Məhkəmə qərarları › İş №2-1(118)-1593/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1593/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1593/2022 06.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, səhih, dürüst, tam, hərtərəfli obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların bəd əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, səhih, dürüst, tam, hərtərəfli obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların bəd əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsində ona məxsus nəqliyyat vasitəsinin KAMAZ markalı nəqliyyat vasitəsi ilə həmin avtomobilin sürətli hərəkəti nəticəsində toqquşduğunu, lakin sürücüsü tərəfindən ona ziyan dəymiş ziyanın ödənilmədiyini, onun şikayəti üzrə Quba rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini və KAMAZ markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 inzibati məsuliyyətə cəlb edildiyini, həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanıldığını, bundan sonra ona vurulmuş 2646,80 manat məbləğində ziyanın ödənilmədiyini, Cavabdeh2 rəhbərliyinin və Cavabdeh2 DYPB-nin rəisi olmuş Valeh Cavadovun qanunsuz əməlləri, məhkəmələrdə prosesin 4 il 4 aydan artıq müddətə davam etməsi ilə bağlı əməlləri nəticəsində ona ziyan dəydiyini, hüquqlarının korrupsiya nətiəcəsində pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbinin qeyri-müəyyən olduğu, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti olan orqanların qəbul etdikləri inzibati aktların mübahisələndirilməsinə, inzibati orqanların hərəkət və ya hərəkətislziyi ilə bağlı şikayətlərə baxıldığı izah olunmuşdur. İddiaçı iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, iddia tələbi qeyrimümkün hesab edilməlidir. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə iddiaçı cavabdeh qismində inzibati orqanları qoysa da iddia ərizəsindən görünür ki, həmin orqanların vəzifəli şəxslərinin hərəkətlərindən narazıdır və tələbində həmin orqanın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini və barələrində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə iddiaçının tələbi cavabdeh qismində qoyduğu orqanlara qarşı deyil, həmin orqanların əməkdaşlarına yönəldilmişdir. Qeyd olunduğu kimi inzibati məhkəmə icraatında inzibati orqanların hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, eyni zamanda həmin orqanların inzibati aktlarından şikayətlərə baxılır. Fiziki şəxslərin hərəkətlərindən şikayətlərə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin başlanması haqqında qərar qəbul edilməsi də inzibati məhkəmə icraatının səlahiyyətində deyildir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan başqa iddiaçının tələbi yalnız maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmamışdır. Yalnız belə tələb olduğu halda iddiaçı iddianın mümkünlük şərtlərinə əməl edib ilk növbədə cavabdeh inzibati orqanlara müraciət etməli, müraciəti təmin edilmədiyi, yaxud müraciətə cavab verilmədiyi təqdirdə, iddiaçı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, səhih, dürüst, tam, hərtərəfli obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların bəd əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsinə dair iddiası mümkün sayılmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, səhih, dürüst, tam, hərtərəfli obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların bəd əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar