Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-160/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştrakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı “yaşadığı mənzilin dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbinə” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı və qeydiyyatda olduğu Abşeron rayon Mehdiabad qəsəbəsi 20 yanvar küçəsi ev 8/2 mənzili mərhum atası X1 1966-cı ildə Üzümçülük zavodunda işləyən zaman işlədiyi müəssisə tərəfindən təmannasız verilmişdir. X3 xx.xx.2008-ci ildə dünyasını dəyişmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə mənzilin şəxsi hesabı mərhumun qızı İddiaçı Ziyıddin qızının adına dəyişdirilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 4 saylı X6 ərizə ilə müraciət etmiş, lakin imtina cavabı almışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə İddiaçı 4 saylı X6 ərizə ilə müraciət etmişdir. Ərizə araşdırılarkən ərizəçiyə bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli (2009cu il oktyabrın 1-dək order, orderin arxiv arayışı, mənzilin verilməsinə dair sərəncam, forma-2 arayışı, razılıq ərizələri və c.) Xidmətin 4 saylı X6 təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda mənzilin şəxsi hesab vərəqəsi və ya şəxsi hesab vərəqələrinin dəyişdirilməsi barədə sərəncamlar nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Yuxarıda qeyd edilənləri əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********069 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********00 nömrəli etirazı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1107 saylı, xx.xx.2012-ci il tarixli Sərəncamından çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Mehdiabad qəsəbəsi 20 yanvar küçəsi ev 8/2 mənzili xx.xx.2008-ci ildə vəfat etmiş X1 1966-cı ildə Üzümçülük zavodunda işləyən zaman işlədiyi müəssisə tərəfindən təmannasız verilmişdir. İddiaçı mərhum Ziyəddin Abbasovun qızıdır və uzun müddətdir ki, həmin mənzildə yaşayır. İddiaçının bildirdiyinə görə həmin mənzilə dair order mövcud olmuş,lakin sonradan ititilmişdir. X3 vəfat etdikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə mənzilin şəxsi hesabı mərhumun qızı İddiaçı Ziyıddin qızının adına dəyişdirilmişdir. Qeyd olunan sərancam ilə o, sahibliyində olan Abşeron rayon Mehdiabad qəsəbəsi 20 yanvar küçəsi ev 8/2 mənzili üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 4 saylı X6 ərizə ilə müraciət etmiş, lakin həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyat alınmasından imtina edilmişdir.Cavabdeh təşkilat imtinanın əsası kimi mənzilin orderinin olmamasını bildirmişdir. İddiaçının və məhkəmənin müxtəlif qurumlara müraciətlərinə baxmayaraq qeyd olunan orderin tapılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırara,tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda mənzilin şəxsi hesab vərəqəsi və ya şəxsi hesab vərəqələrinin dəyişdirilməsi barədə sərəncamlar nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı mübahisə edilən mənzilə dair hər hansı bir hüququnu müəyyən edən sənədi məhkəməyə tədqim etməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə mənzilin şəxsi hesabının İddiaçı Ziyıddin qızının adına dəyişdirilməsi mənzilin orderi sayıl bilməz. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, mənzilə dair Abşeron Rayon İcra hakimiyyəti tərəfindən order verilmədən DƏDRX-nin 4 saylı X6 müraciət edilməsi əsassızdır. Hesab olunur ki, yuxarıda qeyd olunan halları riayət olunduqdan sonra mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nin 4 saylı ərazi idarəsinə müraciət olunmalı və qeyd olunan mənzil dövlət qeydiyyatından keçməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı “yaşadığı mənzilin dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-160/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-160/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver