Məhkəmə qərarları › İş №2-1(118)-1585/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1585/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1585/2020 02.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X1rşı “xx.xx.1956-cı il təvəllüdlü X2 Abşeron rayon, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 4-də yerləşən 18 saylı mənzildə xx.xx.2019-cu il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin Abşeron rayon X3 Hüquqi Şəxsinə həvalə olunması”-na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.1956-cı il təvəllüdlü X2 Abşeron rayon, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 4-də yerləşən 18 saylı mənzildə xx.xx.2019-cu il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin Abşeron rayon X3 Hüquqi Şəxsinə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı eyni tərəfə qarşı, eyni iddia tələbi üzrə inzibati iş olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(118)-1316/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı eyni məhkəmədə eyni tərəfə qarşı, eyni iddia ilə bundan əvvəl də iddia qaldırmışdır və iddia mümkün sayılmamışdır Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya yenidən izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar