Məhkəmə qərarları › İş №2-1(118)-1612/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1612/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1612/2025 16.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli **********628700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********628700 saylı qərar qəbul edilərək müəssisəyə 3306.84 manat əlavə vergi məbləğləri hesablanmışdır.Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərimizə əsasən qərarlar ləğv olunmalıdır.Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir:2023-cü il ərzində Tex Detal və Ceysla MMC-lərdən alınmış xx.xx.2023-cü il tarixli EBDF seriyalı 664686 və EBDF seriyalı 664726 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 97096 saylı e-qaimələrin riskli qaimələr siyahısına əlavə edildiyi və bu səbəbdən həmin qaimələrin gəlirdən çıxılan xərc kimi hesab edilmədiyi qeyd edilmişdir.Belə ki, cavabdeh vergi orqanı tərəfindən ona ünvanlanmış uyğunsuzlq məktublarına tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir:Yuxarıda qeyd edilən qaimələrə əsasən birgə fəaliyyət göstərdiyi müəssisələr, fəaliyyət göstərdiyi müddət ərzində riskli vergi ödəyicisi olaraq qeydiyyatda olmamışdır.Həmin müəssisələr ilə tərəfindən aparılmış əməliyyatlar ötən il ərzində həyata keçirilmişdir.Qeyd edilənlərdən də aydın olur ki, vergi orqanı tərəfindən əsassız olaraq qərar qəbul edilmişdir. Belə ki, qeyd edilən qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir. Həmin tarixədək Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır.Yalnızca Vergi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən sonra alqı-satqı zamanı mal-material alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir.Yəni əməliyyatlar aparılan zaman ona qarşı tərəfdən malların alış sənədləri barədə məlumat almaq öhdəliyi mövcud olmamışdır.Həmçinin, faktiki həmin qaimələr üzrə qeyd edilən mallar tərfindən alınmış və bu barədə tərəflər arasında alqı-satqı müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir. Həmin alınmış malların istehsal üçün olmayan hissəsi satılmış, istehsala yaralı olan digər hissəsi isə istehsal edildikdən sonra digər hüquqi şəxslərə satılmışdır. Cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi İddiaçınə 2023cü ilin Mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması keçirilərək 3306,84 manat əlavə mənfəət vergisi hesablanmışdır.Cavabdeh vercti orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmiş hallar:Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2016cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalar: (Hüquqi aktların dövlət reyestrində qeydə alınmışdır):1.5. Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesabatları və cari vergi ödəmələrinin hesablanması haqqında arayışları üzrə kameral vergi yoxlamaları bu Qaydalarla müəyyən olunan prosedurlara uyğun olaraq 2 istiqamətdə həyata keçirilir:1.5.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq X1 Sistemi vasitəsilə elektron qaydada aparılan yoxlamalar,1,5.2. Bu Qaydalarla müəyyən edilən müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVİS-dən kənar qaydada aparılan yoxlamalar. İddiaçı tərəfindən vergi orqanına xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023cü il üçün cari Mənfəət vergisinin bəyannaməsində (MV bəyannamələri əlavə olunur) AVİS vasitəsilə elektron qaydada aşkar edilmiş kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********796200 nömrəli, xx.xx.2024-cü il tarixdə isə **********959200 tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndəriməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən məktubda qeyd oluna kənarlaşmalar üzrə müvafiq izahat və ya təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Vergi orqanının uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2023-cü il ərzində elektron qaimə faktura ilə 88 809,00 manat dəyərində mal iş və ya xidmət təqdim etdiyi, müvafiq dövr üzrə elektron qaimə faktura əsasında 105 191,02 manat dəyərində mal, iş və ya xidmət əldə etdiyi müəyyən edilmişdir.Vergi ödəyicisi tərəfindən elektron qaimə faktura ilə "xxxx" MMCdən əldə edilmiş xx.xx.2023-cü il tarixli EBDF seriyalı 664686 nömrəli, dəyəri 4 850,0 manat olan “Daxili dizayn işlərinin görülməsi üçün mal materiallar”, “dekor işləri üçün mal material və xidmət” və 16.05 2023-cü il tarixli EBDF seriyalı 664726 nömrəli, dəyəri 15 600,0 manat olan “Daxili dizayn işlərinin görülməsi üçün mal materiallar”, “Dekorasiya işlərinin görülməsi üçün mal materiallar”, xx.xx.2023-cü il tarixli, **********218700 nömrəli Qərara əsasən, həmçinin "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli EBDH seriyalı 97096 nömrəli dəyəri 6 000,0 manat olan “Dekorasiya işlərinin görülməsi üçün mal-materiallar” xx.xx.2023-cü il tarixli, **********907900 nömrəli Qərara əsasən, "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli EBDS seriyalı 810194 nömrəli dəyəri 1 800,0 manat olan “Daxili dizayn işlərinin görülməsi üçün mal-material” xx.xx.2024-cü il tarixli **********713600 nömrəli Qərara əsasən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən riskli e-qaimə fakturalar hesab edilmişdir ki, nəticədə cəmi dəyəri 28 250,0 manat olan mallar Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər olduğundan gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən və bu Məcəllənin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Həmçinin aparılan araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 88 234,00 manat dəyərində mal, iş və xidmət təqdim etdiyi müəyyən olunmuş və vergi ödəyicisinin təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin adları, miqdarı, dəyəri və elektron qaimə fakturanın tətbiqi və istifadəsi qaydaları üzrə çeşidləmə qaydasında araşdırma aparılaraq, əldə etdiyi elektron qaimə fakturalardan 28 409,00 manat hissəsinin təqdim etdiyi malın dəyərinə, 34 884,02 manat hissəsinin isə təqdim etdiyi iş və xidmətlərin dəyərinə aid olduğu müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə isə **********959200 tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi e-qaimə fakturalar üzrə xidmətin dəyərinin 41 372,99 manat, buna uyğun olaraq xidmət üzrə xərclərinin 34 884,02 manat olması nəzərə alınaraq, nəticədə qeyd olunan xidmətlər üzrə vergitutma məqsədləri üçün mənfəətin 6 488,97 manat olmasına əsasən, təqdim etdiyi xidmətə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən 4 866,73 manat güzəşt tətbiq olunmuşdur. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin 2023-cü il üzrə vergi orqanına təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində keçirilmiş vergi yoxlaması zamanı vergi ödəyicisinin 2023cü ilin müvafiq rübləri üzrə vergi orqanına təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələrinə əsasən əmək haqqı xərcinin 517,5 manat və sosial sığorta üzrə xərclərinin 126,79 manat olması nəzərə alınmaqla Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmışdır. Vergi orqanının uçot-baza məlumatına əsasən hüquqi şəxs İddiaçı MMC xx.xx.2014-cü il tarixdə hüquqi ünvanı AZ5600,ŞAMAXİ RAYONU, ŞAMAXİ ŞƏHƏRİ, ŞİRVAN ev.19 olmaqla vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Çadırlarda və Bazarlarda Sair Malların Pərakəndə Satış” olduğu müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisinin vergi orqanında uçota alınmış təsərrüfat subyekti mövcud deyil (vergi orqanının uçot-baza məlumatından “Hüquqi şəxs barədə məlumat” əlavə olunur). Yuxarıda qeyd olunan AZ5600,ŞAMAXİ RAYONU, ŞAMAXİ ŞƏHƏRİ, ŞİRVAN ev.19 ünvanına vergi orqanı əməkdaşları tərəfindən yerində baxış keçirilən zaman həmin ünvanda başqa vergi ödəyicisi X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir (Bu barədə baxış aktı əlavə olunur). Belə ki, vergi orqanının uçot-baza məlumatlarına əsasən AZ5600, ŞAMAXİ RAYONU, ŞAMAXİ ŞƏHƏRİ, ŞİRVAN ev.19 m.ünvanında yerləşən təsərrüfat subyekti “RETRO” adlı **********-84003 kodla vergi ödəyicisi X2 (VÖEN: **********) adına xx.xx.2019-cu il tarixdə vergi orqanında uçota alınmışdır (vergi orqanının uçot-baza məlumatından “Vergi ödəyicisinin obyekti barədə məlumat”). X3 (VÖEN: **********) tərəfindən vergi orqanına təqdim olunan izahatında "xxxx" MMC adlı müəssisəni tanımadığını, həmin müəssisəyə obyekt və ya onun hər hansı hissəsini icarəyə vermədiyini, qeyd olunan müəssisənin fəaliyyəti barədə məlumatının olmadığını, eləcədə rəhbər vəzifəli şəxslərini tanımadığını bildirmişdir. Odur ki, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdə 2023-cü il üzrə vergi orqanına təqdim etdiyi cari Mənfəət vergisi bəyannaməsində mövcud olan kənarlaşmalar Vergi Məcəlləsinin 106.1.20, 130.1, 108.1, 109.9-cu maddələrinə əsasən aradan qaldırılmaqla xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması başa çatdırılaraq 3306,84 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixdə **********628700 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - xx.xx.2024cü il tarixli **********628700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surəti, İddiaçı MMC-nin təsis sənədləri, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən qərarın qəbul etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 4 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, iddiaçının ünvanı Şamaxı rayonudur, anoloji işlər üzrə vergi nəzarəti İdarənin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə İdarənin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır.İş materiallarından məlum olur ki, iddiaçı barəsində İdarə tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********628700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən İddiaçı MMC-yə 2023-cü il üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesabalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş digər hüquqi şəxslər ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin: -16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alman gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. -175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********174300 nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********628700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar