Məhkəmə qərarları › İş №2-1(118)-1597/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1597/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1597/2024 15.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə, X9 oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “onun mənzil uçotunun Abşeron rayonuna köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Tovuz rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 2021-ci il tarixli, 80 saylı Sərəncamı ilə mənzil növbəsinə götürülmüş, daimi qeydiyyatının və yaşayış ünvanının ünvan 1vbəsinin Cavabdehnə köçürülməsini xahiş etmişdir. Cavabdeh Başçısının 08 sentyabr 2023-cü il tarixli, 5-29/2-A225/2-068/2/2023 saylı məktubunda “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının” 8-ci bəndinə istinad edərək iddiaçının Cavabdehndə mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət edərək, onun imtiyazlı şəxs kimi mənzil uçotunun Abşeron rayonuna köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 1998-ci il təvəllüdlü İddiaçı 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak edərək döyüş əməliyyatlarına qatılmışdır. Döyüşlərdə yaralanmış, döyüş əməliyyatlarında yaralanmağı ilə əlaqədar Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlillik qrupu verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlıdır. Əvvəllər iddiaçı Tovuz rayonunda yaşamış, orada da qeydiyyatda olmuşdur. Bir müddət sonra Abşeron rayonuna köçmüş, ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Belə ki, 2022-ci il 27 dekabr tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsinə işə düzəlmiş, hal-hazırda qeyd etdiyi idarədə çalışır. O, 2023-cü ilin iyul ayında Cavabdeh Başçısına müraciət edərək, mənzil uçotunun Abşeron rayonuna köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh imtina məktubu göndərilmişdir və məktubda bildirilmişdir: “mövcud qanunvericiliyə əsasən son beş il ərzində yaşayış yeriniz üzrə Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz”. Cavabdeh məktubda hansı müvafiq qanunvericiliyə əsaslandığını göstərməmişdir. Məktubun 1-ci cümləsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə istinad edilsə də, 5 il qeydiyyatda olmaq məcburiyyətinin hansı qanunvericilik aktında nəzərdə tutulduğu qeyd edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 28, 43, 60-cı, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 51.2, 51.3-cü, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Raspublikasının Qanununun" 5-ci maddəsinə görə Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Belə ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalan”nın 8-ci bəndinə göstərilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülsünlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən, iddianın əsassız olduğu üçün təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Belə ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının 30 iyul 2021-ci il tarixli, 80 nömrəli Sərəncamı ilə siyahıda göstərilən 68 nəfər şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Tovuz Rayon İcra Hakimiyyəti başçısının 11 avqust 2023-cü il tarixli, 123 nömrəli Sərəncamından görünür ki, 3-cü qrup Vətən Müharibəsi əlili İddiaçı ərizə ilə müraciət edərək, Tovuz Rayon İcra Hakimiyyəti başçısının 30 iyul 2021-ci il tarixli, 80 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alındığını, hazırda yaşayış yerini dəyişərək ünvan 3 ünvanında qeydiyyata alındığını nəzərə alıb onun Tovuz Rayon İcra Hakimiyyətindən yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılmasını və yaşayış sahəsinə ehtiyacı olan qismində alınması zamanı istinad edilmiş sənədləri Cavabdehnə göndərilməsini xahiş etmişdir. Həmin Sərəncam ilə iddiaçının müraciəti təmin edilərək, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyatdan çıxarılması və yaşayış sahəsinə ehtiyacı olan qismində alınması zamanı istinad edilmiş sənədləri Cavabdehnə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı hazırda Cavabdehndə mənzil növbəsinə götürülmək istəyir. Lakin cavabdeh XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə (yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülür ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar.) istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 26 iyul 2023-cü il tarixdən Abşeron rayonu, Mehdiabad Ə/D, Mehdiabad qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatdadır. Cavabdeh Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki, iddiaçı 2016-cı ildən iyul 2023-cü il tarixədək Abşeron rayonu, Mehdiabad Ə/D, Mehdiabad qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatsız yaşamışdır. (Cavabdeh Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 6 iyun 2024-cü il tarixli, 964 nömrəli arayışı) Arayış 7 iyun 2024-cü il tarixli akta əsasən tərtib edilmişdir. Həmin aktdan görünür ki, qonşular X2, X6, X3 və X4 İddiaçı 2016-cı ildən (tələbə olduğu illər, hərbi xidmətdə olduğu müddət istisna olmaqla) qohumu X1 məxsus ünvan 2də yaşadığını imzaları ilə təsdiq etmişlər. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetində 2015-ci ildən 2021-ci ilədək əyani təhsil almışdır. Eyni zamanda müəyyən edilir ki, iddiaçıya 30 aprel 2021-ci il tarixdən 30 aprel 2026-cı il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar nəticəsində üçüncü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçının 2016-cı ildən Abşeron rayonunda yaşaması, 26 iyul 2023-cü il tarixdən isə qeydiyyatda olmaqla yaşaması, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilliyinin olması işin mübahisə olunmayan halıdır. Cavabdehin inzibati orqanın imtinası özünün inzibati praktikasına əsaslanan 5 illik pasport qeydiyyatının olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndi şəxsin azı son beş il ərzində Abşeron rayonunda pasport qeydiyyatının olması şərtilə yaşamış olmasını tələb etsə də hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı inzibati orqanın praktikasını müəyyən edən əsas kimi qəbul edilə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normaları ilə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma və ondan imtina halları müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq mənzil növbəsinə alınmaq üçün cavabdeh orqana müraciət etmişdir və onun yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın praktikasına uyğun olmasada inzibati orqan öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 30 aprel 2021-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddiaçı faktiki olaraq olaraq beş ildən artıq 2016-cı ildən 26 iyul 2023-cü il tarixə kimi ünvan 2-də qeydiyyatsız, 26 iyul 2023-cü il tarixdən hazıra kimi qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda 2015-2021-ci illər ərzində Bakı şəhərində yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani təhsil almışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mövcud vəziyyətini nəzərə alaraq, öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməli idi. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununa əsasən: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Abşeron rayonunda mənzil növbəsinə alınma ilə bağlı beş il rəsmi qeydiyyat tələbi formasında inzibati orqanın inzibati praktikası olsa da, onun diskression səlahiyyətlərindən istifadə edərək bu praktikaya istisnalar etməsi, həmin səlahiyyətlərin məqsədinə uyğun hesab edilə bilər. Belə ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədi mənzilə ehtiyacı olan əhalinin həsas təbəqəsinə aid sayılan şəxslərin sosial təminatına yardım edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının 44 günlük vətən müharibəsinin iştirakçısı olması, döyüşlərdə iştirak etməsi və aldığı yaralara görə 3-cü dərəcə əlil olması və yuxarıda qeyd edilən digər əsasların da olması səbəbindən onun mənzil növbəsinə alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil uçotunun Abşeron rayonuna köçürülməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar