Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1584/2021 14.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qaləmşah oğluna, Cavabdeh2, “Şirvan-Yaşma” X4 Cəmiyyətinin sədri Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X5 X9 Qərib Qələmşah oğluna verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının və bunların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında 18.12.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qaləmşah oğluna, Cavabdeh2, “Şirvan-Yaşma” X3 Cəmiyyətinin sədir Cavabdeh3 qarşı iddia qaldıraraq X5 X9 Qərib Qələmşah oğluna verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının və bunların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında 18.12.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş və məhkəmə iclasında onun tələbi ayadınlaşdırılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsinə quraşdırıcı vəzifəsinə qəbul edilmişdir. 1998-ci ildə idarə “Sumqayıt Tikinti-Servis" X10 Cəmiyyətə çevrilmiş daha sonra həmin Cəmiyyətdə 01.10.2001-ci il tarixədək işləmişdir. Cəmiyyət bu gündə fəaliyyət göstərir. Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsi 1988-1991-ci illərdə işçilərinə, o cümlədən, ona bağçılıqla məşğul olmaq üçün “X2 Yoldaşlığı Cəmiyyəti” xətti ilə Şirvan Nasosnu ünvanında torpaq sahəsi verilmişdir. 1991-ci ildə bağ sahəsini dəmir setka ilə çəpərləyib ora su çəni qoyduqdan sonra tərəvəz və göy-göyərti əkib becərmişdir. 1991- 2006-cı illər üçün torpaq vergisini ödəmişdir. 2017-ci ilin iyul ayında bağ torpaq sahəsini özəlləşdirmək üçün Şirvan Bağçılıq Cəmiyyətinin sədri Cavabdeh3 müraciət etmişdir. Ondan bu məsələnin araşdırılması üçün vaxt istəmişdir. Bundan sonra o, idarənin Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədri Cavabdeh2la əlbir olub iddiaçının bağ sahəsini Cavabdeh1 vermişlər. Onların verdikləri saxta bağçının üzvlük kitabçası və protokoldan çıxarışa əsasən Cavabdeh1 bağ sahəsini 18.12.2017-ci ildə özəlləşdirərək reyestrdən çıxarış almışdır. Göründüyü kimi onların bütün saxtakarlıqları 2017-ci ilin iyul ayında iddiaçı ona ərizə yazdıqdan sonra baş vermişdir. Hazırda Cavabdeh1, X5 İdarə Heyətinin verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolu, onun əsasında verilən bağçının üzvlük kitabçası və torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı və bunların əsasında onun adına verilmiş reyestrdən çıxarış qanunsuz olduğuna görə məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi X5 X9 Qərib Qələmşah oğluna verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolun; bağçının üzvlük kitabçasının; torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının və bunların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında 18.12.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırda inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyi çıxarışı bundan öncə mülki məhkəmə icraatı qaydasında Sumqayıt şəhər Məhkəməsində mübahisələndirmiş və qeyd olunan tələbə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9682/2018 saylı 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı “Şirvan-Yaşma” X4 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı verdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Şirvan” Bağçılıq Cəmiyyətinin 23 saylı bağ sahəsinə görə 18.12.2017-ci ildə Cavabdeh1 Qələmşah oğlunun adına verilmiş çıxarışın ləğv edilməsinə, torpaq sahəsi üzərində hüququn bərpa olunması, əks halda 5000 manat pulun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-382/2020 saylı, 04 fevral 2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin yuxarıda adı qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4917/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı mülki məhkəmə icraatı qaydasında mübahisələndirdiyi çıxarışı yenidən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş və eyni zamanda həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin X5 İdarə X1 verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının da ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, iddiaçının hazırda məhkəmədən ləğv olunmasını tələb etdiyi X5 X9 Qərib Qələmşah oğluna verdiyi özəlləşdirmə üçün əsas olmuş 25.07.1990-cı il tarixli, 02 saylı protokolu, bağçının üzvlük kitabçası, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı münasibətləri tənzimləyir. Hazırki işdə iddiaçının cavabdeh qismində qoyduğu “Şirvan-Yaşma” X4 Cəmiyyəti inzibati orqan olmamaqla yanaşı, ona hər hansı inzibati akt qəbul etmək səlahiyyəti də verilməmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İPM-nin məqsədi isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdən ibarətdir (İPM-nin 1.1- ci maddəsi). İddiaçının hazırkı iddia ərizəsindən isə aydın şəkildə müəyyən olunur ki, iddiaçının irəli sürdüyü tələblər xüsusi hüquqa-mülki hüquq münasibətlərinə aiddir. Bu növ iddalara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bundan başqa iddiaçı 18.12.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən çıxarışın ləğv edilməsini istəyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarı ilə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Məhkəmə qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilməsinin əsasını mülki hüquq münasibətləri təşkil edir. Bu halda iddiaçının həmin tələbi də hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi iddiaçı həmin iddia ilə bundan əvvəl də Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və qeyd olunan tələblə bağlı həmin Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1584/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1584/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver