Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1610/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil (Abşeron rayon Xırdalan şəhər vəkil bürosunun vəkili, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, M.Cəfərov küçəsi, ev 16, mənzil 55-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməməsinin qanunsuz hesab edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməməsinin qanunsuz hesab edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qzı xx.xx.1967-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə 29 noyabr 1979-ci ildən Sumqayıt şəhəri 52 saylı uşaq Bağçasında musiqi rəhbəri kimi başlamış, 1982-ci ilin sentyabr ayından etibaran S.Rüstəmov adına Sumqayıt 3 saylı Uşaq İncəsənət məktəbində müəllimə kimi fəaliyyət göstərmişdir. xx.xx.2011-ci ildə səhhəti ilə əlaqədar olaraq ona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin gündən etibarən 2021-ci ilin yanvar ayınadak əlilliyə görə əmək pensiyası iddiaçıya verilmişdir. 2021-ci ilin yanvar ayında onun əlilliyə görə əmək pensiyası əlillik diddiaçı DSMF-nin Sumqayıt Şöbəsinə ərizə ilə müraciat edərək ona əlilliyə görə əmə pensiyası təyin edilməsini xahiş elmişdir. DSMF Abşeron Rayon Şöbasindən iddiaçıya ünvanlanmış məktublarda ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın asası kimi göstərilmişdir ki. İddiaçı əalvə müalicəyə ehtiyacı vardır. İxtisaslaşmış müalicə və müayinəni dasam etdirməlidir.Əlilliyə görə əmək pensiyası sığoriaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.Sözügedən Göndəriş məktubarından həmçinin göründüyü kiıni i ddiaçı 18 yanvar 2005- ci il tarixdən 05 fevral 2005-ei il tarixədək Sumqayıt İ nömrəli şəhər Xəstəxanasımla. 27 İex raİ 2010-cu il tarixdən 0.3 mart 2010-cıı il tarixədək 3 nömrəli şəhər xəstəxanasında. 0.3 i) un 2010- eıı il tarixdən 0.3 iyul 2010-ctı il tarixədək .3 nömrəli şəhər xəstəxanasında. 15 avqust 201 l-ei ildən 0.3 sentyabr 201 l-ei il tarixədək 3 nömrəli şəhər xəstəxanasında. 13 lexral 2012-ci il tarixdən 05 sentyabr 2012-ci il tarixədək 3 nömrəli şəhər xəstəxanasında. 01 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək .3 nömrəli şəhər xəstəxanasında. 04 avqust 2014-cü il tarixdən 16 axqust 2014-cü il tarixədək Sumqayıt İ nömrəli şəhər Xəstəxanasında. 22 fevral 2015-ci ıl tarixdən 23 lexral 2015-ei ıl tarixədək Sumqayıt Şəhər ləcili İ ibbi Yardım Xəstəxanasında. 29 iyul 2015-ci il tarixdən İ 1 axqust 2015-ci il tarixədək Sumqaxıt İ nömrəli şəhər Xəstəxanasında. 14 iyul 2018-ci il tarixdən- 28 iyul 2018-ci ıl tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasımla. 15 avqust 20 İ 9-cu ıl tarixdən 31 avqust 2019-cu il tarixədək Sumqaxıt 2 nömrəli şəhər Xəstəxanasında. 09 noyabr 2020-ei il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt Şəhər Səhiyyə Şöbəsində 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər təcili İ ibbi Yardım Xəstəxanasında. 03 avqust 2021-ci il tarixdə isə Akademik M.O.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. O cümlədən mütəmmadi olaraq ambulator şəraitdə müalicəsini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91- M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Daha sonra Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif- Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu.Boyun və bel fəqərələrinin üstünlüyü ilə .Revmatoid poliartrit ləng gedişli oynaq forması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçıya hər il bir il müddətinə və sonuncu dəf 2016-cı ildə 5 il müddətinə lillik təyin edilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan : - AZE № ******** seriaylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı qız xx.xx.1961-ci il təvəllüdlüdür. -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli cavablardan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. -0529003AAJS0, 0531003AA və 0531003AAJVM nömrəli TQS N088-li göndərişlərdən görünür ki, iddiaçı 18 yanvar 2005-ci il tarixdən 05 fevral 2005-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 27 fevraİ 2010-cu il tarixdən 03 mart 2010-cı il tarixədək, 03 iyun 2010-cu il tarixdən 03 iyul 2010-cı il tarixədək, 15 avqust 2011-ci ildən 03 sentyabr 2011-ci il tarixədək, 13 fevral 2012-ci il tarixdən 05 sentyabr 2012-ci il tarixədək, 01 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək 3 nömrəli şəhər xəstəxanasında, 04 avqust 2014-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək Sumqayıt İ nömrəli şəhər Xəstəxanasında, 22 fevral 2015-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək Sumqayıt şəhər X3 Xəstəxanasında, 29 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 14 iyul 2018-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasında, 15 avqust 2019-cu il tarixdən 31 avqust 2019cu il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasında, 09 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt şəhər Səhiyyə şöbəsində 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt şəhər X3 Xəstəxanasında 03 avqust 2021ci il tarixdə isə Akademik M.O.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. - Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0529003AAJS0 0531003AA və 0531003AAJVM nömrəli göndərişlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - 12 saylı TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı 2010-cu ildə əlillik hər il 1 il olmaqla ümumi xəstəliyə görə,sonuncu dəfə 2016-cı ilin yanvar ayında 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. - 096418 seriyalı xx.xx.2011-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı 2012-2016-cı illərdə İİ dərəcəli əlillik təyin edilmişdir. -Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti onun barəsində verilmiş Sumqayıt 1 nömrəli şəhər poliklinikasının 0529003AAJS0 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilmsindən imtina qanunsuz hesab edilərək ona ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1610/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1610/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver