Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1601/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə X1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba rayonu Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə X1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, Əlik Bələdiyyəsi ilə X1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilə əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə teleqram ilə müraciət edən üçüncü şəxs X1 məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, Əlik Bələdiyyəsi ilə Salmanov Şahin arasında bağlanmış icarə müqaviləsinin deyil, Əlik Bələdiyyəsinin müvafiq qərarının mübahisələndirilməsi təklif edilmiş, lakin iddiaçı qərarın deyil icarə müqaviləsinin mübahisələndirilməsi niyyətində olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbinin predmeti Əlik Bələdiyyəsi ilə vətəndaş X1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə Əlik Bələdiyyəsi ilə vətəndaş X1 arasında bağlanmış icarə müqaviləsi olmuşdur. Həmin icarə müqaviləsinə əsasən iddiaçının hüquqlarının pozulmasının qanunsuz və ya qanuni olması məsələsi mülki mühakimə icraatı qaydasında baxılmasını zəruri edir. Belə ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba rayonu Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə X1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1601/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1601/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver