Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1599/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Dəmirova Aynur Rüstəm qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ünvan 3-dan Dəmirova Aynur Rüstəm qızının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Pasport X1rşı “ünvan 3-dan Dəmirova Aynur Rüstəm qızının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə cavabdehin əsl Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1599/2022 saylı Qərardadı ilə Dəmirova Aynur Rüstəm qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Dəmirova Aynur Rüstəm qızının Sumqayıt şəhər 18-ci mikrorayonda yerləşən ev 39, mənzil 19-dan mənzildən istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia verərək məhkəmədən mənzilə köçürülməsini xahiş etmişdir. Dəmirova Aynur onun qızıdır. O 2006-cı ildə vətəndaş Dəmirov Sahib ilə ailə həyatı qurub. Həyat yoldaşına məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 4-ə gəlin köçmüş və bugünədək gəlin köçdüyü mənzildə yaşayır. Sumqayıt şəhər Məhkəməsi 2(060)-6885/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiasını qismən təmin edərək cavabdeh Dəmirova Aynur Rüstəm qızının ünvan 1-dan mənzilə istifadə hüququna xitam vermiş, iddiasını qalan hissədə təmin etməmişdir, cavabdehin qarşılıqlı iddiasını rədd etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Dəmirova Aynur apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləöv edilməklə ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(105)-396/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Dəmirova Aynur Rüstəm qızının Apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6885/2021 saylı qətnaməsi qismən – “İddiaçı Dəmirova Aynur Rüstəm qızına qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin” hissəsində ləğv edilmiş və iş üzrə həmin hissədə ayrıca qərardan çıxarılması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsi 2(060)-6885/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – “Dəmirova Aynur Rüstəm qızının ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin və Dəmirova Aynur Rüstəm qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(105)-396/2022 saylı qərardadı ilə ona tövsiyyə edilmişdir ki, aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Ona görə də aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dəmirova Aynur Rüstəm qızı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Dəmirova Aynur Rüstəm qızı ünvan 3 ünvanında qeydiyyatdadır. - 31 may 1992-ci il tarixli, 34/496 saylı orderin surətindən görünür ki, ünvan 3 İddiaçı məxsusdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-396/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsi – “Dəmirova Aynur Rüstəm qızının ünvan 3 ünvana istifadə hüququna xitam verilsin və Dəmirova Aynur Rüstəm qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Dəmirova Aynur Rüstəm qızı ünvan 3 ünvanında qeydiyyatda olsa da, 2006-cı ildə ailə həyatı qurmuşdur və həmin tarixdən ünvanda yaşamır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 İddiaçı məxsusdur. Həmin mənzildə üçüncü şəxs Dəmirova Aynur Rüstəm qızı qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Həmçinin üçüncü şəxs iddianın təmin edilməməsini məhkəmədən xahiş etsə də, üçüncü şəxsin 2006-cı il tarixdən bu günədək, yəni 16 ilə yaxın müddətdə həmin ünvanda yaşamaması onun eydiyyatının formal xarakter daşıdığını sübut edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də müəyyən olunur ki, üçüncü şəxsin həmin mənzildə istifadə hüququna xitam verilmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dəmirova Aynur Rüstəm qızının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dəmirova Aynur Rüstəm qızının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1599/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1599/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver