Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1584/2022 19.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı şikayət ərizəsinin aidiyyəti üzrə göndərməkdən imtinası qanunsuz hesab edilməsi və şikayət ərizəsinin aidiyyəti üzrə cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin şikayət ərizəsinin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərmıkdən imtinanın qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinin aidiyyəti üzrə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan torpsaq sahələrinin suvarma suyu ilə bağlı təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Naziri, Dövlət Su Komissiyasının üzvü cənab Samir Şərifova “X2 qanunsuz hərəkətləri barədə” şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri X2 qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilməsi və mülkiyyətində olan əkin sahəsinin subarma suyu ilə təmin olunmasını xahiş etmişdir. Nazirlik şikayət ərziəsinə cavab olaraq bildirmişdir ki, “Meliorasiya və İrriqasiya haqqında” Qanunun 31-ci maddəsinə əsasəm bu növ mübahisələrə məhkəmələr tərəfindən baxılır. Cavabdeh şikayəti aidiyyəti üzrə göndərməkdən imtina etmişdir. Tərəflər vəı üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək idida tələbini müdafiə etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia tələbi Maliyyə Nazilriyinə ünvanladığı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin qanunsuz hərəkətlərindən etdiyi şikayət ərizəsinin aidiyyəti üzrə həmin ASC-yə göndərilməsindən imtinaın qanunsuz hesab edilməsi və həmin şikayətin aidiyyəti üzrə göndərilməsinin cavabdehə həvalə edilməsi barədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının şikayət ərizəsinə cavab olaraq cavabdeh Maliyyə Nazirliyi tərəfindən cavab verilmişdir ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasəm meliorasiya və irriqasiya sahəsində fiziki şəxslər və (və ya) hüquqi şəxslər arasındakı mübahisələrə Azərbaycan Respublikasının 1qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı subyektiv hüququnun pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünüİPM-in37-cimaddəsinəuyğunyoxlamalıdırlar. X3 əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır(4.2, 5.1, 5.2, 5.3-cü bəndlər) Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı şikayət ərizəsinin aidiyyəti üzrə göndərməkdən imtinası qanunsuz hesab edilməsi və şikayət ərizəsinin aidiyyəti üzrə cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova /
Məhkəmə qərarları › İş №2-1(118)-1584/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1584/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver