Məhkəmə qərarları › İş №2-1(118)-16/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-16/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-16/2020 13.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı “İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.08 ha torpaq “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisinə düşdüyündən, qoruğun xeyrinə alınmaqla əvəzində 50.000 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin üzərinə qoyulması”na dair iddiasını inzibati məhkəmə icraatı qaydasında araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.08 ha torpaq “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisinə düşdüyündən, qoruğun xeyrinə alınmaqla əvəzində 50.000 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuş ərizə ilə İddiaçı inzibati iş üzrə icraata mahiyyəti üzrə baxılmadan xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının yuxarıda qeyd olunan ərizə ilə məhkəməyə müraciət etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar