Məhkəmə qərarları › İş №2-1(118)-16/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-16/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-16/2022 20.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (“Femida” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə imtinanın əsassız hesab olunması və 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümçayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kəndi üzrə Ərazi nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində 0,10 həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etşdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kəndi üzrə Ərazi nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə Abşeron rayonu Məmmədli kəndi ərazisində 0,10 həyətyanı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Hazıradək torpaq sahəsi onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət etdikdə cavabdeh həmin torpaq sahəsinin ictimai tikililərə aid olduğunu və qəsəbə nümayəndəliklərinin torpaq ayırma səlahiyyətlərinə malik olmadığını bildirərək ona imtina cavabı vermişdir. Halbuki, həmin torpaq sahəsinin ictimai tikililərə heç bir aidiyyəti yoxdur, ətrafında yalnız yaşayış evləri mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, icra nümayəndəlikləri torpaq ayrılmasında səlahiyyətsiz şəxs olduğundan iddiaçıya torpaq sahəsi qanunauyğun şəkildə ayrılmış hesab edilə bilməz. Bundan başqa təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə İcra Nümayəndəliyinin 02 ivul 1999-cu il tarixli 155 nömrəli sərəncamına torpaq sahəsinin ilkin bas planının və ya təsdiq edilmiş avrıc aktının ərizəvə əlavə edilmədiyi aşkar edilmişdir. Baxış keçirilmiş ərazidə yerləsən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: -X2 xx.xx.2019-cu il tarixli 1050 saylı məktubundan məktubuna əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamından görünür ki, Məmmədli kəndində yaşayan, evi və torpaq sahəsi olmayan, 10 ailəyə vermək üçün həyətyanı torpaq fondu ayrılması haqqında Məmmədli kəndi üzrə icra nümayəndəliyinin 21 iyun 1999-cu il tarixli 28 saylı məktubu nəzərə alınaraq hər ailəyə 0,10 ha hesabı ilə kəndin şərq hissəsində kəndə bitişik sahədən Məmmədli kəndi üzrə icra nümayəndəliyinə 1,0 hektar həyətyanı torpaq fondu ayrılması qərara alınmışdır. -Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə ayrılmış 1.0 ha torpaq sahəsindən 0.10 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. -X2 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayon Dövlət arxiv fonduna əsaslanaraq, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 02 iyul 1999-cu il tarixli 155 saylı sərəncamı ilə vətəndaşlara 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sərəncama ayrıc aktı, cizgi və s. bukimi sənədlər Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. -Abşeron rayon Məmmədli rayon bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -cavabdeh inzibati orqanın imitina bildirişindən görünür ki, icra nümayəndəliyinin səlahiyyətsiz şəxs olması və iddiaçıya ayrılmış torpaq sahəsinini ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınması səbəbindən iddiaçının müraciətinin təımin olunmasından imtina edilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3224 saylı 29 mart 2021-ci il tarixli rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kəndi üzrə Ərazi nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər (torpaq sahəsinin çıxarışı, plan və ölçüsü) təqdim olunmadığından torpaq sahəsinin təyinatını müəyyən etmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər (torpaq sahəsinin çıxarışı, plan və ölçüsü) təqdim olunmadığından həmin torpaq sahəsinin üzərində ictimai tikililərin mövcüd olub-olmamasını araşdırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamişdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mübahisəli torpaq sahəsinə yerində baxış keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********89 saylı məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədi ilə Məmmədli kəndinin şərq hissəsinə bitişik sahədən 1.0 ha həyətyanı torpaq sahələrinin 10 ailəyə verilməsi üçün torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt, yəni 1999-cu ilin iyul ayında qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə edilmiş dəyişikliyə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ..... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar da nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin İddiaçı qanuni əsaslarla ayrılması öz təsdiqini tapır. Cavabdehin digər dəlili ondan ibarətdi rki, mübahisəli torpaq sahəsi hüquqi rejimi və təyinatına görə ictimai tikililərin yerləşdiyi torpaq sahələrinə aiddir. Azərbaycan Respublikası Torpaq Məclləsinin maddəsinə görə torpaq sahəsi tyinatına görə Cavabdeh dəlilini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Məmmədli kəndində fərdi yaşayış evlərinin arasında yerləşir. Həmin ərazidə və yaxın ətrafda hər hansı ictimai tikilinin olması müəyyən edilmədi. 1999-cu ilin iyul ayında qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5ci maddəsinə görə Asərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı akteqoriyalara bölünür : 1) kənd təsərrüfatı təyinatlı torpaqlar; 2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; 3) sənaye, nəqliyyat, rabitə, müdafiı ehtiyacları üçün və başqa təyinatlı torpaqlar; 4) təbiəti mühafizə, sağölamlaşdırma, istirahət (rekreasiya) v\ tarix-mədəniyyət təyinatlı torpaqlar; 5) meşə torpaq fondu; 6) su torpaq fondu; 7) ehtiyat torpaq fondu. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiı ehtiyacları üçün və başqa təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə torpaq fondu; su torpaq fondu; ehtiyat torpaq fondu. Göründüyü kimi nə torpaq sahəsinin ayrıldığı qüvvədə olduğu vaxt, nə də hazırda qüvvədə olan qanunvericilikdə “ictimai tikililərin yerləşdiyi” adlanan torpaq kateqoriyası və ya rejim mövcud deyildir. Cavabdehin bu əsasla iddiaçıya imtina cavabı verməsi əsassız hesab edilməlidir. Torpaq Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndində ictimai tikinti massivi” teminindən istifadə edilir ki, bu torpaqlar da yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. “İnzibati icraat haqqında” Qanunun : -16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -17-ci maddəsinə görə Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kəndi üzrə Ərazi nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə İddiaçı ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində 0,10 həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verlməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kəndi üzrə Ərazi nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 155 saylı sərəncamı ilə İddiaçı ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində 0,10 həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verlməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar