Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1572/2023 11.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Mehdiabad bələdiyyəsinə qarşı cavabdehin 10/02-19 saylı 31 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayonu Mehdiabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 10/02-19 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 10/02-19 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçıdan mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 160,00 kv m əmlak, 300,00 kv m torpaq sahəsinə görə cari il üçün 39 manat əmlak, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 58,5 manat, faiz üzrə 14,74 manat, maliyyə sanksiyası üzrə 0 manat, ümumilikdə 92,74 manat borcun tutulmasını qərara almışdır. O, həmin qərarı əsassız hesab edir. Belə ki, həmin ünvanda yerləşən 300.00 kv,m torpaq sahəsi üzrə torpaq vergisi tərəfindən ödənilmişdir. Lakin torpaq üzərində tikilinin əmlak sənədləri mövcud olmadığından buna görə hər hansı vergi ödəmələrinin ödənilməsi mümkün deyil. Cavabdeh tərəfindən əmlakın hər hansı qeydiyyat sənədinin olmadığı halda qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 10/02-19 saylı, 31 oktyabr 2022-ci il tarixli Qərarı və Abşeron Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında bildiriş və məlumat 07 dekabr 2022-ci il tarixində İcra şöbəsindən əldə edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022-ci il tarixli 10/02-19 saylı qərarı ilə miilkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 160.00 kv m, əmlak 300 kv.m torpaq sahəsinə görə cari il üçün 39 manat əmlak, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötə dövrlər üçün 58.5 manat, faiz üzrə 14.74 manat, maliyyə sanksiyası üzrə 0 ümumilikdə 92.74 manat borcun tutulması qərara alınmasını bildirmişdir.Qeyd edilən torpaq kənd təsərrüfatı nəzərdə tutulan torpaq kateqoriyasına aid olsa da İddiaçı özbaşına torpaq sahəsinin təyinatı dəyişdirilərək fərdi yaşavış sahəsinə keçirilmiş və hal hazırda hazırki vəziyyətdə fərdi yaşayış sahəsi olaraq istifadə edir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və 206.3-cü maddəsinə əsasən tədiyə bildirişi tərtib edilsə də, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 5.20 və xx.xx.2023-cü il tarixdə 1.52 (bir manat əli iki qəpik) torpaq pulu ödənilmişdir.Bu da 2023-cü il üçün yerli bələdiyyə vergilər üzrə fiziki şəxsin Şəxsi Hesab vərəqəsində tapmışdır. İş materiallarında olan : - Abşeron rayon Mehdiabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,İddiaçı bələdiyyəyə ümümilikdə160.00 kv.m əmlak 300 kv.m torpaq sahəsinə görə cari il üçün 39 manat əmlak, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötə dövrlər üçün 58.5 manat, faiz üzrə 14.74 manat, maliyyə sanksiyası üzrə 0 ümumilikdə 92.74 manat borcu yaranmışdır. - Abşeron rayon Mehdiabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10/02-19 saylı qərardan görünür ki,vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki,İddiaçı 92.74 mant məbləğində vəsaitin tutularaq Abşeron rayon Mehdiabad bələdiyyəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli icra sənədində əsasən göstərilən tələbin icra edilməsi tələb edilmişdir. -MH№ ******* seriyalı reystrdən çıxarışdan görünür ki, Abşeron rayon Mehdiabad bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Məhkəmənin sorğusuna əsasən DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı qızının adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.Müraciətdə qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsi mübahisələndirilən qərarla iddiaçı X1 əmlak və torpaq vergisi üzrə 92.74 manat məbləğində borcun olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində yalnız 0.03 ha yaşayış məntəqələrinə aid olan torpaq sahəsinin olması öz təsdiqini tapmadı. İddiaçının mülkiyyətində bundan başqa daşınmaz əmlak daşınmaz əmlaın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədi. Cavabdeh iddiaçı tərəfindən torpaq sahəsinin təyinatının dəyişdirildiyi göstərilsə də, məhkəmə ytərəfindən əldə edilən sənədlərdən görünür ki, həmin 0.03 ha torpaq sahəsi cavabdeh tərəfindən ona xx.xx.2007-ci il tarixli qərarıa fərdi yaşayış evinini tikintisi üşün satılmış, daşınmaz əmlakın dövlət reyestrindən şıxarışda və digər hüquqmüəyyənedici sənədlərdə də torpaq sahəsinin kateqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları”qeyd edilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -197.1, 197.1.1-ci maddələrinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır . -205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir. İddiaçı tərəfindən tərtib edilən tədiyyə bildirişlərində torpaq sahəsinə görə 2021-ci il və 2022-ci illər üçün torpaq sahəsinə görə verginin ödənildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, mübahiəsləndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə icra məmuru vasitəsi ilə 2022-ci ilin dekabr ayında xəbər tutduğunu və dərhak müvafiq iddianı qaldırdığını izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Mehdiabad bələdiyyəsinin 10/02-19 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1572/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1572/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver