Məhkəmə qərarları › İş №2-1(118)-1589/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1589/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1589/2021 20.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “01.03.2018-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə iş və xidmətlərin dəyərinin ödənilməsinə, xəzinə və bank əməliyyatlarına, əmək haqqı və ona bərabər tutulan digər ödənişlərə, vergi və rüsumların ödənişlərinə, əsas vəsaitlərin və digər dövriyyə aktivlərinin hərəkətinə, müqavilələrə, mülkiyyət və icarə hüququna dair sənədlərin, mühasibat uçotu registrləri, jurnallar və hesabatların, yük gömrük bəyannamələrinin və sahibkarlıq fəaliyyətinə aid digər bütün sənədlərin cavabdehdən götürülərək 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı 01.03.2018-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə iş və xidmətlərin dəyərinin ödənilməsinə, xəzinə və bank əməliyyatlarına, əmək haqqı və ona bərabər tutulan digər ödənişlərə, vergi və rüsumların ödənişlərinə, əsas vəsaitlərin və digər dövriyyə aktivlərinin hərəkətinə, müqavilələrə, mülkiyyət və icarə hüququna dair sənədlərin, mühasibat uçotu registrləri, jurnallar və hesabatların, yük gömrük bəyannamələrinin və sahibkarlıq fəaliyyətinə aid digər bütün sənədlərin cavabdehdən götürülərək 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 30.04.2021-ci il tarixli **********146531 nömrəli qərarına əsasən Cavabdeh 01.03.2018-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması ilə bağlı cavabdehə tələbnamə verilmiş və tələbnamədə sənədlərin 15 iş günü müddətində, yəni 27.05.2021-ci il tarixə kimi vergi orqanının yoxlamanı həyata keçirən vəzifəli şəxsinə və ya İdarəyə təqdim edilməli olduğu bildirilmişdir. Həmçinin İdarə tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 05.07.2021-ci il tarixli **********148025 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh qərarın icrasından imtina etdiyi üçün vergi orqanı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” 08.07.2021-ci il tarixli akt tərtib edilmişdir. Göründüyü kimi vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları təqdim etməkdən yayınmışdır. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və iddia tələblərinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İş materiallarından görünür ki, Cavabdeh vergi qanunvericiliyinin tələblərinə əməl edib-etməməsi haqqında 01.03.2018-ci il tarixdən 01.02.2021-ci il tarixədək fəaliyyət dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilməsi barədə 3 saylı Ərazi Vergilər İdarəsinin 30.04.2021-ci il tarixli **********146531 nömrəli “Səyyar vergi yoxlmasının keçirilməsi haqqında” qərar qəbul edilmiş və yoxlamanın keçirilməsi 3 saylı ƏVİ-nin səyyar vergi yoxlamaları şöbəsinin müfəttişi X1 tapşırılmışdır. Bununla bağlı Cavabdeh “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan iş təqdim olunması haqqında” 03.05.2021-ci il tarixdə **********146549 saylı tələbnamə göndərilmişdir. 05.07.2021-ci il tarixli **********148025 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə“ qərara əsasən iş və xidmətlərin dəyərinin ödənilməsinə, xəzinə və bank əməliyyatlarına, əmək haqqı və ona bərabər tutulan digər ödənişlərə, vergi və rüsumların ödənişlərinə, əsas vəsaitlərin və digər dövriyyə aktivlərinin hərəkətinə, müqavilələrə, mülkiyyət və icarə hüququna dair sənədlərin, mühasibat uçotu registrləri, jurnallar və hesabatların, yük gömrük bəyannamələrinin və sahibkarlıq fəaliyyətinə aid digər bütün sənədlərin təqdim olunması qərara alınmışdır. İş materiallarında olan 05.07.2021-ci il tarixli imtina aktından görünür ki, 30.04.2021ci il tarixli **********146531 saylı qərarın Cavabdeh təqdim edilməsi üçün bir neçə dəfə onunla telefon əlaqəsi saxlanılmış, lakin o, müxtəlif bəhanələr etməklə vergi məmurları ilə görüşməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yalnız səyyar vergi yoxlaması keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin cavabdehdən tələb olunmasına baxmayaraq həmin sənədlər vergi orqanına təqdim olunmamış və bu səbəbdən də iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi sözügedən sənədlərin Cavabdeh oğlundan götürülməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 01.03.2018-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə iş və xidmətlərin dəyərinin ödənilməsinə,xəzinə və bank əməliyyatlarına, əmək haqqı və ona bərabər tutulan digər ödənişlərə, vergi və rüsumların ödənişlərinə, əsas vəsaitlərin və digər dövriyyə aktivlərinin hərəkətinə, müqavilələrə, mülkiyyət və icarə hüququna dair sənədlərin, mühasibat uçotu registrləri, jurnallar və hesabatların, yük gömrük bəyannamələrinin və sahibkarlıq fəaliyyətinə aid digər bütün sənədlər Cavabdeh götürülərək iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar