Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1590/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı tərəfindən məhkəmədə iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nın RX seriyalı ******* N-li, 14.07.2016-cı il tarixli çıxarışı ilə iddiaçının mülkiyyətindədir. Həmin qeyri yaşayış sahəsini 23.06.2016-cı ildə X1 alqı-sarqı müqqaviləsi əsasında almış və həmin müqavilənin 9-cu bəndinə əsasən satıcı kommunal borcların ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həqiqətəndə alqı satqı müqaviləsi rəsmiləşdirilərkən Rövşən Qurbanov alqı-satqı müqaviləsində göstərilən və üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni alqı-saqı müqaviləsi rəsmiləşdiriləndək qeyri-yaşayış binasının kommunal borclarını tam şəkildə ödəmişdir. Qeyri-yaşayış binası 2015-ci ildən 2020-ci ilədək fəaliyyət göstərməmiş və heç bir elektrik enerjisi sərfiyyatı olmamışdır. Lakin Azərişıq ASC-nin mühəndisi 23.11.2020-ci ildə sayğaca baxış keçirərək kənar müdaxilə olmasını bildirmiş və cavabdeh təşkilat tərəfindən qeyri yaşayış binasına orta sərfiyyat ilə elektrik enerjisi borcu hesablanmışdır. Qeyd olunanlar ilə razılaşmayaraq iddiaçı iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin sayğac üzrə şəxsi hesabın keçmiş mülkiyyətçi Rövşən Qasımovun adına olması səbəbindən ona şəxsi hesabın öz adına rəsmiləşdirilməsi tövsiyyə edilərək iddia tələbi təmin edilməmişdir. Cavabdeh təşkilata şəxsi hesabın öz adına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, lakin qeyri yaşayış binasına orta sərfiyyat ilə borcun hesablanması səbəbindən və həmin borcun ödənilmədən şəxsi hesabın onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Ona görədə iddiaçı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, hal-hazırda iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının 665,74 manat elektrik enerjisi borcu var və həmin məbləğ Azərişıq ASC-nin hesabına keçmədiyi təqdirdə qeydə alınmış abonent kodunda ad dəyişmə edilməsi mümkün deyil. Belə qeyd olunan qayda təmsil etdiyi qurumun rəhbərliyi tərəfindən verilmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 10.06.2021-cu il tarixli 0199/Ə-501/4515 nömrəli məktubu, DƏDRX-in RX seriyalı 08877938 N-li , 14.07.2016-cı il tarixli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş “İnzibati orqanların təsnifatı” 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazır ki, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir.Çünki hazır ki, iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumenti məhkəmə araşdıraraq əsassız hesab edir. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14.07.2016-cı ildən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu ərəfədə cavabdeh təşkilatın nümayəndəsi sayğaca müdaxilə edilməsi səbəbindən sərfiyyat üzrə iddiaçının mülkiyətində olan qeyri yaşayış sahəsinə borc hesablamışdır. Qeyd olunan elektrik enerjisi borcunun silinməsi ilə bağlı iddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi iddiası subyektiv hüquq baxımından təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyri yaşayış binasının mülkiyyətçisinin dəyişməsinə baxmayaraq həmin qeyri yaşayış sahəsinə verilmiş abonent kodunda olan keçmiş mülkiyyətçinin adı dəyişdirilməmişdir. Buna görədə iddiaçı cavabdeh təşkilata müraciət edərək mülkiyyətində olan qeyri yaşayış sahəsinə verilmiş abonent kodunda keçmiş mülkiyyətçinin adını öz adına dəyişdirilməsini xahiş etmişdir.Lakin cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adının yazılmasından imtina etmişdir. İddiaçı onun qeyri yaşayış sahəsinə hesablanmış elektrik enerjisi borcu ilə razı olmadığı və bununla bağlı məhkəmədə yenidən müvafiq iddia qaldırmaq fikrində və əsassız hesablanmış borcun ödəmək fikrində olmaığını bildirmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən edilən imtinası etimat hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddidr. Belə ki,“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda şəxsi hesabın yeni abonentin adına keçirilməsi üçün hər hansı bir məhdudiyyət movcud deyil. Əksinə qeyd olunan Qaydalarda enerjitəcizatı müəssisəsinin üzərinə yeni abonentin müraciətinə 5 gün ərzində baxılması və həll edilməsi ilə bağlı vəzifə qoyulmuşdur. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanan imtinası əsassız hesab edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1590/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1590/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver