Məhkəmə qərarları › İş №2-1(118)-158/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-158/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-158/2021 29.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Vəkil Şirzad oğlunun və cavabdehin nümayəndəsi X3 işirakı ilə , İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexlərinin X1 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexlərinin X1 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə uzun müddət rəsmi nikahda birgə yaşamışdır. X4 2018-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaşçı rəsmi nikah dövründə əldə etdikləri əmlakları vərəsəlik qaydasında qəbul etmişdir. Həmin əmlaklardan biri “xxxx” MMC-dir. Həmin MMC-də ərinə məxsus olan 17 5 pay da onun mülkiyyətinə keçmişdir. Mübahisə obyekti olan Sumqayıt şəhər “Əşya bazarı” ərazisində fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexləri mərhum ərinini istifadəsində olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-4252/2016 saylı qətnaməsi ilə həmin təmir sexlərinin X1 istifadəsində olması faktı müəyyən edilmişdir. İddiaçı müvafiq sənədləri və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini cavabdehə təqdim edərək istifadə hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciətinə imtina cavabı almışdır. Bununla bağlı o, məhkəməyə müvafiq iddia ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, mübahisə obyekti olan təmir sexlərinin iddiaçının mərhum əri X2 istifadəsində olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, həmin qətnamə ilə cavabdeh orqanın üzərinə hər hansı öhdəlik qoyulmamışdır, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi işə baxılmasında cəlb olunmamış və qətnamədən şikayət vermək imkanı olmamışdır. Hazırki ərizəyə qanunun tələblrinə zidd olaraq hər hansı hüquqmüəyyənedici sənəd və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilməmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialları ilə müəyyən edildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 146 saylı sərəncamı ilə “Arsenal-93” firmasına avtomobillərə texniki xidmət məntəqəsi tikintisi məqsədi ilə əşya bazarı rayonundakı ərazidə 70 kv m torpaq sahəsi ayrılmışdır. “xxxx-99” MMC “Elmar-99” firmasının bazasında yaradılmış və xx.xx.1999-cu il tarixdə dövlət qeydyyatına alınmışdır. İddiaçı 17 % payla həmin MMC-nin təsisçilərindən biridir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhər “Əşya bazarı” ərazisində fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexlərinin X1 istifadəsində olması faktı müəyyən edilmişdir. Qətnamənin əsasladırma hissəsində ona istinad olunmuşdur ki, sözügedən torpaq sahəsi və tikililər “Arsenal-93” firmasına məxsusdur. Həmin firmanın təsisçilərindən biri ərizəçi X1 oğlu X7 olmuşdur. Firmanın yaradıldığı gündən sexlər ərizəçi xxxx Məmmədovun istifadəsində olduğundan bu barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, “Arsenal-93” firması xx xxxxx 1993-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin 961 saylı sərəncamna əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin firma vergi uçotuna alınmamış və başqa müəssisəyə çevrilməsi barədə vergi orqanında məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, ilk öncə İddiaçı hazırki iddianı aldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasına qiymət verilərək iddianın mümkünlük məsələsi həll edilməlidir. Belə ki, İddiaçı “xxxx-99” MMC-nin 17 % payla təsisçi olmasına və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə istinad edərək hazırki iddianı qaldırmışdır. Halbuki, həmin qətnamə ilə və hazlrki iş üzrə məhkəmə araşdırması zamanı “Arsenal-93” firması ilə “xxxx-99” MMC və X4 və ya İddiaçı arasında hər hansı hüquqi bağlılıq müəyyən edilməmişdir. Təmir sexlərinin yerləşidiyi torpaq sahəsi “Arsenal-93” firmasına ayrılmışdır. İddiaçının mərhum oğlunun həmin firmanın təsisçisi olması firmaya ayrılmış torpaq sahəsində inşa edilmiş təmir sexləri üzərində onun valideynlərinin istifadə hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünüİPM-in37-cimaddəsinəuyğunyoxlamalıdırlar. X13 əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır(4.2, 5.1, 5.2, 5.3-cü bəndlər) Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexlərinin X1 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv m olan avtomobillərin təmir sexlərinin X1 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar