Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1611/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt şəhər Corat Bələdiyyəsinin Cavabdeh qarşı “Corat Bələdiyyə mülkiyyətinə məxsus olan qəsəbə qəbiristanlıq ərazisi sayılan 0.12 ha torpaq sahəsinə dair verilmiş 05.04.2019-cu il tarixli çıxarışın, 04.04.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi”nə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı Sumqayıt şəhər Corat Bələdiyyəsi Cavabdeh qarşı iddia qaldıraraq “Corat Bələdiyyə mülkiyyətinə məxsus olan qəsəbə qəbiristanlıq ərazisi sayılan 0.12 ha torpaq sahəsinə dair verilmiş 05.04.2019-cu il tarixli çıxarışın, 04.04.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, lakin məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdeh qismində Cavabdeh qoyaraq Corat Bələdiyyə mülkiyyətinə məxsus olan qəsəbə qəbiristanlıq ərazisi sayılan 0.12 ha torpaq sahəsinə dair verilmiş 05.04.2019-cu il tarixli çıxarışın, 04.04.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Məhkəmə qeyd edir ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı kiminsə hüquqları pozulmalıdır. İddiaçı cavabdeh olaraq Cavabdeh göstərmişdir. “Corat Bələdiyyə mülkiyyətinə məxsus olan qəsəbə qəbiristanlıq ərazisi sayılan 0.12 ha torpaq sahəsinə dair verilmiş 05.04.2019-cu il tarixli çıxarışın, 04.04.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” iddiasında isə Cavabdeh iddiaçı ola bilməz. Bu halda tələb inzibati orqana yönəldilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin Cavabdeh qarşı “Corat Bələdiyyə mülkiyyətinə məxsus olan qəsəbə qəbiristanlıq ərazisi sayılan 0.12 ha torpaq sahəsinə dair verilmiş 05.04.2019-cu il tarixli çıxarışın, 04.04.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi”nə dair iddiası qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1611/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1611/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver