Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1609/2025 10.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Qida X4-X10rşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Qida X4-X10rşı “cavabdehin 30 may 2024-cü il tarixli № M 0524-24 nömrəli “təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehin 30 may 2024-cü il tarixli № M 0524-24 nömrəli “təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın ləğv edilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh orqan Azərbaycan Respublikası Qida X4- X11 30 may 2024-cü il tarixli N M 0524-24 nömrəli "Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə"xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə idxal olunmuş 25005 kq olan Formalin (Formaldehiq 37%-li məhlul) əmtəə nişanlı baytarlıq pereparatı qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya 10 gün ərzində məhv edilməsinin təmin edilməsi qət edilmişdir. Cavabdeh orqan qərarını belə əsasladırmışdır ki, iddiaçı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il son istifadə tarixli CH-1895-21 partiya nömrəli "X18" firmasının istehsalı olan ümumi çəkisi 25005 kq olan "Farmolin (Formaldehid 37%-li məhlul)" əmtəə nişanlı, İran İslam Respublikasından idxal olunan baytarlıq pereparatı partiyasının AZ-19020485/LAB05-24002-T-002 xx.xx.2024-cü il tarixli "Tədqiq (sınaq) nəticələrinə dair protokol"a əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan məhsulun PH göstəricisi ilə uyğun olmadığı aşkarlanmışdır. Belə ki, nümunələrin pereparatm analiz sertifikatında PH göstəricisi 2.50- 4.00 qeyd ounsa da PH göstəricisinin 1.18 olduğunu müəyyən edilmişdir. Hesab edir ki, həmin qəbul edilmiş qərarın qanunsuzdur. Bununla bağlı bildirir ki, "xxxx" MMC uzun illərdir "X18" firmasının istehsal etdiyi eyni adda "Farmolin" məhlulunun İrandan idxalı ilə məşğuldur. Qeyd edilən məhsulun idxalı zamanı istehsalçı tərəf məhsulun müvafiq analizini keçir və analiz sertifikatları idxal sənədlərinə əlavə edərək alıcıya təqdim edir. Azərbaycan Respublikası X8 X2 30 may 2024-cü il tarixli N M 0524-24 nömrəli qərarında göstərilən CH-1895-21 partiya nömrəli məhsulun analizinin cavabının həqiqətə uyğun olması bizdə şübhə doğurduğu üçün tərəflərindən qeyd edilən məhsulun yenidən analizinin keçirilməsi qərara alındı. Bu məqsədlə xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Azərbaycan Standartlaşdırma İnstitutu" X16 müraciət edərək CH-1895-21 partiyasından olan Formalin məhlulunda Hidrogen ionlarının qatılığı miqdarının (PH) yoxlanılması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Azərbaycan Standartlaşdırma İnstitutu" X15 xx.xx.2024-cü il tarixli cavab protokolunda CH-1895-21 partiyasından olan Formalin məhlulunda pH (Hidrogen ionlarının qatılığı)nın aparılmış sınaq nəticəsində 2.84 olması göstərilmişdir. Göründüyü kimi CH-1895-21 partiyasından olan Formalin məhlulunda pH səviyyəsi normalara uyğundur. Bu isə cavabdeh orqanın qərarının əsasız olduğunu göstərir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası X8 X3 xx.xx.2024-cü il tarixli, № M0524-24 saylı Qərarının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X15 xx.xx.2024-cü il tarixli, 3-21-1-3/2-1206/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının X8 X3 idxal və İxraca nəzarət sektorunun böyük məsləhətçisi Nazim Əliyev, İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi Səkinə Müzəffərli, "xxxx" MMC-nin hüquq şöbəsinin rəisi Nümayəndə, “Azərbaycan Standartlaşdırma institutu" PHŞ-nin Neft-Qaz və Neft- kimya məhsullarının Sınaq laboratoriyasının böyük ekspert- kimyaçısı- Natəvan Murad tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba magistral 35 km 1A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat anbarından CH-1895-21 partiya nömrəli Formalın əmtəə nişanlı baytarlıq preparatının müayinəsinin (pH-hidrogen ionlarının qatılığı) keçirilməsi üçün nümunə qablaşdınlaraq akt əsasında təhvil alınmışdır. Sumqayit İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (118)-4934/2024 nömrəli qərarının icrası ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının X8 X3 İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi Nazim Əliyev, AQTA-nın İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi Səkinə Müzəffərli, “Fuad- Kimya Servis" MMC-nin hüquq şöbəsinin rəisi Nümayəndə, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma institutu" PHŞ-nin Neft-Qaz və Neft- kimya məhsullarının Sınaq Laboratoriyasının böyük ekspert-kimyaçısı- Murad Natavan Seyfulla qızı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba magistralı 35 km 1A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat anbarından CH-1895-21 partiya nömrəli Formalin əmtəə nişanlı baytarlıq prepartından müayinənin pH (hidrogen ionlarının qatılığı) keçirilməsi üçün nümunə qablaşdırılaraq akt əsasında təhvil alınmışdır: Sual : "xxxx" MMC tərəfindən İran islam Rspublikasından idxal olunan partiya nömrəli məhsulun Formalin əmtəə CH-1895-21 nişanlı baytarlıq preparatındaməhlulunda pH-nın (hidrogen ionlarının qatılığı) miqdarı nə qədərdir? Cavab: Təqdim olunan Formalin əmtəə nişanlı CH-1895-21 nişanlı baytarlıq preparatında- məhlulunda pH-nın (hidrogen ionlarının qatılığı) 2,7-dir . Ekspert: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma institutu PHŞnin Neft-Qaz və Neft-kimya məhsullarının Sınaq Laboratoriyasının böyük ekspert kimyaçısı- Murad Natavan Seyfulla qızı. Azərbaycan Respublikası X8 X3 21 aprel 2025-ci il tarixli, 3-44-2/2-658/2025 saylı məktubunda qeyd edilmişdir ki, "X17” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə İran islam Respublikasından idxal edilmiş CH-1895-21 partiya nömrəli "Chassb Saz lnc" firmasının istehsalı olan ümumi çəkisi 25005 kq olan Formalin (Formaldehid 37 %-li məhlul) əmtəə nişanlı baytarlıq preparatının məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölməyə müraciət daxil olmuşdur. Həmin müraciətə uyğun olaraq, regional bölmənin əməkdaşı tərəfindən məhsul partiyasından nümunə götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur. Həmin məhsul partiyası ilə bağlı verilmiş AZ-19020485/LAB05- 24002-T-002 nömrəli sınaq protokoluna əsasən, PH göstəricisi 1.18 müəyyən olunmuş, yəni normativ standart tələblərə uyğunsuz çıxmışdır. Regional bölmə tərəfindən həmin sınaq protokoluna uyğun olaraq, 2024-cü il 30 may tarixində MN 0524-24 nömrəli ‘Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə" qərar qəbul edilmişdir. Qərardan narazı qalan "Fuad-Kimya Servis” MMC iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən həmin məhsul partiyasınnın ekspertizasının aparılmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma institutu X15in (bundan sonra - Standartlaşdırma institutu) mütəxəssis rəyinin alınması barədə 2024-ci il 26 sentyabr tarixli 2-1(118)- 4934/2024 saylı qərardad qəbul edilmişdir. X1 2024-cü il 26 noyabr tarixində məhkəməyə təqdim etdiyi cavab məktubunda qeyd edilmişdir ki, mübahisə predmeti olmuş məhsul partiyasının PH göstəricisi 2.7 müəyyən olunmuşdur. Məhkəmənin 2025-ci il 4 mart tarixli 2-1(118)-1609/2025 nömrəli qərardadına əsasən, məhkəmə tərəfindən müəyyən edilmiş sübutlara uyğun iş üzrə icraatın materialları regional bölmə tərəfindən yenidən nəzərdən keçirilmişdir. Bununla əlaqədar bildiririk ki, iş üzrə sübutlar arasında yaranmış qeyri-dəqiqliyin aradan qaldırılması və ya ekspertiza nəticələrinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə icraatının davam etditilməsi və təkrar ekspertizanın təyin edilməsi məqsədəuyğun hesab edilir. Hesab edirik ki, məhkəmə tərəfindən tam, qərəzsiz və obyektiv qərarın qəbul olunması üçün aşağıdakı hallar nəzərə alınmaqla yenidən ekspertizanın aparılması zəruridir: xx.xx.2024-cü il tarixli sınaq protokoluna əsasən, "X17” MMC tərəfindən məhkəmədənkənar və X5 məlumatı olmadan, müstəqil şəkildə, Standartlaşdırma İnstitutuna məhsul partiyasından nümunə təqdim edilmiş və sınağı aparılmışdır. Standartlaşdırma İnstitutu tərəfindən aparılan analiz nəticəsində məhsulun PH göstəricisi 2.84 müəyyən edilmişdir. Bu hal məhkəmənin 2025-ci il 4 mart tarixli 2-1(118)- 1609/2025 nömrəli qərardadında da qeyd edilmişdir. Sözügedən halın məhkəmə tərəfindən nəzərə alınmadan, ekspertizasının keçirilməsi Standartlaşdırma İnstitutuna həvalə edilmişdir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 20.2.2-ci maddəsinə əsasən, ekspert və ya mütəxəssis məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə bu halda işə baxılmasında iştirak edə bilməz. Hazırkı iş üzrə icraatın obyektivliyi baxımından Standartlaşdırma İnstitutu tərəfindən ekspertizanın mümkünlüyü mübahisəlidir. Məhkəmə tərəfindən ekspertizanın keçirilməsi barədə 26 sentyabr 2024-cü il tarixli 2- 1(118)-4934/2024 nömrəli qərardad qəbul edilərkən Standartlaşdırma institutunun mübahisə predmeti olan məhsulun sınağının aparılması üçün akkreditasiyasının olubolmaması iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı olaraq bildiririk ki, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən, sınaq laboratoriyaları uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyət göstərməsi üçün akkreditasiya orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verməsi tələb olunur Həmçinin məhsul partiyasında PHnın miqdarının ölçülməsi üçün cihaz və avadanlıqların uyğun olub-olamaması sorğu edilməmiş və işin materiallarına əlavə edilməmişdir. Məhkəmənin 2024-ci il 26 sentyabr tarixli 2-1(118)-4934/2024 saylı qərardadında mütəxəssis rəyinin verilməsi üçün 20 gün müddət müəyyən edilmişdir. Məhsul partiyasından 2024-cü il 24 oktyabr tarixində nümunə götürülmüş, lakin ekspertizanın nəticəsi 2024-cü il 26 noyabr tarixində məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Standartlaşdırma İnstitutu tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 98.2 maddəsinin (məhkəmənin qərardadında qeyd olunan ekspert rəyinin verilməsi müddəti) və 101.1-ci maddəsində qeyd olunmuş ekspert rəyinin verilməsi müddətinə riayət edilməmişdir. Sözügedən prosessual pozuntunun ekspertiza obyektinə və ekspertiza nəticələrinə təsiri məhkəmə tərəfindən tədqiq edilməmişdir. Məhkəmə ekspertizanın nəticəsi məhsul partiyasının son istifadə tarixinin keçməsindən sonra elan edilmişdir. Bildiririk ki, məhsul partiyasının texniki normativ sənədində istehsal tarixi xx.xx.2024-cü il, son istifadə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Ekspertizanın nəticəsinin 2024-cü il 26 noyabr tarixində məhkəməyə təqdim edildiyini nəzərə alaraq, qeyd edilən məsələnin ekspertiza obyektinə və ekspertiza nəticələrinə təsiri məhkəmə tərəfindən tədqiq edilməmişdir. Ümumilikdə iş üzrə materiallara baxılarkən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ekspertiza nəticələri ilə Standartlaşdırma institutunun ekspertiza nəticəsi arasında aşkar fərqli nəticələrin olduğu nəzərə çarpır. Bununla əlaqədar sözügedən ziddiyyətli məqamın aradan qaldırılması məqsədilə istənilən halda təkrar ekspertizanın aparılması zəruridir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "X17” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə İran islam Respublikasından idxal edilmiş CH-1895-21 partiya nömrəli "Chassb Saz lnc" firmasının istehsalı olan ümumi çəkisi 25005 kq olan Formalin (Formaldehid 37 %-li məhlul) əmtəə nişanlı baytarlıq preparatının məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölməyə müraciət daxil olmuşdur. Həmin müraciətə uyğun olaraq, regional bölmənin əməkdaşı tərəfindən məhsul partiyasından nümunə götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur. Həmin məhsul partiyası ilə bağlı verilmiş AZ-19020485/LAB05-24002-T-002 nömrəli sınaq protokoluna əsasən, PH göstəricisi 1.18 müəyyən olunmuş, yəni normativ standart tələblərə uyğunsuz çıxmışdır. Regional bölmə tərəfindən həmin sınaq protokoluna uyğun olaraq, 2024-cü il 30 may tarixində MN 0524-24 nömrəli ‘Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə" qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin 30 may 2024-cü il tarixli № M 0524-24 nömrəli “təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X15 xx.xx.2024-cü il tarixli, 3-21-1-3/2-1206/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunan Formalin əmtəə nişanlı CH-1895-21 nişanlı baytarlıq preparatında- məhlulunda pH-nın (hidrogen ionlarının qatılığı) 2,7-dir . Göründüyü kimi cavabdeh tərəfindən PH göstəricisinin 1.18 olması qeyd edilsə də məhkəmə araşdırması zamanı qeyd edilən hal təkzib olunmuşdur. “İnzibati İcraat Haqqında” Qanuna əsasən: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, cavabdehin 30 may 2024-cü il tarixli N M 0524-24 nömrəli “təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarı qanunsuz əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası X8 X3 30 may 2024-cü il tarixli № M 0524-24 nömrəli “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1609/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1609/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver