Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-159/2021 26.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMn tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF-nin Qusar rayoin şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh hüquq varisi olan Azərbaycan Respublikası ƏƏSMn tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Sumqayıt İnibai-iqtisadi Məhkəməsi 30.11.2018-ci il tarixli qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq İddiaçı əmək kutabçasında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh DSMF-nin Qusar rayoin şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 21.05.2019-cu il tarixli qərardadı ilə birinci istansiya məhkəməsinin 30.11.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan respublikası Ali Məhkəməsinin 15.10.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 21.05.2019-cu il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona artıq pensiya təyin olunduğundan iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əssən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMn tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-159/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-159/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver