Məhkəmə qərarları › İş №2-1(118)-158/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-158/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-158/2023 09.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 1978-1986- cı illərdə Qarabağlar kənd K.Marks adına tütünçülük sovxozunda fəhlə işlədiyi müddəti, xx.xx.1986- 01 aprel 1991-ci illərdə işlədiyi müddəti və 1992-2005-ci illərdə övladı Qasımov Samir Sahib oğluna uşaq serebral xəstəsi olduğu üçün ona baxdığı müddətləri sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, onun 1978-1986- cı illərdə Qarabağlar kənd K.Marks adına tütünçülük sovxozunda fəhlə işlədiyi müddəti, xx.xx.1986- 01 aprel 1991-ci illərdə işlədiyi müddəti və 1992-2005-ci illərdə övladı Qasımov Samir Sahib oğluna uşaq serebral xəstəsi olduğu üçün ona baxdığı müddətləri sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Azərbaycan Respublikası Şərur rayonu, Qarabağlar kəndində anadan olmuşdur. Hazırda 59 yaşı var. 20 dekabr 1985-ci il tarixdə Qasımov Sahib Şiralı oğlu ilə nikah qeydi aparılmışdır. Birgə nikahdan 1986-cı ildə Qasımov Fərhad və 1991-ci ildə Qasımov Samir anadan olmuşlar. X8 12 aprel 2005-ci il tarixdə uşaq serebral iflici xəstəliyi səbəbindən rəhmətə getmişdir. xx.xx.2021-ci il tarixdə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə müraciətinin təmin olunmasından imtina məktubu verərək, sığorta stajının 25 il sığorta stajına qarşılıq 17 il 06 ay 19 gün təşkil etdiyini və ona pensiya təyin olunmasının mümkün olmadığını bildirmişlər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və heç bir araşdırma aparmadan gəldiyi nəticədir. Belə ki, iddiaçı 1978-ci il tarixdən 1986-cı il tarixədək Qarabağlar kənd K.Marks adma tütünçülük sovxozunda fəhlə işləmişdir. Bunu təsdiq edən Naxçıvar MR Kəngərli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışını və əmək kitabçasını göstərmək olar. (7 il) Bundan başqa Əmək kitabçasından görünür ki, xx.xx.1986-cı il tarixdən 01 aprel 1991-ci il tarixədək müxtəlif işlərdə işləmişdir. (4 il 3 ay) Yuxarıda qeyd etdiyi kimi 1991-ci ilin iyul ayında oğlu Samir anadan olmuşdur. 1992-ci il tarixdən uşaq serebral iflic xəstəliyi yaranmışdır və həmin vaxtdan heç yerdə işləyə bilməmişdir və həmin tarixdən ölənə kimi uşağa baxmışdır. (1992-2005 - 13 il) "xxxx" MMC-də isə 2020-2021-ci illərdə bir il əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının 7 il + 4 il 3 ay +13 il + 1 il - 27 il 3 ay stajı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci tələbinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarım, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bagh iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədqi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənəd ərə arxiv arayışları aid edilməmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi ha da bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 1978-1986-ci İİ tarixlərdə Qarabaqlar kənd K.Marks adına tütünçülük sovxozunda işlədiyini iddia etdiyi dövrlər üzrə inzibati orqanda şübhə yaradan hallar:

1. xx.xx.1981-03.01,1986-cı illər üzrə olan dövrlər əmək kitabçasına sonradan əlavə edilmişdir (iddiaçı tərəfindən təqdim olunmuş ИТ-1 № ******* nömrəli əmək kitabçası xx.xx.1986-cı il tarixdə açılmışdır).

2. Sözügedən sovxozda 1978-1986-ci il tarixlərdə işlədiyini iddia etsə də, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 25 №-li arxiv arayışında sadəcə 1978- 1981-ci il tarixlər qeyd edilmişdir. Bu səbəbdən tərəflərindən Naxçıvan MR Kəngərli rayon Dövlət Arxivinə sorğu ünvanlanmışdır. Müvafiq arxivdən daxil olmuş xx.xx.2022-ci il tarixli 02 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Kəngərli rayon Dövlət Arxivində mühafizə olunan Qarabaqlar kənd K.Marks adına tütünçülük sovxozunun 1978 və 1986-cı illərin əmr kitablarına və 1978-1986-cı illərin əmək haqqı kitablarına baxdıqda İddiaçı adına rast gəlinməmişdir. Daxil olmuş məktub əsasında belə bir qənaətə gəlinir ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışı, o cümlədən əmək kitabçası üzrə müvafiq qeydlər əsassızdır. Bundan əlavə, Qaydaların 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanlan məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti Orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçı oğlu Qasımov Samir Sahib oğluna xidməti barədə qulluq aktı mövcud deyildir. Bu səbəbdən müvafiq dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ərizə təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, müvafiq iş üzrə tərəflərindən **********9 nömrəli 25 may 2022-ci il tarixli etiraz təqdim olunmuşdur. Əlavə olaraq bildirirlər ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışına münasibətdə araşdırma zamanı müvafiq sənədlərdə uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, 1978 və 1986-cı il əmrlər kitabında İddiaçı adına rast gəlinməmişdir. Həmçinin 1978-1980-ci il əməkhaqqı cədvəllərində X2 adı qeyd olunsa da, müvafiq dövrlər üzrə əlifba kitablarında aşağıdakılar qeyd olunmuşdur: 1978-ci il üzrə əlifba kitabının 5 №-li əməkhaqqı kitabının 438-ci səhifəsində - X11 1979-cu il üzrə əlifba kitabının 1 №li əməkhaqqı kitabının 17-ci səhifəsində - X9 1980-ci il üzrə əlifba kitabının 10 №-li əməkhaqqı kitabının 859-cu səhifəsində - X5 Bu uyğunsuzluq müvafiq arayışların mötəbərliyini şübhə altına salır. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; - üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Əlavə olaraq qeyd edilməlidir ki, təqdim olunmuş arxiv arayışına əsasən, xx.xx.1963- cü il təvəllüdlü İddiaçı 1978-ci il may ayından (14 yaş) əmək fəaliyyətinə başladığı qeyd olunur. 09 dekabr 1971-ci il tarixli Əmək Qanunlar Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda, bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. Bu səbəbdən 1978- ci il tarixdə işlədiyini iddia etdiyi dövr sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Həmçinin “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcbuh dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2020-cı il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0 1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən hüququnun yarandığını iddia etdiyi tarixə (xx.xx.2020) ümumilikdə (mübahisəli və mübahisəsiz sosial sığorta stajı birlikdə) sosial sığorta stajı 24 il 04 ay 26 gün təşkil edir. Belə ki: 1979-cu il üzrə: 11 ay 1980-cı il üzrə: 08 ay 1981-ci il üzrə: 08 ay xx.xx.1981-xx.xx.1986-cı illər üzrə: 04 il 04 ay 02 gün xx.xx.1986-xx.xx.1988-ci illər üzrə: 02 il 02 ay xx.xx.1988-xx.xx.1988-ci il üzrə: 22 gün xx.xx.1989-xx.xx.1990-cı il üzrə: 06 ay 22 gün xx.xx.1990-xx.xx.1994-cü il üzrə: 04 il 09 gün xx.xx.1994-xx.xx.2005-ci il üzrə (qulluq dövrü): 10 il 09 ay 01 gün 2020-ci il üzrə: 03 ay Göründüyü kimi qanunla tələb olunan sosial sığorta stajından (25 il) azdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair'' Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin göründüyü kimi, mübahisələndirilən dövrlər qəbul edilsə belə, 24 il 04 ay 26 gün təşkil edir, belə olan halda qanunla tələb olunan sosial sığorta staj (25 il) tamamlanmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı, onun 1978-1986-cı illərdə Qarabağlar kənd K.Marks adına tütünçülük sovxozunda fəhlə işlədiyi müddəti, xx.xx.1986- 01 aprel 1991-ci illərdə işlədiyi müddəti və 1992-2005-ci illərdə övladı Qasımov Samir Sahib oğluna uşaq serebral xəstəsi olduğu üçün ona baxdığı müddətləri sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə etırazında İddiaçı azı 25 il sığorta stajına malik olmadığına, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında qeyd etmişdir ki, vəfat edən şəxs barəsində qulluq aktı tərtib edilmişdir. Qulluq aktı şəxsin sağlığında tərtib edilməli idi. iddiaçının 24 il 04 ay 26 gün sığorta stajı var. 25 il sığorta stajı tamam deyil. Arxiv arayışlarında uyğunsuzluqlar var. Bundan başqa iddiaçı 1963-cü il təvəllüdlüdür. 1978-ci ildən- 14 yaşından iş fəaliyyətinə başlamışdır..1971-ci ilin Əmək Qanunun Məcəlləsinə əsasən on altı yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə icazə verilmirdi. İstisna hallar olarsa 15 yaşına çatmış şəxslər işə qəbul edilə bilər. On beş yaşından belə hesablanılsa 25 il tamam olmur. Arxiv arayışında bəzi dövrlərdə əmək haqqı aldığı qeyd olunmuşdur. Bəzi dövrlərdə əmək haqqı almamışdır. Əmək haqqı alınmayan dövrlər nəzərə alınmamışdır. Mübahisəli və mübahisəsiz dövrlər nəzərə alınsa belə iddiaçının ümumi iş stajı 25 ildən az, 24 il 04 ay 26 gün (1979-cu il üzrə: 11 ay 1980-cı il üzrə: 08 ay 1981-ci il üzrə: 08 ay xx.xx.1981-xx.xx.1986-cı illər üzrə: 04 il 04 ay 02 gün xx.xx.1986xx.xx.1988-ci illər üzrə: 02 il 02 ay xx.xx.1988-xx.xx.1988-ci il üzrə: 22 gün xx.xx.1989xx.xx.1990-cı il üzrə: 06 ay 22 gün xx.xx.1990-xx.xx.1994-cü il üzrə: 04 il 09 gün xx.xx.1994-xx.xx.2005-ci il üzrə (qulluq dövrü): 10 il 09 ay 01 gün 2020-ci il üzrə: 03 ay) təşkil edir. Məhkəmə aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverciliklə tələb olunan aşağıdakı şərtlər ödənilməlidir:

1. İddiaçının pensiya yaşına çatmış olması

2. İddiaçının azı 25 il stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veren pensiya kapitalı olmalıdır. İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür. Onun 58 yaşdan pensiya hüququ yaranmış olur. Belə ki, 1-ci şərt iddiaçıya münasibətə ödənilir. 2-ci şərtə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının 25 il sosial sığorta stajı yaranmamışdır. İlkin olaraq məhkəmə iddiaçının 1978-1986-cı illər ərzində əmək fəaliyyətini aşardırmış və məhkəmə araşdırması zamanı Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Qarabağlar kənd K.Marks adına tütünçülük sovxozunun sənədlərinə əsasən Qasımova (Babayeva) Gülxar Fərəməz qızının 1981-1986-ci illərdə həmin sovxozda işlədiyi müəyyən edilmişdir. Adı çəkilən sovxozda işləməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. 1978-ci ilin əmr kitablarına və 1978,1979,1980-ci illərin əmək haqqı kitablarına baxdıqda Qasımova (Babayeva) Gülxar Fərəməz qızının adına rast gəlinməmişdir. (Naxçıvan MR Kəngərli rayon Dövlət Arxivinin 11 may 2022-ci il tarixli, 03 saylı məktubu) Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qasımova (Babayeva) Gülxar Fərəməz qızı 1981-1986-ci illərdə həmin sovxozda işləmişdir. Adı çəkilən sovxozda işləməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surətləri (həmçinin 1978, 1979, 1980-ci illərin ləsdiqedici sənədlərin surətləri) məhkəməyə təqdim edilmişdir. 1978-ci ilin sovxozun əlifba kitabında 5№-li əmək haqqı kitabının 438-ci səhifəsində X6 adının yazılmasına baxmayaraq əmək haqqı kitabının həmin səhifəsində X2 adı qeyd edilmişdir. 1979-ci ilin sovxozun əlifba kitabında l№-li əmək haqqı kitabının 17-ci səhifəsində X3 adının yazılmasına baxmayaraq əmək haqqı kitabının həmin səhifəsində X4 adı qeyd edilmişdir. 1980-ci ilin sovxozun əlifba kitabında 10№-li əmək haqqı kitabının 859-ci səhifəsində X1 adının yazılmasına baxmayaraq əmək haqqı kitabının həmin səhifəsində X4 adı qeyd edilmişdir. xx.xx.2022-ci il 03 №-İi məktubda Əlifba kitabında adına rast gəlinmədiyi üçün 1978, 1979, 1980- ci illər haqqında qeyd verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 07 aprel 2022-ci il tarixli **********7№-li məktubunda verilən sorğuda Qasımova (Babayeva) Gülxar Fərəməz qızının adı soyadı İddiaçı (Babayeva soyadı qeyd edilməmişdir) kimi göstərildiyindən əmək haqqı kitablarında adına rast gəlinməmişdir. (Naxçıvan MR Kəngərli rayon Dövlət Arxivinin 02 sentyabr 2022-ci il tarixli, 05 saylı məktubu) İddiaçının Qasımov Samir Sahib oğluna qulluq etdiyi dövrlərə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin dövrlərlə bağlı məkhəmə tərəfindən araşdırma aparılmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qasımov Samir Sahib oğlunun sosial ödəniş işlərinə dair sənədlər aşkarlanmamışdır. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın 10 noyabr 2022-ci il tarixli, **********5 saylı məktubu) Bundan əlavə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin 26 dekabr 2022-ci il tarixli, 35 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 33-də yaşayan İddiaçı 1992-2005-ci illərdə övladı Qasımov Samir Sahib oğlunun uşaq serebral xəstəsi olduğu üçün baxıb - baxmaması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi tərəfindən sorğu keçirilmiş, qonşular tərəfindən həmin şəxsin övladına həqiqətən də baxması müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib edilərək nümayəndəlik tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə cavab göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:

1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Qanunvericiliyin qeyd edilmiş normalarından görünür ki, qulluqolunan şəxsin sağlığında tərtib və təsdiq olunmuş razılıq ərizəsi, Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatı əsasında iddiaçının övladı Qasımov Samir Sahib oğluna qulluq müddəti onun sosial sığorta stajına hesablana bilərdi. Lakin hazırki halda övladı Qasımov Samir Sahib oğlu 2005-ci il tarixdə vəfat etdiyinə görə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin dövrlərin nəzərə alınması mümkündür. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinə dair qüvvədən düşmüş Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Belə bir akt Qasımov Samir Sahib oğlunun vəfatından sonra tərtib edildiyinə görə həmin akt əsasında iddiaçının Qasımov Samir Sahib oğluna qulluq etdiyi dövrlərin qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan nəzərə alınması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar