Məhkəmə qərarları › İş №2-1(118)-1581/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1581/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1581/2022 29.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “04.04.N93-cü il tarixdən 12.05.N94-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul edilməsini və həmin qərardan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “04.04.N93-cü il tarixdən 12.05.N94-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul edilməsini və həmin qərardan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4862/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.N68-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən SSRİ-nin Silahli Qüvvələrinə 28.10.N86-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 26.12.N88-ci il tarixdə həqiqi hərbi xidmətini başa vurmuşdur. SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən N saylı hərbi hissədə 04.04.N93-cü il tarixdən 12.05.N94-cü il tarixində Atəşkəs elan olunanadək Dağlıq Qarabağın bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. 10.12.N93-cü il tarixində xidməti iş üçün Bakı şəhərinə N günlük N saylı hərbi hissədən buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin 21.10.2016cı il tarixli 9/2-11485 №-li Arxiv arayışında qeyd edilir ki, N saylı hərbi hissə komandirinin 04.04.N93-cü il tarixli 84№-li əmrilə şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək 2-ci tabura ezam olunmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin 22.04.2017-ci il tarixli 1/M-4030 №-li Arxiv arayışında qeyd edilir ki, onun ehtiyata buraxılmadığı barədə Mərkəzi Arxivdə ə məlumat olmadığından "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İddiaçı qeyd edir ki, onun hərbi xidməti barədə və ya ehtiyata buraxılmağı barədə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmayıbsa, onun günahı deyildir. Hərbi xidmət keçdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissə komandirinin xidməti vəzifəsi idi ki, onun hərbi xidməti barədə Mərkəzi Arxivinə məlumat versin. Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40 min döyüşçünün girişini qeyd etsə də, çıxışları haqqında məlumat vermir. Bu isə Azərbaycan Respublikasının Ərazi bütövlüyü, müstəqilliyi, süverenliyi və Konstitusiya quruluşu uğrunda o, dövrdə gəncliklərini itirərək döyüşən ordunun tərkibində xidmət etmiş Müharibə Veteranlarına, Şəhid ailələrinə və Qarabağ Əlillərinə soyuq və biganə münasibət bəstləmək və Konstitusyon hüquqlarını pozmaq və hərbi xidmət keçmək Əsassnaməyə qarşı çıxmaq deməkdir. Sözügedən təbəqənin və gənc nəsilin Vətən sevgisini unutdurmaqddır. Necə olur ki, eyni təbəqədə olan insanların arxiv arayışı şablon üzrə eyni cavab olmaqla (yəni çıxışı haqqında məlumat verə bilmirlər və yaxud hərbi hissənin nizami hissə üzrə əmrləri daxil olunmadığına görə məlumat verə bilmirlər və yaxud atasının adı Cəfər yox Məmməd yazılmışdır sözləri ilə və s.) cavablandıraraq 1-ci Qarabağ Müharibəsinin döyüşçülərinə hörmətsizlik edərək ədalətsizlik edirlər. 09.10.N91-ci il tarixdən 12.05.N94-cü il tarixinədək Nazirlər Kabinetinin Müharibə Veteranları üçün 216 saylı Qərarı var, həmin qərar əsasında Hakimlər qərar qəbul etmir Müdafiə Nazirliyinin iddia ərizəsinə qarşı eytiraz və yaxud münasibətini əsas götürərək Prosessual qanun pozuntularına yol verirlər və ədalətsiz qərar qəbul edirlər. Ərizəyə əlavə olunan hərbi biletinin səhifəsində təkrar hərbi xidməti barəsində qeydlər aparılmasa da, o, Azərbaycan Respublikası SHXÇDX- nin Zəngilan rayon şöbəsi tərəfindən 04.04.N93-cü il tarixdən 12.05.N94-cü il tarixinədək elan olunan atəşkəsə qədər döyüşən ordunun tərkibində N saylı təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may N94-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «örnək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların . tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. İşin faktiki halları ilə təsdiq olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilən Arxiv Arayışında iddiaçının hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatından olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrlər Arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanmışdır? Dəhşətlisi də odur ki, Müdafiə Nazirliyinin Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər. Bəs bunları kim araşdırmalıdır? Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, onun timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi onun hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətindədir. Çünki, yuxarıda göstərdiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Ona görə də Müdafiə Nazirliyinin məhkəməyə verərək aşağıdakı qanuni tələblərinin təmin olunması vəzifəsinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsində göstərilir ki, “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı İnzibati Aktı qəbul elmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Akt, İnzibati Orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona İnzibati Aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. X2 Aktın qəbul edilməsi barədə Məhkəməyə məlumat verməlidir”. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırki iş üzrə iddiaçı, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsini göstərsə də, onun tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəlmişdir. Cavabdeh olmayan şəxsə tələb irəli sürülməsi ilə bağlı iddiya isə baxılması qeyri-mümkündür. Bundan əlavə iş materiallarından görsənir ki, iddiaçıya arxiv məlumatları ilə bağlı müvafiq cavab verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 21.10.2016-cı il tarixli 9/2-11485 saylı arxiv arayışında qeyd olunur ki, İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 84 №-li əmrilə (əsas: səh.-92, §-4, sıra-16) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək 2-ci tabura ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin oktyabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı təxris olunmağı barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 15.02.2016-cı il tarixdə 9/2-1206 №li məktubla İddiaçı ünvanına ətraflı cavab göndərilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.2-ci bəndinə əsasən İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Təlimatın 2.4-cü bəndinə əsasən Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər: Təlimatın 2.4.1-ci bəndinə əsasən tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqanlarının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların tabeliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv Təlimatın 3.1-ci bəndinə əsasən İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. 12.3. İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elektron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər. Təlimatın 12.4-cü bəndinə əsasən İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Təlimatın 12.5-ci bəndinə əsasən Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərəqində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tərtib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır. Təlimatın 12.5.1-ci bəndinə əsasən Arxiv arayışı - sorğunun mətninə uyğun arxiv məlumatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda vərəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxəsi idarə arxivində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 08.11.2016–cı il tarixli, 17 ə/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında Nümunəvi Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi Arxiv təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir. Göründüyü kimi, Müdafiə Nazirliyininin Arxiv İdarəsi arxiv məlumatlarının verilməsi ilə bağlı diskressiyon səlahiyyətlər verilmiş, inzibati akt qəbul etmək hüququ olan inzibati orqan deyil və müvafiq təlimata uyğun arxiv məlumatları vermək səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından təxrisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiyə vasitələrindən istifadə imkanı versədə, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümükünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar