmsərhəd sahədən 30 x 40 m. ölçüdə olmaqla 0.12 ha (S.Məhərrəmovun) həyətyanı torpaq təhkim edildi. Bad kənd sakini X9-Xacə məntəqəsində “Balaqədəş” adlı sahədə 0.12 ha həyətyanı torpaq sahəsi Rustov kənd sakini İddiaçı Məsə oğlunun (onun) “Qalagah məntəqəsində” “Qalagah dalı” adlı sahədə olan 0.12 ha həyətyanı torpaq sahəsi ilə dəyişdirilərək, “Qalagah dalı” adlı sahədən 1-ci tərəf yol, 2-ci tərəf Zeynal Məmmədovun həyətyanı torpaq sahəsi, 3-cü tərəf İlham Məmmədovun həyətyanı torpaq sahəsi, 4-cü tərəf Pirin aşağı hissəsi ilə həmsərhəd sahəsi 30x40 m ölçüdə olmaqla, 0.12 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. Göründüyü kimi ümumi razılıq əsasında və bələdiyyə qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. O dəyişdirilərək aldığı torpaq sahəsində ev tikmək istədikdə məlum olmuşdur ki, cavabdeh X6 onun adına torpağın mülkiyyətə verilməsinə dair JN 006 A saylı 30321068 kodlu şədahətnamə alınmışdır. Həmin şahadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə verilməsi göstərilir. Qeyd olunan şəhadətnamə tamamilə qanunsuz və şəhadətnamənin hazırlanmış Layihə İnstitunun müvafiq möhürləri mövcud deyildir. Quba rayon Aqrar İslahat Komissiyasının qeyd olunan ərazidə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X1 adı yoxdur və ola da bilməzdi, çünki bu şəxs Bakı şəhəri sakinidir, onların kəndi ilə heç bir əlaqəsi olmamışdır. Onun adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN 006A saylı 30321068 kodlu şəhadətnamə qanuni əsaslarla iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə sırf qanunsuz işlənmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas mövcud deyil, yəni ilkin torpaq ayırma sənədləri, habelə islahat komissiyasının müvafiq sənədləri yoxdur. Cavabdehin adına 0.12 ha torpaq sahəsinə işlənmiş şəhadətnamə iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə qanunsuz işlənmişdir. İddiaçı qeyd olunan şəhadətnamənin surətini DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən ərizəsi əsasında almışdır. Şəhadətnamədə yalnız Dövlət Yerquruluşu Layihə İnstitunun F.Cəfərov adlı əməkdaşının imzası və möhürü göründüyü halda DT və XK Quba rayon Şöbəsinin müdiri A.Xudaverdiyevin imzası və DT və XK Quba rayon Şöbəsinin möhürü mövcud deyildir. Ona görə də iddiaçı hesab edir ki, X1 adına qanunsuz işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 006 A saylı 30321068 kodlu şəhadətnmə ləğv edilməlidir. Cavabdeh yazılı etirazında bildirmişdir ki, vətəndaş Xancanov X12 rayonu, Məcic- Xaca kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair vətəndaş X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən hazırlanmış JN- 006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Məlumat üçün bildirilir ki, ərizənizə qeyd olunan JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 28.066.2018-ci il tarixdə R.Hüseynovanın müraciəti əsasında mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. Müraciətinə cavab olaraq bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Məcic-Xaca kəndində yerləşən X1 adına hazırlanmış JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0.12 ha torpaq sahəsinin ləğvini verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” İddia ərizəsidə göstərilən 0.12 ha torpaq sahəsinə dair vətəndaş X1 adına olan JN-006A nömrəli "Torplağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı əsasında verilmişdir. Azərbaycan Respublikası “Torpaq İslahatı haqqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığınız təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən mülkiyyət hüquqlarına xitam məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanalrı tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Quba rayonu, Rustov kəndində yerləşən 0,12 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılıb, mübahisələndirilən qərarın qanuni olub-olmaması yoxlanılmamışdan əvvəl, iddiaçıların həmin qərarı mübahisələndirməklə bağlı subyektiv hüquqlarının olub olmaması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Hazırki işin materiallarından görünür ki, iddiaçı ləğv edilməsini tələb etdiyi şəhadətnamə ilə hüququ qeydiyyata alınmış X4 məxsus torpaq sahəsinin ona ayrılmasını, ona məxsus olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi isə arxiv sənədlərinə əsasən onun özünə deyil, X3 aiddir. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən torpaq sahəsi üçüncü şəxsə, yəni X4 ayrılmış torpaq sahəsi deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Rustov kəndində yerləşən 0,12 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar