Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-159/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “X5 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarın, həmin qərar əsasında X5 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş 30.07.2011-ci il tarixli vərəsəlik şəhadətnməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən verilmiş ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş 30.10.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X19 aralarında bağlanmış və “Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 25.12.2017-ci il tarixli, AN-1 ******* saylı alqısatqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, 14.02.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək, X5 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X45 tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arxiv arayışından göründüyü kimi Quba rayonu Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfat başına kitabında babası X13 təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində 01.01.1986-01.06.1987-ci illərdə 0,09 ha, 01.06.1988-ci-01.06.1989-cu illərdə 0,20 ha, 1990-cı ildə isə 0,20 ha həyətyanı torpoq sahəsinin olması göstərilmiş, axırıncının 29.10.1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illlərə aid təsərrüfat başına kitabında atası X8 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 1991- 1992-ci illərdə 0,20 ha,1993-2000-ci illərdə 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, eyni zamanda 15.12.1990-cı ildə X8 vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi əmisi X25 adının yazıldığı göstərilmişdir. Göründüyü kimi qeyd edilmiş rəsmi arxiv arayışla mübahisə edilən yaşadığı evin və torpaq sahəsinin atası X8 şəxsi mülkiyyətində olması müəyyən edilmiş, lakin atasının vəfatından sonra təsərrüfat başçısı kitabında əvəllər RF-nın Surqut şəhərində,1980-ci ildən isə vəfat edən günədək, yəni 2011-ci ilədək, Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış əmisi X25 adının qeyd edilməsi göstərilmişdir. Baxmayaraq ki, əmisi Afət Mirzəxanov mərhum atasının mülkiyyətində olan evdə bir gün də yaşamamış, qeydiyyatda olmamış, əvvəl Rusiyanın Surqut şəhərində, daha sonra isə 1980-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2011-ci ildə də Bakı şəhərində vəfat etmişdir. Atası X10 məxsus olmuş Quba rayonu Digah kəndində yerləşən evdə özü yaşamış, 1989-cu ildə anası X9 həmin evə gəlin köçmüş, həmin ünvanda da onların birgə nikah münasibətlərindən xx.xx.1990-cı il tarixdə iddiaçı anandan olmuşdur. 15.12.1990-cı il tarixdə isə atası vəfat etmiş, atasının vəfatından sonra o, anasının himayəsində həmin evdə yaşamışdır. Valideynlərinin aralarındakı nikah münasibətləri rəsmi olmadığından atasının vəfatından sonra Quba rayon məhkəməsinin 06.07.1991-ci il tarixli, 2-102/1991 saylı qətnaməsi ilə X8 onun doğma atası olması faktı müəyyən edilmiş, 2 yaşında olarkən yəni 1992-ci ildə anası onu atasının evində goyub getmiş, Bakı şəhəri Binəqədi rayon İHB-nın 30.07.1994-cü İl tarixli, 898 saylı qərarı ilə bibisi X43 ona qəyyum təyin edilmiş və o vaxtdan da o yetkinlik yaşına çatanadək bibisi X30 himayəsində yaşamış, yetkinlik yaşına çatanadək bibisi Rübabə Saidova atasından ona miras qalmış əmlakı, o cümlədən, Quba rayonu Digah kəndində yerləşən yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi və 0,21ha həyətyanı torpaq sahəsini, rəsmi qəyyumu olaraq faktiki qəbul edib idarə etmiş, onun tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqların və əşyaların yerləşdiyi həmin ev onun sərəncamında və istifadəsindədir. 2018-ci ilin mart ayının əvəllərində həmin evə gələn və ondan evin açarlarını tələb edən üçüncü şəxs X14 ona məlum olmuşdur ki, o, yaşadığı evi və evin yerləşdiyi torpaq sahəsini 21.01.2011-ci il tarixdə vəfat etmiş əmisi X25 qızı Hüseynzadə Leyla Afət qızı ilə aralarında 25.12.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında almışdır. Faktla bağlı Quba rayon məhkəməsində Hüseynzadə Leyla Afət qızına, X26 və qeyrilərinə qarşı qaldırdığı tələb əsasında müvafiq rəsmi orqanlardan tələb edilmiş sənədlərdən ona məlum olmuşdur ki, ilkin X25 adına 04.10.2002-ci il tarixdə həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ verən şəhadətnamə verilmiş və onun vəfatından sonra həmin əmlak qızı cavabdeh Hüseynzadə Leyla Afət qızının adına 30.07.2011-ci il il tarixdə vərəsəlik qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında axırıncının adına 30.10.2012ci il tarixli reyestrdən çıxarış verilmiş, həmin çıxarış əsasında da o, evi və torpaq sahəsini 25.12.2017-ci il tarixdə X2. Aparılmış araşdırmalar nəticəsində Quba rayon məhkəməsinin 27.06.2018-ci il tarixli, 2(027)-1253/2018 saylı qətnaməsi ilə cavabdehlər Hüseynzadə Leyla Afət qızına və qeyrilərinə qarşı əmisi X25 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş 30.07.2011-cİ il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş 30.10.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X19 aralarında bağlanmış və Sumqayıt" ASAN Xidmət" mərkəsində notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təstiq edilmiş 25.12.2017-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı,1236167 saylı,14.02.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilmiş, həmin qətnamədən X19 verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli, 2(105)-773/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Hüseynzadə Leyla Afət qızının 07.04.2020-ci il tarixdə verdiyi kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli, 2(102)-469/2021 saylı qərarı ilə Hüseynzadə Leyla Afət qızının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli, 2(105)-773/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən, apellyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli torpaq sahəsinə dair X31 şəhadətnamə Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı saylı qərarı əsasında verildiyini, həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi qaldırılmadığını, qeyd edilmiş qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasının qeyri-münkün olduğunu, inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın mübahisələndirilməsi "İnzibati icraat haqqında" qanunun 1.2-ci, İPM-nin 1.1 və 1.2-ci maddələrinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğunu əsas olaraq göstərmişdir. Kassasiya instansiya məhkəməsinin istinad edilmiş göstərişlərinə uyğun olaraq mərhum X31 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasın 03.05.1997-ci il tarixli, 04 saylı saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair Quba Rayon İcra Hakimiyyətinə, Dövlət X45na, DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə və AR Əmlak Məsələri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nə rəsmi müraciətlər edilmiş, həmin müraciətlərinə cavab olaraq Quba rayon İcra Hakimiyyətinin 12.03.2021ci il tarixli 564/2 saylı məktubu ilə bu haqda Dövlət X45na müraciət edilməsi tövsiyyə edilmiş, Dövlət X45nın 13.04.2021-ci il tarixli, 290 saylı məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı iclas protokolunun 0,21ha torpaq sahəsinin verilməsi haqda məlumat aşkar edilməməsi bildirilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 09.04.2021-ci il tarixli məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmədiyini və nəhayət AR X56 Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyest Xidmətinin "xxxx" MMC-nin 21.04.2021-ci il tarixli, **********60 saylı məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Daha sonra isə X25 adına Quba rayonu Digah kəndində yerləşən 0,21ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-39S KOD 30327028 saylı şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarın və həmin qərarı əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair müraciəti cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 16.06.2021-ci tarixli,**********41 saylı və Quba rayon İcra Hakimiyyətinin 30.06.2021-ci tarixli,1496/2 saylı məktubları ilə həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Həmin qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət mahiyyəti üzrə baxılması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin göndərilmiş, axırıncının 17.06.2021-ci il tarixli, **********34 saylı məktubu ilə bir daha təsdiq edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər barədə Xidmətin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilmiş rəsmi sənədlərdən məlum olur ki, X5 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli,04 saylı qərar və həmin qərarın əsasını təşkil edən sənədlər müəyyən edilmədiyindən həmin qərar əsasında axırıncının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdeh Leyla Hüseynzadənin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış, o cümlədən axırıncı ilə cavabdeh Vüsalə Cəfərovanın aralarında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış qanuni və əsaslı sayıla bilməz. X5 adına torpağın mülkiyyətə verilməsinə dair 04.10.2002-ci il tarixli şəhadətnamənin qeyri-qanuniliyi eyni zamanda onunla sübuta yetirilir ki, X53 rayonu, Digah kəndində ümümiyyətlə qeydiyyatda olmamış, yaşamamış, əvəllər RF-nın Surqut şəhərində, daha sonra isə 18.01.1980-ci ildən 27.10.2003-cü ilədək olan müddət ərzində ünvan 1 ünvandan qeydiyyatdan çıxaraq ünvan 2 mənzil 60-a qeydiyyata düşmüş və 03.03.2011-ci ildə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Bu hallar iddia ərizəsinə əlavə edilmiş Afət Mirzəxənovun qeydiyyat kartasının surəti, Bakı şəhəri Nərimanov rayonu MKİS-nin 22.04.2021-ci il tarixli, 35/267 saylı arayışı və Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 02.05.2018-ci il tarixli, 053- 14770-1218 saylı məktubları ilə təstiq olunur. Məlum məsələdir ki, Respublika üzrə rayonlarda 2005-ci ilədək fəaliyyət göstərmiş X24 yalnız ərazi üzrə qeydiyyatda olmaqla yaşayan sakinlərin qanuni əsaslarla istifadələrində olan torpaq sahələrinə dair şəhadətnamələrin verilməsinə dair qərarlar qəbul edildiyindən ümumiyyətlə Quba rayonu Digah kəndində qeydiyyatda olmamış, yaşamamış, 1980-cı ildən vəfat edən günədək Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış X25 adına torpaq şəhadətnaməsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarın aşkar edilməməsi həmin qərarın etibarsız olması və qeyd edilmiş qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərinin etibarsız olmasına dair qərar qəbul edilməsi üçün əsas kimi qəbul edilməlidir. Digər tərəfdən X12 rayonun Digah kəndində qeydiyyatda olmaqla yaşamış olsa belə vəfat edən günədək atası X8 şəxsi mülkiyyətində olan yaşayış sahəsi 40 kv.m olan yaşayış evinə və həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə atasının birinci növbəli vərəsəsi ola-ola əmisi X25 adına torpağın mülkiyyətə verilməsinə dair qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Odur ki, X5 adına torpağın mülkiyyətə verilməsinə dair 04.10.2002-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar islahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərar mövcud olmadığından, həmin qərar və qərar əsasında verilmiş hüquqmüəyyənedici və hüquqverici sənədlər və həmin sənədlər əsasında bağlanmış əqdlər etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşmiş iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarix, 04 saylı qərarın, həmin qərar əsasında X5 adına Quba rayonu Digah kəndində yerləşən 0.21 ha Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş 30.07.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 217,6 kv.m olan evə və 0,21 h torpaq sahəsinə dair verilmiş 30.10.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X19 aralarında bağlanmış və Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 25.12.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, 14.02.2008ci il tarixli ********** nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin 15.04.2019-cu il tarixli, 2(105) 773/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxslər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Dövlət X45nın 09 aprel 2021-ci il tarixli arxiv arayışında Quba rayon Xucbala kənd sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid 04 saylı təsərrüfat başına kitabında X32 306 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 1986-1987-ci illərdə 0,09 ha, 1988-1990-cı illərdə 0,20 ha, 1990-cı ildə 0,20 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda Mirzəxanov Bəyin 29.10.1986-cı ildə vəfat etməsi qeyd edilmiş, təsərrüfat başçısı X20 qeyd edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid 04 saylı təsərrüfat başına kitabda 305 saylı təsərrüfatın baçşçısı X8 olduğu qeyd edilmişdir. X8 şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 1991-1992-ci illərdə 0,20 ha, 1993-1995-ci illərdə 0,21 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin kitabda Mirzəxanov Zeydullanın 15.12.1990-cı ildə vəfat etdiyi qeyd edilmişdir. Təsərrüfat başçısı kimi X39 yazılmışdır. Kitabın əlavə məlumatlar qrafasında təsərrüfat başçısının dəyişməsi haqqında heç bir məlumat yoxdur. - AZ-İ 003442 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 15 dekabr 1990-cı ildə ölmüşdür. - Quba rayon xalq məhkəməsinin 2-182 saylı, 1991-ci il tarixli qətnnaməsindən görünür ki, xx xxxx 1990-cı il tarixdə anadan olmuş X7 atası X8 olması faktı təsdiq edilmiş və müvafiq qeydiyyatın aparılması Quba rayon VVAQ şöbəsinə həvalə edilmişdir. - AZ-İ 348977 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, X1 Elnur Zeydulla oğlunun atasıdır. - Azərbaycan Respublikası Dövlət X45nın 13 aprel 2021-ci il tarixli arxiv arayışında Quba Aqrar-İslahat Komissiyasının 03.05.1997-ci il tarixli 04 saylı iclas protokolunda 0,21 ha torpaq sahəsinin verilməsi haqqında məlumat aşkar edilməmişdir. - JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 0,21ha torpaq sahəsi X25 adına qeydiyyata alınmalıdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X25 vərəsəsi X16r və o miras əmlakdan tam irs almalıdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsi və onun üzərindəki tikili daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydiyyata alınmışdır. - Quba rayon Digah-Xucbala bələdiyyəsinin 16 aprel 2021-ci il tarixli 165 saylı arayışından görünür ki, X44 tərəfindən Digah-Xucbala bələdiyyəsinə 01.01.2022-ci il tarixinədək həyətyanı torpaq vergisi ödənilmişdir. - Quba RİHB-nın Xucbala kənd İƏD üzrə 09.04.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı Təsərrüfat başına kitabının 92-ci səhifəsinin 229 saylı şəxsi hesabına əsasənİddiaçı həmin təsərrüfatda adı var. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti "xxxx" MMC-nin 14.12.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli 04 saylı qərarı arxivdə aşkar edilməmişdir. Quba rayonu Digah kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında (əlyazma) X25 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 1999-cu il tarixli Quba rayonunun Digah kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X25 adı və onun qanuni istifadəsində olan 0,21 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X45nın 22 fevral 2022-ci il tarixli 153 saylı arxiv arayışından qeyd olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunda X31 aid heç bir məsələ müzakirə olunmamışdır. Ümumiyyətlə həmin iclas protokolunda Quba rayonunun Digah kəndinə aid heç bir məsələ müzakirə olunmamışdır. - X21, X22 və X27 tərəfindən tərtib edilmiş və Quba rayonu İcra Hakimiyyəti Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 18.01.2022-ci il tarixli aktdan qeyd olunmuşdur ki, xx.xx.1990-cı ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuş İddiaçı atası X20 ilə birlikdə ünvan 6ində yaşamışdır. Qonşuluqda yaşamış, yeniyetmə dövrünü onların yanında keçirmiş və hal-hazırda da mütəmadi ata yurdunu ziyarət edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 16 iyun 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının JN-399F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsinə dair müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1990-cı ildə Quba rayonu Digah kəndində X20 ilə X6 faktiki nikah münasibətlərindən anadan olmuş, atalıq məhkəmə qaydasında müəyyən olunmuşdur. X20 15 dekabr 1990-cı ildə vəfat etmiş, İddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 898 saylı, 30 iyul 1994-cü il tarixli sərəncamına əsasən bibisi X33 qəyyumluğa verilmişdir. İddiaçı anadan olduğu ünvan 6ində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi arxiv məlumatlarına əsasən Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında iddiaçının babası X23 adında olmuş, X32 29 oktyabr 1986-cı ildə vəfat etdikdən sonra X20 təsərrüfat başçısı kimi qeyd edilmişdir. Quba rayon İHB-nin Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X20 təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və xüsusi istifadəsində 1991-1992-ci ilərdə 0,20ha, 1993-2000-ci illərdə 0,21ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X8 15 dekabr 1990-cı ildə vəfat etməsi göstərilmiş, təsərrüfat başçısı kimi isə X25 adı yazılmışdır. Halbuki iddiaçının babası Bəy Mirzəxanovun digər oğlu Afət Mirzəxanov 18 yanvar 1980-ci ildən 27 oktyabr 2003-cü il tarixədək Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi 29 nömrəli evdə qeydiyyatda olmuş, 2003-cü ildən həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 4ikrorayon S.Məmmədov küçəsi ev 209, mənzil 60-a qeydiyyata düşmüşdür. Afət Mirzəxanov 03 mart 2011-ci il tarixdə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. X39 1980-ci ildən Bakı şəhərində daimi yaşamasına və qeydiyyatda olmasına baxmayaraq ünvan 6idə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN- 399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X25 adına qeydiyyata alınmışdır. Halbuki qeyd edilən təsərrüfatda təsərrüfat başçısı kimi İddiaçı adının olması Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X45nın 09 aprel 2021-ci il tarixli, 325 saylı arayışı ilə və Quba rayon İHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 09 aprel 2021-ci il tarixli, 249 saylı arayışı ilə təsdiq olunur. X39 21 yanvar 2011-ci il tarixdə vəfat etdikdən sonra ünvan 6i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evinə dair 30 iyul 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X25 vərəsəsi X34 müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında ünvan 6i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən X11 adına qeydiyata alınmışdır. Daha sonra sözügedən daşınmaz əmlak X28 tərəfindən notarial qaydada təsdiq edilmiş 25 dekabr 2017-ci il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinə əsasən X3 və sonuncunun həmin torpaq sahəsi üzərində hüquqları RX seriyalı, ******* saylı çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu Digah kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.21 ha torpaq sahəsinə dair təssəüraftda təsərrüfatbaşçısı iddiaçının babası Bəy Mirzəxanov olmuş, onun vəfatından sonra təsərrüfat başçısı kimi Zeydulla Mirzəxanov qeydə alınmışdır. Zeydulla Mirzəxanovun 15.12.1990-cı ildə vəfatından sonra isə təsərrüfat başçısı kimi həmin ünvanda yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşayan X25 adı qeydə alınmışdır. Halbuki təsərrüfatbaşına kitabda təsərrüfat başçısı kimi təsərrüfat başçısı olan şəxs öldükdə həmin təsərrüfatda yaşayan digər ailə üzvü qeydə alına bilər. Çünki təsərrüfatbaşı kitabı həmin təsərrüfatda yaşayan şəxsləri və həmin təsərrüfata dair məlumatları əks etdirir. Həmin kitabın 92-ci səhifəsinin 229 saylı şəxsi hesabında iddiaçının atasının adı qeyd edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsi X25 adına JN-399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydə alınmış və həmin şəhadətnamə də torpaq sahəsinin ona ayrılmasının əsası kimi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarı qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən X31 hər hansı torpaq sahəsinin ayrılmasına dair qərarın mövcud olması müyyən edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə X25 adına aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasının müəyyən olunmaması həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu halda qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Sözügedən şəhadətnamənin verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. Həmin əsasnamənin 10-cu bəndinə əsasən dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz olaraq saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-159/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-159/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver