Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1583/2022 01.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri y/m, ünvan 1 ünvanında yaşayan ) İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyən), Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 şöbəsində baş mütəxəssis işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-1(112)-12359/2021 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. Səhhətində yaranmış problemlərlə bağlı mənə 2014-cü il aprel ayının 24-də 2-ci qrup əlil kimi pensiyaya çıxmış və ona pensiya təyin edilmişdir. Əlillik təyin olunmasına səbəb kimi bu diaqnoz olmuşdur: “miokard infarktından sonra nəzərə çarpan koronar çatışmamazlıq əlamətləri ilə,(üçüncü-dördüncü)funksional sinif”. İddiaçıya 2016-cı ilədək bir idən bir, 2016-cı ildən isə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmiş və həmin müddət xx.xx.2021ci ildə başa çatmışdır. Bu illər ərzində onun səhhətində ciddi ağırlaşmalar baş vermiş, lakin onun müalicə aldığı Sumqayıt şəhər 2 saylı Poliklinika tərəfindən 2 dəfə göndərişlərin göndərilməsinə baxmayaraq hər dəfə iddiaçıya imtina verilmiş və bunu “blankın tam doldurulmaması və mənim əlavə müayinəyə ehtiyacımın olması” səbəb kimi göstərilmişdir. Halbuki, o, dəfələrlə stasionar və ambulator müalicələr almış, müayinələrdən keçmiş, lakin əsassız səbəblərlə iddiaçının hüquq pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının səhhəti qiymətləndirilərək 2013-cü ildə imtina cavabı verilmiş, 2014-cü ildə isə ilk dəfə “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX g/s. FS-lll. İnfarktdan sonrakı kardioskleroz. PTÇA+ STENT qoyulmasından sonrakı dövr. Ekstrosistolik aritmiya. QDÇ-İİ Hipertoniya xəstəliyi-ll ü.b.f. Şəkərli diabet-ll tip. orta ağır gedişli. Xr. pielonefrit. ANs;” 2014-cü ildə 2-ci dərəcəli əlillik bir il müddətinə təyin edilmişdir. 2015-ci ildə əlillik daha 1 il müddətinə, 2016-cə ildə isə 5 il müddətinə təyin edilmişdir. 2021-ci ildə iddiaçıya əsas diaqnozun ağırlaşmaları təsdiq edən instrumental müayinələrəin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : - iddiaçıya məxsus ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - 0530003AAHE1 nömrəli göndərişdən görünür ki,Sumqayıt şəhər 4 nömrəli xəstəxana İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. -12 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2016-ci ildən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, dövlət səhiyyə müəssisəi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğu səbəbindən İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T 272/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tıbbİ-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “əvvəllər keçirilən miokard infarktı, postinfarkt kardioskleroz (2013). Ağırlaşma: 150.0-durğunluq, ürək çatmazlığı, xroniki ürək çatmamazlığı İİİ f.s, QDÇ İİ mərhələ. T82ürək və damar qurğuları, implantlan və transplantlan ilə bağlı ağırlaşmalar, angioplastikadan sonrakı vəziyyət” diaqnozdakı əsas xəstəlikdən hazırda o, əziyyət çəksə də, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istər iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, üçuçilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olması, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müayinələrdən keçməsi müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən görünür ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.4-cü bəndinə əasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (1.5) Əsasnamənin 2.1-2.5-ci bəndlərində əlilliyin təyin olunması üçün meyarlar sadalanmışdır. Lakin iddiaçıda müəyyən edilən diaqnoz əlilliyin təyin olunması üçün nəzərdə tutulmuş meyarlar arasında nəzərdə tutulmamışdır. Azəfrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliin qiymətlənidirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinı göndərişlərin verilməsi Qaydası”nın 1.-ci bəndinə görə göndərişin verilməsi üçün əsas aşağıdakılardan ibarətdir ... 1.5.1 şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1583/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1583/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver