Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-161/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 sayl Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ayrılmış 525 kv m torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun qeydıə alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 sayl Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997ci il tarixli 66 saylı qərarı ilə ayrılmış 525 kv m torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun qeydıə alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə iddiaçıya 525 kv m torpaq sahəsi üyrılmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. artıq 25 ilə yaxın müddətdir ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüləri və konfiqurasiyası öz əksini tapmışdır. Bir müddət bundan əvvəl iddiaçı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışln verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinaya əsas kimi həmin torpaq sahəsinə sdair başqa şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi, torpaqların üst-üstə düşdüyü bildirilmişdir. Həmin şəxs iddiaçının qonşusu X2r. Hansı ki, onun ayrıca torpaq sahəsi və evi vardır, iddiaçının torpaq sahəsinin Q.Əlinəzrovun torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa evin qeydiyyat vəsiqəsində və texniki pasportda inventar nömrələrində uyğunsuzluq olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyöun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbənin bildirmədən mnəhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X4 iddianın həllini məhkəmənin mülahisəzinə buraxdığını bildirdi və iddiaçının torpaq sahəsinin onun torpaq sahəsinə heç bir aidiyyəti olmadığını, ayrıca qonşu torpaq sahələri olduğunu izah etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: -Abşeron rayonu, Xırdalan qəsəbəsi (şəhəri), Quşçuluq yaşayış massivi 21-ci küçədə yerləşən 6 saylı, yaşayış sahəsi 60.4 kv m, köməkçi sahəsi 57.1 k v m olan 3 otaqlı fərdi yaşayış evi üəzrində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. İnventar işinin nömrəsi 1829 qeyd edilmişdir. -1828 saylı inventar nömrəli texniki pasportdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi (şəhəri), Quşçuluq yaşayış massivi 21-ci küçədə yerləşən 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi faktiki 525.0, o cümlədən147.5 kv m təşkil edir. -cavabdeh inzibati orqanını veridiyi imtina məktublarından görünür ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin JN-189 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmidir. Bundan başqa qeydiyyat vəsiqəsi ilə texniki pasportda göstərilən reyestr və inventar nömrəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 66 saylı sərəncaçından görünür ki, həmin sərəncamla Xırdalan qəsəbəsini Bakı Quşçuluq fabriki ətrafındakı yaşayış massivində tikilmiş, sanitar-texniki normaları pozmayan, yeraltı kommunkasiya xətləriin üstündə olmayan və yüksək gərginlikli xətlərin altında yerləşməyən yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqələrinin verilməsi qərara alınmışdır. Həmin sərəncama vətəndaşların adlı siyashısı əlavə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasının dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə mütəxəssis rəyinin alınmasının zəruri olması qənaətinə gəlmişdir. İş üzrə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən aparılan araşdırma zamanı ərazidə yerləşən sənəd üzrə torpaq sahəsi ilə faktiki məkan göstəriciləri arasında ümumi uyğunsuzluq mövcuddur. Bunu nəzərə alaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ayrılmış 525 kv m torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş JN- 189A kod 30801006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X3 məxsus 0.05 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mübahisəyə mahiyyəti üzrə qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, iddiaçı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, həmin torpaq sahəsi üzərində başqa şəxsə aid tərtib edilmiş şəhadətnamə qüvvədədir. Həmin şəhadətnamə torpaq sahəsinin koordinatları və konfiqurasiyasını özündə əks etdirir. Məhkəmə hesab edir ki, iddiaçının gözlədiyi məqsədə nail olması üçün Q.Əlinəzərova verilmiş şəhadətnamə (Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 240 nömrəli qərarlna əsasən verilmiş) mübahisələndirilməsi və ya torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, real mövcud vəziyyətə uyğun olaraq naturada torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və üçüncü şəxsə məxsus torpaq sahəsinin plan və ölçüsünün real mövcud vəziyyətə uyğun dəyişdirilməsi torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsinə dair iddia qaldrmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən tələblərlə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciəti və müvafiq olaraq imtina cavabı olmadığından məhkəmə iddia tələbinin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini məqsədəuyğun hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 sayl Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ayrılmış 525 kv m torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun qeydıə alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 sayl Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ayrılmış 525 kv m torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun qeydıə alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-161/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-161/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver