Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-159/2020 21.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 saylı evdə yerləşən 52 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X7 üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının mərhum oğlu X10 xx xxxxxxx 1992-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasma şəhid olmuşdur. Qeyd etd ki, mərhum oğlu cəbhəyə getməmişdən əvvəl Sumqayıt şəhərində pasport qeydiyyatında idi və "X16 Fabriki"ndə işləyirdi. Bu səbəbdən də "X16 Fabriki"nin müdriyyəti, Həmkarlar İttifaqı Komitəsi və Mənzil Məişət Komissiyası tərəfindən xx xxx 1994-cü il tarixdə 9 saylı protokol əsasında mərhum əri X3 şəhid atası kimi ünvan 1 ünvanında 1-ci mərtəbədə, sahəsi 48,79 m2 olan 3 otaqlı mənzil 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Lakin mənzil Qubadlı rayonu Sarıyataq kəndindən olan məcburi köçkün X1 ailəsi tərəfindən tutulmuşdur və hazırda orada yaşayırlar. Əri X5 da Sumqayıt şəhərində pasport qeydiyyatında idi və yaşayırdı. O, xx xxxx 2015-ci il tarixdə "ağ ciyər ödemi"ndən 76 yaşında vəfat etmişdir. Təəssüflər olsun ki, şəhid ailəsi olaraq qanunvericiliyə uyğun qaydada onlara ayrılmış, mənzilə dair Order onlara rəsmi, buna səlahiyyətli orqanlar tərəfindən verilməkdən imtina edilməsi səbəbindən o, X18 Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mübahisələ mənzillə bağlı onunla icarə müqaviləsi bağlanmasını cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(085)- 259/2019 saylı Qərarı ilə onun iddia tələbi təmin edilmiş, İddiaçı ilə ünvan 2ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin X18 Hakimiyyətinin üzərinə qoyulmuşdur.Bundan sonra X18 Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli Sərəncamı əsasında şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin iştirakı ilə onunla xx xxxx 2019-cu il tarixli "Dövlət mənzil fondunun yaşayış sahəsinə kirayə müqaviləsi" bağlanmışdır.Daha sonra o, xx xxxxx 2019cu il tarixli ********** nömrəli müraciətlə "ASAN" Xidmət Mərkəzinə mürəciət edərək ünvan 3 ünvanında yerləşən 52 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir.Lakin təəssüflər olsun ki, onun müraciətinə cavab olaraq Cavabdeh rəisi Cavad Kərimovun imzası ilə xx xxxxxx 2019-cu il tarixli **********10 №-li mətubla cavab verilmişdir. Həmin məktubla nəzərimə çatdırılır:"Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 46.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.’Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 15-ci maddəsinə əsasən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir." Bildirildi ki, 2 saylı X7 müraciətinə bu məzmundakı cavabı onun konstitusion hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, inzibati orqan məktubunda istinad etdiyi qanunvericilik normalarını düzgün tətbiq etmir və bununla da yanlışlığa yol verir. Daha dəqiq desək, inzibati orqan xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməsi özü-özlüyündə yanlışdır. Lakin, indiki Məcəlləyə istinad etsək belə, həmin Məcəllədənin İİİ və İV bölmələrinə əsasən verilən sosial və xüsusi dövlət fondunun yaşayış sahələrindən söhbət gedə bilər. Mübahisəli mənzil isə mərhum oğluna 1993-cü ildə verilmişdir. Yəni hüquq münasibətləri onda yaranmışdır və onda bu Məcəllə mövcüd deyildi. Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Mülki Məcəlləsinin 7.3-cü maddəsində də təsbit edilmişdir ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Həmçinin də, MPM-nin 217.2-ci maddəsində təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamam qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhz bu səbəbdən də mübahisənin ədalətli həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəmədə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin ediılməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı bildirilmişdir ki, müraciətə əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(085)-259/2019 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən 52 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi X18 Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərar və X18 Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 138 saylı sərəncamı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması qərara alınmış və xx xxxx 2019-cu il tarixli kirayə müqaviləsi bağlanmışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən yaşayış sahəsinə müəayinə baxışı keçirilmiş və İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə əlaqədar müraciət etdiyi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli yaşayış binasında yerləşən 52 saylı mənzildə məcburi köçkün X4 ailəsi ilə birgə məskunlaşdığı müəyyən olunmuş və həmin şəxslər mənzilin özəlləşməsinə etiraz etdiklərini bildirmişlər. Bundan əlavə, Sumqayıt şəhəri, 11 -ci mikrorayonda yerləşən 1A nömrəli yaşayış binasının tikintisi başa çatdırılmadığından X18 Hakimiyyətinin balansına verilməməsi və həmin binada yerləşən mənzillərin qeydiyyata alınması ilə bağlı müraciət daxil olacağı təqdirdə özəlləşdirmənin qarşısının alınması barədə X18 Hakimiyyətinin xx xxxxxx 2018-ci il tarixli 879 saylı məktubu xx xxxxxxxx 2018-ci il tarixdə İdarəyə daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1 -ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ünvan 3 ünvanında yerləşən 52 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət barədə ona xx xxxxxx 2019-cu il tarixli **********10 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi etiraz ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********10 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********91 nömrəli etirazı, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-259/2019 saylı Qərarın surəti, xx.xx.2019-cu il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsinin surəti, X18 Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 388 və 42 saylı məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X13 iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina bildirişində göstərdiyi həmin mənzilin X18 hakimiyyəti balansında olmamasına dair arqument məhkəmədə öz təstiqini tapmadı. Belə ki, X18 Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 388 saylı məktubundan görünür ki, ünvan 5 A ünvanında yerləşən 52 saylı mənzil dövlət mənzil fonduna aiddir. Bu səbəbdən mənzilin yerli icra hakimiyyəti orqanının balansında olmaması barədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlil də əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 52 saylı mənzil ilə bağlı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncamın xx xxxx 2019-cu ildə verilməsinə baxmayarq, qeyd olunan mənzil dövlət mənzil fonduna aiddir və iddiaçının ailə üzvlərinin sahibliyinə 1994-cü ildə verilmişdir. Yəni qeyd olunan mənzilə dair hüquqular Yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən öncə, (2009-cu ilin oktyabr ayının 1-dən qabaq) xx xxx 1994-cü ildə yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evdə yerləşən 52 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X7 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 52 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X7 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-159/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-159/2020
21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver